oynayır. Başqa relyefəmələgətirici amillərlə birlikdə axar sular uzun geoloji dövr
ərzində, tektonik qalxmanın kəmiyyətinin eroziya və denudasiya proseslərinin
sürətindən az olduğu şəraitdə, yüksək dağları belə uçurub dağıdır və onları
qalxmaqda olan peneplenləşmiş sahələri kəskin parçalayacaq və onları erozion-
oynayır. Buna görə də keçmişin geoloji və fiziki-coğrafi şəraitini, relyefin inkişaf
mərhələlərini, yeni tektonik hərəkətlərin xarakterini öyrənmək üçün çayların inkişaf
Təbiətdə axar suların (çayların) gördüyü işi üç kateqoriyaya bölmək olar: 1)axar
Çayların gördüyü iş öz keyfiyyət və kəmiyyətinə görə müxtəlif olub, axımın
miqdarından asılıdır. Buna baxmayaraq, axar suların fəaliyyətinin izi yağıntıları və
səthi axımı çox az olan səhralarda belə müşahidə edilir.
Çayların eroziya və daşıma fəaliyyəti, demək olar ki, eyni vaxtda həyata keçir
və eroziya proseslərində çayın maye axımından əlavə, sülb axımı da iştirak edir.
Çayın suyu aşınma məhsullarını aparmaqla bərabər öz yatağını da yuyur və axın
aşağı çayın suyu qırıntı məhsulları ilə zənginləşir. Lakin çayın apardığı qırıntı
materiallarının bir hissəsi əlverişli şəraitdə hövzənin müəyyən yerlərində çökdürülə
bilər.
Ümümiyyətlə, suyun miqdarının və çay yatağının meyl bucağının azalması ilə
əlaqədar olaraq axar suyun kinetik (“canlı”) enerjisi zəiflədiyi yerdə (dağdaxili
çökəkliklərdə, çayların dağlardan düzənliklərə çıxdığı sahələrdə) onun apardığı
qırıntı məhsulu qismən, yaxud tamamilə akkumulyasiya edilir.
Çayların öz yatağında və subasarla çökdürdüyü məhsula a l l ü v i u m deyilir.
Çay suyunun hidravlik axın xüsusiyyətindən və ərazinin tektonik qalxmasından asılı
olaraq çay öz yatağını dərinə saldıqda, vaxtilə yataqda və subasarda çökdürülmüş
allüvium bu proseslər nəticəsində əmələ gələn terrasların səthini örtür. Bəzən çayın
allüvial çöküntüləri geniş allüvial düzənliklər əmələ gətirir.
Çayların dağlardan düzənliklərə çıxdığı yerdə çökdürdükləri məhsullar
Dostları ilə paylaş: