Mühazirə : İqtisadi informasiyanın informasiya-hesablama mərkəzində avtomatlaşdırılmış işlənməsi texnologiyası Yeni dərsin planı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 83.97 Kb.
tarix14.01.2017
ölçüsü83.97 Kb.


Mühazirə : İqtisadi informasiyanın informasiya-hesablama mərkəzində avtomatlaşdırılmış işlənməsi texnologiyası
Yeni dərsin planı:

1.İqtisadi informasiyanın çevrilməsi mərhələləri

2.Hesablama texnikasından istifadənin təşkilat formaları və onların xarakteriskası

3.İqtisadi informasiyanın informasiya-hesablama mərkəzində avtomatlaşdırılmış işlənməsi texnologiyası

1.İqtisadi informasiyanın çevrilməsi mərhələləri

İdarəetmə qərarlarının qəbul edliməsinə qədər iqtisadi informasiya mürəkkəb çevrilmələrə məruz qalır. Həll olunan məsələlərin predmet sahəsi, informasiya münasibətləri nə qədər müxtəlif olsa da iqtisadi informasiyanın çevrilməsinin ümumi mərhələlərə bölünməsi zəruridir.

İqtisadi informasiya bilavasitə istehsal prosesində (məhsullar və xidmətlər istehsalı) yaranır və bu prosesin texniki – iqtusadi parametrlərini əks etdirir. İqtisadi informasiya istehsal kommersiya proqramlarının icrasına, maddi, əmək və pul vasitələrinin məsrəfləri üzərində nəzarəti həyata keçirməyə imkan verir.

Obyektin informasiya sisteminin girişi uçot məlumatlarını xarakterizə edir ki, bu məlumatlarda sənədləşdirilmiş və sənədləşdirilməmiş ola bilər. Qeyd edək ki, sənədləşdirilmiş məlumatlar mühasibat uçotunda, sənədləşdirilməmiş məlumatlar isə operativ uçotda əks olunur. Bu təsnifat uçot məlumatlarının yığılması üçün texniki vasitələrin seçilməsinə əhəmiyyətli təsir edir. Belə ki, məsələn, istehsal bölmələrinin yerləşməsindən asılı olaraq müvafiq texniki vəsaitlərin tərkibi fərqləndirilməli, periferiyadan alınan sperativ məlumatlar abonent məntəqələrdən ötürülməlidir. Burada, həmçinin məlumatların yığılmasının kompleks avtomatik sisteminin və kommutatorlarının, telefon katib- avtomatlar və telefon qurğularının diktafon və maqnitafonlarla aqreqasiya edilmiş sistemlərinin tətbiqi səmərəlidir. Bu qurğuların tətbiqi abonent telefon məntəqələrin ahəngdar işləməsini təmin etməlidir. Operativ informasiyanın yığılması zamanı telefon və radiotelefonlar EHM-lə rabitə sistemində vericilər kimi çıxış edirlər.

Sənədləşdirilmiş, başqa sözlə mühasibat informasiyasının yığılmasının təşkili və bu məqsədlə texniki vasitələrin seçilməsi istehsalın texnoloji xüsusiyyətlərindən asılıdır. Həmin xüsusiyyətlər, konkret halda aşağıdakı əlamətlər üzrə qiymətləndirilə bilər:

- istehsal prosesinin mexanikləşdirmə və avtomatlaşdırma səviyyəsi;

- iş günü ərzində yerinə yetirilən əməliyyatların müxtəlifliyi dərəcəsi;

- iş günü ərzində istehsalat meydanının dəyişməsi tezliyi;

- məlumatların təshihlərə olan ehtiyacı dərəcəsi;

- texnoloji əlaqələrin mürəkkəbliyi dərəcəsi;

Adaları çəkilən əlamətlər üzrə texniki vasitələrin seçilməsi və

informasiyanın yığılmasının təşkilinin alternativ və qarışıq variantlarının tətbiq edilməsi istiqamətində müəyyən təcrübə vardır. Belə ki, istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırlması səviyyəsi kifayət qədər yüksək olduqda uçotun mikroprosessorlu qurğularının tətbiqi məqsədəuyğundursa, əməliyyatlar əsasən əllə yerinə yetirildikdə sadə qurğuların tətbiqi daha müvafiqdir.

Məlumatların sənədləşdirilən yığımı texnologiyası onların maddi daşıyıcılar

üzərində qeyd olunmasını nəzərdə tutur. Burada əsasən iki variant mümkündür:

- müvafiq işçilər (uçotu və s.) tərəfindən məlumatların əl ilə qey edilərək,

sonradan fərdi EHM-ə daxil edilməsi;

- ilkin sənədlərin avtomatlaşdırılmış tərtibi. Başqa sözlə, hər bir bitkin

təsərrüfat əməliyyatının fərdi EHM-lərin köməyi ilə ilkin sənədlərinin tərtibi;

Ötürülmə iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri kimi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ əsasən avtomatlaşdırma elementlərinin qıtlığı ilə səciyyəvidir. Təbii ki, bu halda informasiyanın avtomatlaşdırılmış işlənməsi imkanları xeyli məhdudlaşmış olur. Burada ən prespektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması, “intellektual” terminalların tətbiq edilməsidir.

Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı miqyasda mübadilə edilməsi əsas götürülür. Belə ki, əgər müəssisədaxili informasiya mübadiləsində naqil əlaqəsi, radio əlaqəsi və qismən terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya mübadiləsində terminalların istifadəsinə üstünlük verilməlidir. Bu zaman kollektiv istifadədə olan hesablama qurğularının yaradılması deməli informasiyanın işlənməsinin çoxmaşınlı sisteminin tətbiqi üçün şərait yaranır.

İdarəolunan obyektin vəziyyətini xarakterizə edən iqtisadi informasiyanın ümumi həcminin 80-85% -i emal olunur. İnformasiyanın çevrilməsinin bu mərhələsi hazırda bilavasitə hesablama qurğularında həyata keçirilir.

İnformasiyanın emalının ümumi prosesini təşkil edən əməliyyatları üç qrupa bölmək olar: texniki (giriş maşın daşıyıcılarının hazırlanması, informasiyanın daxil və xaric edilməsi və s.) məntiqi və hesabi əməliyyatlar. Həmin qrupların ümumi prosesdəki xüsusi çəkisi məsələlərin növündən asılı olur.

İnformasiyanın maşınla işlənməsi prosesində texniki əməliyyatlar – hazırlıq, məntiqi və hesabi əməliyyatlar isə əsas əməliyyatlar sayılır. İnformasiyanın işlənməsi prosesində texniki və hesabi əməliyyatların icrasına nəzarət mühüm yer tutur. Belə ki, nəzarət əməliyyatlarının köməyi ilə informasiyanın dürüstlüyü təmin olunur. Qeyd edək ki, nəzarət əməliyyatlar əsasən maşın tərəfindən yerinə yetirilir.

İnformasiyanın işlənməsi texnologiyası

İnformasiyanın yığılması, saxlanması, axtarılması, işlənməsi və ötürülməsi proseslərinin avtomatlaşdırılması idarəetmə sistemlərində informasiyanın yeni texnologiya əsasında təşkilini şərtləndirmişdir. İnformasiyanın işlənməsinin yeni texnologiya üçün əsas xarakterik cəhət odur ki, istifadəçilər lazım olduqca zəruri informasiyanı operativ sürətdə almaq imkanına malikdir.

İstifadəçilər

İnformasiyanın işlənməsi texnologiyası.


Yeni texnologiya şəraitində informasiya təminatı funksiyasını yerinə yetirən avtomatlaşdırılmış informasiyan sistemi aparıcı mövqeyə malikdir.

Avtomatlaşdırılmış informasiya sistemi öz aparıcı mövqeyini reallaşdırmaq üçün informasiya modelinə əsaslanmalıdır. İnformasiya modeli isə predmet sahəsini informasiya sistemində əks etdirir. Qeyd etmək lazımdır ki, informasiya modeli yalnız vəziyyəti deyil, həmçinin dəyişmələri də izləməyə imkan verməlidir. Odur ki, avtomatlaşdırılmış informasiya sistemi informasiyanın saxlanması ilə bərabər, onun təzələnməsini, süni verilənlərin daxil edilməsini, daxili yerdəyişmələrin aparılmasını təmin etmək imkanına malik olur.

İstənilən idarəetmə sistemi, məlum olduğu kimi idarə olunan obyekt haqqında kifayət qədər məlumat olmadan səmərəli fəaliyyət göstərə bilməz. İdarəetmə sistemində avtomatlaşdırma prosesi informasiya resuslarının tərkibinin həmin prosesə uyğunluğu dərəcəsində asılıdır.

İdarəetmə sistemində istifadəçinin tələblərinə, başqa sözlə bu tələblərin ifadə olunduğu sorğulara uyğun olaraq müxtəlif növ və quruluşa malik məlumatlar toplanmalıdır. İnformasiya sistemi çevik olmalıdır. Belə ki. burada məlumatların saxlanmasının və quruluş dəyişikliklərinin səmərəliliyi təmin olunmalıdır.

İdarəetmə sistemində istifadəçilərin sorğularına operativ surətdə cavab verilməsi üçün iki mühüm cəhət nəzərə alınmalıdır. Hər şeydən əvvəl, predmet sahəsinin sərhədləri müəyyənləşdirilməli və müvafiq informasiya modeli qurulmalıdır. Daha sonra isə sorğulara cavab verən vasitələr (xidmət elementləri) seçilməlidir. Xidmət vasitələrinin seçilməsi üçün sorğuların tərkibi təhlil edilməli, tələblər dəqiqləşdirilməlidir.

Daxilolma tezliyi əlaməti üzrə istifadəçilərin sorğularını iki böyük qrupa bölmək olar: reqlamentli və ixtiyari sorğular. İxtiyari sorğulara məzmun və verilmə tezliyi baxımından məhdudiyyət qoyulmur. Reqlamentli sorğular isə bir baxımdan müəyyən tələblərə cavab verməlidirlər. Belə ki, reqlament sorğuların məzmunu və bir çox hallarda verilmə tezliyi qabaqcadan müəyyənləşdirilir. Odur ki, reqlamentli məsələlərin işlənməsinə daha ətraflı baxmaq məqsədəuyğundur.


Reqlamentli məsələlərin həllinin texnoloji sxemi.

Birinci mərhələ istifadəçi və ya layihəçi tərəfindən bilavasitə yerinə yetirilirsə, iknci mərhələdə istifadəçinin birbaşa iştirakı yoxdur. Xüsusilə, istifadəçinin EHM-lə birbaşa əlaqəsini istisna edən paket rejimində iş konkret tətbiq istiqamətində əməliyyat sisteminin inkişafını nəzərdə tutur. Bu barədə bir qədər sonra bəhs olunacaqdır.

Körmək çətin deyildir ki, reqlamentli məsələlərin ümumi sxeminin birinci mərhələsi zamanı meydana gələn əlaqə forması (istifadəçi - EHM) daha çox əmək və vaxt sərfini nəzərdə tutur.

İnsanların kommunikasiya münasibətlərinə hesablama və digər texniki vasitələrin bilavasitə daxil olması hazırki dövrün səciyyəvi cəhətdir. Bu cəhət hesablayıcı sistemlərin informasiya və alqoritmik imkanlarının genişlənməsi hesabına mümkün olur. Belə bir texnologiyanın əsasında insan-maşın əlaqələrinin dinamikliyi və EHM-ə daha fəal yer ayrılması durur.

İnformasiyanın işlənməsinin daha çox istifadə olunan təşkili rejimlərinə dialoq, paket və teleişləmə rejimlərini aid ermək olar.

İnformasiyanın işlənməsinin təşkili rejimləri

İstifadəçi və EHM arasında informasiya mübadiləsi şəklində iqtisadi məsələlərin həlli dialoq rejimi adlanır. Müvafiq texnologiyanın həyata keçirilməsi zamanı aşağıdakılar təmin olunur:

- lokal və ya uzaqda yerləşən terminallar vasitəsi ilə insan və hesablayıcı

sistem arasında informasiya qəbulunun verilməsi;

- istifadəçiyə lazım olan informasiya (verilənlər) proqramlarının axtarışı;

- qəbul edilmiş informasiyanın EHM – də sürətlə işlənməsi və nəticələrin

təxirə salınmadan istifadəçiyə çatdırılmasıdır;

Dialoq rejiminin iki növünü fərqləndirirlər: passiv dialoq və fəal dialoq. Passiv dialoq zamanı istifadəçi xəbər – sorğu göndərir. Bunun müqabilində EHM xəbər-cavab verir. İnformasiyanın işlənməsinin passiv dialoq rejimində xəbər cavablar hesablayıcı sistemin təşəbbüsü əsasında da göndərilə bilər.

İnformasiyanın işlənməsinin fəal dialoq rejimində məlumatlar istifadəçi və maşın tərəfindən göndərilir, başqa sözlə fəal mübadilə baş verir.

Passiv dialoq rejimində “sorğu-cavab” təşkil forması daha çox işlənir. Bu zaman hazır proqramlar üzrə istifadəçiyə lazım olan informasiyanın axtarışı, işlənməsi (emalı) ötürülməsi təmin olunur.

Fəal dialoq rejimində bir sıra öyrədən sistemlər informasiya mübadiləsinə cəlb olunur. Bu rejimdə proqramlaşdıran sistemlərin tətbiqi də nəzərdə tutulur.

Hazırda istifadə olunan dialoq işlənmə rejimləri xəbərlərin formal dildə verilməsi ilə səciyyəvidir. Odur ki, dialoq rejimində təbii insan dilindən hələlik istifadə olunmur.

İnformasiyanın işlənməsinin dialoq rejiminin təşkili zamanı informasiyanın emalının dialoq proqramı yaradılır. Bu proqram terminaldan göndərilmiş informasiyanı oxuyur və ilkin terminala xəbər göndərir. Qeyd edək ki, terminallar hesablayıcı sistemə lokal şəkildə birləşdirilə bilər və ya hesablayıcı sistemin elementi ola bilərlər.

İnformasiyanın işlənməsinin dialoq rejiminin sxemi

Şəkildən göründüyü kimi informasiyanın dürüstlüyünə nəzarət həm onun EHM-də emalına qədər, həm də nəticələrin cavab şəklində formalaşması mərhələsində həyata keçirilməlidir.

İnformasiyanın işlənməsinin dialoq rejiminin tətbiqi zamanı sistemin reaksiyası mühüm əhəmiyyətə malik göstərici kimi qəbul edilir. Reaksiya bir qayda olaraq, sorğu verilən an ilə cavab alınan an arasındakı vaxt intervalı ilə ölçülür. Dialoq rejimində həll olunan məsələlər müraciət intensivliyi baxımından fərqlənməlidir. “Sorğu-cavab” mübadiləsi prosesində konkret şərait üçün qoyulan hədd nəzərə alınmalıdır. Belə ki, əks əlaqənin səmərəliliyinin həddi, hazırda vaxt etbarı ilə iki saniyəyə bərabərdir.

Məsələnin həlli prosesi nisbi müstəqil mərhələlərə bölündükdə və dialoq növbəlilik qaydası ilə həyata keçirildikdə istifadəçi sistemin reaksiyasına qarşı o qədər də tələbkar olmur. Növbəlilik qaydası dedikdə dövrlərin aşağıdakı şəkildə təşkili başa düşülür. N- mərhələsi üçün veilənlərin hazırlanması; N-1 mərhələsi üçün sorğu verilməsi; N-2 mərhələsinin nəticələrinin qəbul edilməsi.

Göründüyü kimi, sxem reallaşdırıldıqda cavab alınması üçün ayrılan müddət məsələnin həlli vaxtına bərabər ola bilər. Yeganə məhdudiyyət şərti budur ki, həmin müddət sonrakı mərhələdə verilənlərin hazırlanması vaxtını ötməsin.

İstifadəçi cavabın gecikdiyi hallarda dövrü təzədən təkrarlaya bilər. Başqa sözlə, o sorğunun itdiyini güman edir və dövrü təkrar etməklə onu bərpa etməyə çalışır.

Dialoq rejimi texnologiyası insan- maşın sisteminin konkret məsələ həlli prosesində imkanlarının optimal istifadəsini təmin etməlidir. Bu baxımdan informasiya bazası ilə dialoqu aşağıdakı imkanları reallaşdırmalıdır:

- sorğu zamanı axtarış əlamətlərinin müxtəlif kombinasyalarının seçilməsi

imaknları;

- informasiya axtarışının sürətləndirilməsi imkanları;

- terminaldan sorğuya operativ düzəliş edilməsi hesabın çıxış

informasiyanın xarakteriskalarının yaxşılaşdırılması imkanı;

- nəticə alınana kimi axtarış imkanlarının genişləndirilməsi,

məhdudlaşdırılması və ya istiqamətinin dəyişdirilməsi;

- müraciət sahələrinin çox planlı olması;

- təsadüfi hallarda istifadə olunan informasiya müraciətinin operativliyi

imkanı;


- çıxış informasiyasının operativ təhlili.

İnformasiyanın işlənməsinin texnoloji proseslərinin təşkilndə dialoq rejimi

ilə yanaşı paket, real vaxt miqyası, vaxt bölgüsü, teleişləmə, interaktiv, birproqramlı, çoxproqramlı rejimlər və s. tətbiq olunur. Həmin rejimlərin müxtəlifliyi istifadəçilərə hesablama sistemi arasındakı qarşılıqlı fəaliyyətin və texniki vasitələrlə işin xüsusiyyətlərindən irəli gəlir.

Paket rejiminin səciyyəvi cəhəti qeyd edildiyi kimi odur ki, bu halda istifadəçilər EHM-lə bilavasitə ünsiyyətdə olmurlar. Həlli tələb olunan məsələlər işlənmə müddətində predmet sahəsi və digər əlamətlərə görə bir paketdə birləşdirilir ki, bu da EHM üçün tapşırıq şəklində formalaşdırılır.

Operativ olmayan məsələlərin həlli zamanı informasiyanın paket rejimində işlənməsi məqsədəuyğundur. İstifadəçilər ilkin informasiyanı hesablama mərkəzinə verir ki, burada da həll ediləcək məsələlərə uyğun proqram vasitələri seçilir və paket tapşırıqlar EHM-də işlənməyə buraxılır. Qeyd edək ki, tapşırıq hesablama sisteminin müstəqil iş vahididir.

İstifadəçi yalnız məsələlər həll olunduqdan və informasiyanın işlənməsi başa çatdıqdan sonra, başqa sözlə paket yerinə yetirildikdən sonra cavab alır. Bu dövr ərzində istifadəçi və maşın arasında informasiya mübadiləsinə ehtiyac olmur.

Paket rejimi rabitə kanallarından istifadə etməklə hesablayıcı sistemə müraciət şəklində də tətbiq edilə bilər.

Səhvlər Hesabat

cədvəli
Paket rejimində informasiyanın işlənməsi texnologiyasının ümumi sxemindən göründüyü kimi nəzarət və redaktə prosesi proqram vasitələri ilə hayəta keçirilir

Real vaxt miqyası rejimində informasiyanın işlənməsi prosesinin gedişi zamanı istifadəçilərlə hesablama sisteminin qarşılıqlı fəaliyyəti təmin edilir. Belə ki, istifadəçinin iş yerinin xüsusiyyətlərindən asılı olaraq qarşıya çaxan real vaxt məhdudiyyəti ön plana çəkilr. Real vaxt miqyası rejiminin tətbiqinə misal olaraq, əmanət banklarında müştərilərə xidmət informasiyasının avtomatlaşdırılmış işləməsini göstərmək olar.

İnteraktiv rejim ikitərəfli informasiya axınına əsaslanır. Bu rejimdə reqlamentlərə riayət tələbləri daha yumşaqdır və interaktiv rejimi reqlamentli və ixtiyar rejimlərin arasında duran variant hesab etmək olar.

İnformasiyanın işlənməsinin vaxt bölgüsü rejimi – hesablama sisteminin öz resuslarını istifadəçilər qrupu üzrə növbəli ayırmaq qabiliyyətini nəzərdə tutur. Bu rejimdə istifadəçilərə növbəli qaydada informasiya hesablama xidmətlərinin göstərilməsi müvafiq proqram təminatına əsaslnır.

İnformasiyanın işlənməsinin birproqramlı və çoxproqramlı rejimləri hesablama sisteminin eyni zamanda bir və ya bir neçə proqram üzrə fəaliyyət imkanını xarakterizə edir.

Aşağıdakı şəkildə məsələlərin həllinin birproqramlı və çoxproqramlı (buna mutiproqramlı da deyilir) rejimlərinin vaxt diaqramı verilmişdir


Giriş –
çıxış Giriş 1 Çıxış 1 Giriş 2 Çıxış 2

Hesablama 1 Hesablama 2

İş


a) İnformasiyanın birproqramlı rejimdə işləməsinin vaxt

vaxt diaqramı

Şəkildən göründüyü kimi çoxproqramlı rejimdə şərti olaraq iki məsələ işlənir. Onlar eyni vaxtda yaddaşda saxlanır və həll edilir.

Birproqramlı rejimdə EHM yalnız birinci proqramın (məsələnin) icrasını qurtardıqdan sonra ikinci proqramın icrasına başlaya bilər.

Çoxproqramlı rejimdə birinci və iknci proqramın daxil edilməsi eyni vaxtda aparıla bilər. Proqramın birinci icrası və digərinin nəticələrinin istifadəçiyə verilməsi eyni vaxtda həyat keçirilə bilər.

İnformasiyanın işlənməsinin teleişləmə rejimi şəbəkə yaradılması ideyasının məhsuludur. Bu rejim istifadəçinin uzaq məsafədən hesablama sistemi ilə qarşılıqlı əlaqəsini, daha doğrusu qarşılıqlı fəaliyyətini təmin edir.

Giriş- Giriş 1 Çıxış 1

çıxış 1


Giriş-

çıxış 2


Giriş 2 Hesabla Çıxış 2

ma 1


İş Hesablama 2 Hesablama 2

b) İnformasiyanın ikiproqramlı rejimdə işlənməsinin vaxt

vaxt diaqramı

Hesablama sisteminin bir rejimdə işlənməsinin vaxt diaqramı


Teleişləmə ideyası uzaq məsafədən istifadəçinin terminal qurğusu ilə hesablama mərkəzi arasında telefon əlaqəsi yaratmasını nəzərdə tutur. İnformasiyanın telefon xətti ilə verilməsi üçün model (modulyator - demodulyator) qurğusu istifadə olunur. Bu zaman implusun rəqəm koduna və əksinə çevrilməsi təmin olunur. Əgər hesablama mərkəzində kifayət qədər hesablama və informasiya resursu cəmlənmiş olsa, istifadəçi öz terminalı ilə mərkəz arasında əlaqə yaratmaq üçün terminala qoşulan telefonla müvafiq nömrəni (hesablama mərkəzində yerləşən) – yığmalıdır. Müəyyən parol əsasında lazımı proqram çağırılır, istifadə olunur, proqramla dəyişikliklər edilir və s.

Bununla belə, teleişləmə rejiminin geniş yayılmasına mane olan prinsipial səbəblər vardır:

- informasiya mübadiləsi sürətinin az olması ilə əlaqədar olaraq

səmərəliliyin aşağı olması;

- telefon danışıqlarının bahalığı;

- ötürülən informasiya kənar müdaxilənin mümkünlüyü və mühafizənin

təşkilinin çətinlikləri və s.

Teleişləmə rejimi terminalın EHM-dən məhdud məsafədə yerləşməsi şəraitində lazımi səmərə verir.

Hazırda teleişləmə rejiminin təkimilləşdirilməsi üçün terminal qurğularının imkanlarının artırılmasına diqqət verilir və “intellektual” terminallar yaradılması istiqamətində işlər yerinə yetirilir. Bu isə bir çox işləri məhz intellektual terminallar vasitəsilə görməyə, rabitə kanallarının yükünün azaldılmasına imkan verir.

2.Hesablama texnikasından istifadənin təşkilat formaları və onların xarakteriskası

Yerinə yetirilən vəzifələrdən, tətbiq sahəsindən, idarəetmə iyerarxiyasında tutduğu mövqedən və digər amillərdən asılı olaraq hesablama texnikasından istifadənin müxtəlif təşkilat formaları seçilir. Hesablama texnikası mərkəzləşdirilmiş və qeyrimərkəzləşdirilmiş formada istifadə üçün təşkil edilə bilər. Onu da qeyd edək ki, hazır ki, şəraitdə hesablama texnikasının (əsasən fərdi EHM-lərin) fərdi istifadəsinə daha tez-tez rast gəlinir. Fərdi istifadə şəraitində maşının etbarlılığı mühüm əhəmiyyət kəsb edir. Belə ki, fərdi istifadə halında texniki xidmətin vaxtında göstərilməsi müəyyən çətinliklərələ bağlıdır. Müasir şəraitdə fərdi istifadə olunan hesablama texnikası vasitələrinin işinin yüksək səmərəliliyi onların informasiya – hesablama şəbəkəsinə qoşulması şəraitndə təmin oluna bilər.

Texniki vasitələrlə təhcizat əlamətinə görə hesablama texnikasının aşağıdakı təşkilat formaları vardır: maşın hesablama bürosu, maşın- hesablama stansiyası, hesablama mərkəzinin informasiya-hesablama mərkəzi, kollektiv istifadədə olan hesablama mərkəzi, kollektiv istifadədə olan hesablama mərkəzi, informasiya – hesablama şəbəkəsi.

Hesablama texnikasından istifadənin mərkəzləşdirilmiş formasında bütün hesablama avadanlığı bir yerdə cəmləşdirilir. İstifadənin mərkəzləşdirilmiş və qeyri - mərkəzləşdirilmiş formaları arasında aralıq hal, başqa sözlə qismən mərkəzləşdirmə mövcuddur və bu təcrübədə rast gəlinir. Hesablama texnikasının qismən mərkəzləşdirilmiş istifadə formasında texniki vasitələrin bir qismi, daha doğrusu informasiyanın yığılması, qeyd edilməsi, ötürülməsi vasitələri filiallarda sexlərdə, anbarlarda və s. yerləşdirilir.

Hesablama texnikasından istifadənin təşkili formaları sifarişçilərə xidmət əlamətinə görə iki böyük qrupa bölünür: fərdi və şərikli istifadə olunan təşkilat formaları.

Fərdi istifadə olunan hesablama qurğuları ayrı-ayrı müəssisə (təşkilat və idarə) daxilində yaradılır və yalnız öz müəssisəsinə xidmət edir.

Hesablama qurğularının şərikli istifadəsi halında tabeçiliyindən asılı olaraq istənilən müəssisə və təşkilatlardan sifarişlər qəbul edilir. Şərikli hesablama qurğuları fərdi istifadə olunan qurğulara nəzərən bir sıra üstünlüklərə malikdir. Hər şeydən əlavə onu qeyd edək ki, burada maşınlar lazımi səviyyədə yüklənir, sahələrarası informasiya daşıyıcıları unifikasiya olunur, xərclərin azaldılması imkanı vardır və s. Bununla belə şərikli qirğuların maliyələşdirilməsi, fəaliyyətin uçotu və s. ilə əlaqədar bir sıra əlavə məsələlərin həlli tələb olunur.

Xidmət dairəsi əlamətinə görə hesablama qurğularını ərazi, sahə və qarışıq fəaliyyət növləri üzrə fərqləndirmək olar. Əsas prinsip üzrə işləyən hesablama qurğularına Dövlət Statistika Komitəsinin rayon və şəhər hesablama qurğularını misal göstərmək olar. Sahə prinsipi üzrə işləyən qurğulara bank, maliyyə, ticarət, nəqliyyat və s. nazirlik və konsernlərin hesablama qurğuları aid edilir.Qarışıq prinsipdə işləyən hesablama qurğuları dedikdə öz müəssisəsi ilə yanaşı yaxınlıqda yerləşən müəssisələrə xidmət edən qurğular başa düşülür.

Kollektiv istifadədə olan hesablama mərkəzləri şərikli hesablama qurğularının geniş yayılmış formasıdır.

Hesablama mərkəzi proqram və informasiya təminatı əsasında birgə fəaliyyət göstərən EHM və digər texniki vasitələrin cəmləşdiyi təşkilat formasıdır. Hesablama mərgəzi müasir rabitə vasitələri ilə təchiz edilir ki, bu da mərkəzin proqram və informasiya fondundan abonentlərin istifadəsinə imkan verir. Abonent dedikdə zəruri texniki vasitələrlə (terminal və onun fəaliyyətini təmin edən vasitələr) təchiz edilmiş və hesablama mərkəzindən müəyyən məsafədə yerləşən istifadəçi başa düşülür.

Hesablama mərkəzləri gördüyü işin səciyyəsinə və həcminə, tabeçilik mənsubiyyətinə, istifadə edilən maşın parkına və s. görə fərqlənir. Bununla belə, hesablama mərkəzlərinin tipik quruluş sxemi vardır və bu şəkildə göstərilmişdir:Şəkildə göstərilən funksional qruplar daha çevikdir və tez-tez quruluş dəyişikliklərinə məruz qalırlar. Odur ki, onların təsnifatı sxemdə verilməmişdir.

Hesablama mərkəzləri elm – istehsal müəssisəsi olub get-gedə daha çox istifadəçilərə xidmət istiqamətində inkişaf etməlidir. Bu isə yalnız bilavasitə hesablama ilə əlaqədar məsələlərin deyil, həmçinin informasiya-arayış xidməti, informasiya massivləri üzərində əməliyyatlar və s. işlərin yerinə yetirilməsini tələb edir. Mahiyyət etbarı ilə bu halda mərkəzi informasiyanın çevrilməsini və bilavasitə hesablama əməliyyatlarını yerinə yetirmiş olur.

Funksional qruplar


Odur ki, belə mərkəzlər informasiya- hesablama mərkəzləri adını almışdır. İnformasiya – hesablama mərkəzləri təsərrüfat proseslərində informasiyanın yığılmasından tutmuş, çıxış sənədlərinin tərtibi və onların istifadəçilərə çatdırılmasına qədər bütün əməliyyatları yerinə yetirir.

Hesablama texnikasından istifadənin mütərəqqi formalarından biri informasiya – hesablama şəbəkəsidir. Beynəlxalq təcrübədə bu təşkilat forması geniş yayılmışdır.

İnformasiya – hesablama şəbəkəsi informasiya fondlarının və proqram vasitələrinin çoxtəyinatlı və onlarla, bəzən yüzlərlə istifadəçiyə lazım olması şəraitinin məntiqi yekunudur. Əlbətdə hər bir hesablama mərkəzində zəruri informasiya və proqram təminatı yaradıla bilər və lokal istifadə oluna bilər. Lakin informasiya bazasının müntəzəm təzələnməsi, köhnə elementlərin bazadan kənarlaşdırılması, bir sözlə informasiyanın müntəzəm olaraq aktuallaşdırılması tələb olunduğundan hər bir hesablama mərkəzində bu işlərlə məşğul olan xüsusi xidmət qrupu yaradılır ki, bu da iqtisadi cəhətdən sərfəli deyildir. Odur ki, predmet sahəsi daha geniş və mürəkkəb olan müəssisə (təşkilat) nəzdində fəaliyyət göstərən hesablama mərkəzində böyük məlumat bazası yaradılır və digər istifadəçilərə xidmət edilir. Bu halda istifadəçilər üçün müvafiq məlumat bazası yaratmağa ehtiyac olmur və məlumat bazasının saxlanmasının hər bir istifadəçiyə düşən xərci azalmış olur. Proqram fondunun zənginləşməsi və istifadəçilərə operativ xidmət baxımından informasiya – hesablama şəbəkəsinin yaradılması əlverişlidir.

İnformasiya – hesablama – şəbəkəsinin yaradılması ən müasir rabitə vasitələrindən istifadə olunmasını tələb edir. İstifadəçilər ümumi təyinatlı məlumat bazasına müraciət üçün öz EHM – indən baza yerləşən EHM-ə (mərkəzi EHM) müraciət edə bilirlər. Şəbəkələrin təşkilinin ilkin mərhələlərində ənənəvi rabitə vasitələrindən (teleqraf, telefon və s.) də istifadə olunur.

İnformasiya şəbəkələri əhatə dairəsinə görə qlobal, regional və lokal şəbəkələr kimi fərqləndirilirlər. Qlobal informasiya şəbəkəsinə “İnternet” – i misal göstərmək olar.

Regional şəbəkələr ölkə şəhər miqyaslı şəbəkələrdir. Qeyd edək ki, regional şəbəkələrdə əsasən informasiya çevrilmələri və ötürülmələri baş verir. Məsələ ondadır ki, hesablama maşınlarının dinamik hesablama resusları şəklində birləşdirilməsi həm texniki, həm də iqtisadi cəhətdən həmişə sərfəli deyildir.

Lokal şəbəkələr əsasən yığcam ərazidə yerləşən müəssisə və təşkilatlarda yaradılır. Burada hesablama resuslarından da mərkəzləşdirilmiş qaydada istifadə olunur. Lokal şəbəkələrdə ötürmə sürəti daha yüksək olur.

3.İqtisadi informasiyanın informasiya-hesablama mərkəzində avtomatlaşdırılmış işlənməsi texnologiyası

İnformasiya hesablama mərkəzi çoxsaylı istifadəçilərə xidmət edir. Bu halda informasiyanın işlənməsi mərkəzləşdirilmiş qaydada və yalnız informasiya – hesablama mərkəzində həyata keçirilir. İqtisadi informasiyanın informasiya – hesablama mərkəzində avtomatlaşdırılmış işlənməsi texnologiyası aşağıdakı mərhələlərin ardıcıllığıdır:

1. İnformasiyanın yığılması və ilkin sənədlərin tərtibi. Bu

zaman ilkin sənədlərin maşında işlənmə tələblərinə uyğunluğu təmin olunmalıdır. İlkin sənədlərdə müvafiq kodlar göstərilməli, zəruri rekvizitlərin yeri dəqiqləşdirilməlidir.

2. Sənədlərin bağlamalarda komplektləşdirilməsi. Bu əməliyyat müəyyən

təlimatlar əsasında konkret iş sahəsinin mütəxəssisi tərəfindən yerinə yetirilir. Bu zaman sənəd formasının və ya perforasiya maketinin nömrəsi əsasında komplektləşdirmə aparılır. Bağlamanın həcminə məhdudiyyət qoyula bilər.

3. Əlamət nomenklaturasının kodlaşdırılması. Əməliyyat təsnifləşdiricinin

məlumatları bazasında təlimata əsasən yerinə yetirilir. Əlamətlər komplektləşdirməyə qədər və ya ondan sonra kodlaşdırıla bilər. İş sahəsinin xarakterindən asılı olaraq kodlaşdırma texnikası seçilir.

4. Müşaiyətedici yarlıqların tərtibi və sənədlərin informasiya – hesablama

mərkəzinə verilməsi. Bu əməliyyatla müəssisədə görülən sənədləşdirmə işi başa çatır. Müşaiyətedici yarlıq sənəd bağlamasının “vizit vərəqidir”. Burada müəssisənin kodu, bağlamanın nömrəsi, ay, sənədlərin adı və miqdarı göstərilir. Sənədlər informasiya – hesablama mərkəzinə yoxlanılaraq götürülür və xüsusi jurnalda qeyd olunur. Səhv tərtib olunmuş sənədlər düzəliş edilmək üçün müəssisəyə qaytarılır.

5. İnformasiya – hesablama mərkəzinə daxil olan sənədlərin məzmunu

maşın informasiya daşıyıcılarına köçürülür və giriş informasiya massivləri yaradılır.

6. İnformasiyanın EHM- ə daxil edilməsi. Bu proses əməliyyat sistemi

tərəfindən idarə olunur.

7. İnformasiyaya məntiqi – hesabi nəzarət və səhvlərin düzəldilməsi.

8. Nəticələrin istifadəçilərə çatdırılması.

Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.İqtisadi informasiya nəyə deyilir?

2.Uçot məlumatları neçə yerə ayrılır?

3.Mühasibat uçotunda yerləşən məlumatlar necə adlanır?

4.Sənədləşdirilməmiş məlumatlar harada yerləşir?

5.Mühasibat informasiyasının yığılmasının təşkili və bu məqsədlə texniki vasitələrin seçilməsi istehsalın texnoloji xüsusiyyətlərindən asılıdır. Həmin xüsusiyyətlər, hansı əlamətlər üzrə qiymətləndirilə bilər?

6.Məlumatların sənədləşdirilən yığımı texnologiyası onların maddi daşıyıcılar

üzərində qeyd olunmasını nəzərdə tutur. Burada əsasən neçə variantdan istifadə etmək mümkündür?

7.Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı xüsusiyyətindən istifadə olunur?

8.İdarəolunan obyektin vəziyyətini xarakterizə edən iqtisadi informasiyanın ümumi həcminin neçə faizi emal olunur?

9.İnformasiyanın emalının ümumi prosesini təşkil edən əməliyyatları neçə qrupa bölmək olar?

10.Avtomatlaşdırılmış informasiya sistemi öz aparıcı mövqeyini reallaşdırmaq üçün hansı modelə əsaslanmalıdır?

11.İdarəetmə sistemində istifadəçilərin sorğularına operativ surətdə cavab verilməsi üçün neçə mühüm cəhət nəzərə alınmalıdır?

12.Daxilolma tezliyi əlaməti üzrə istifadəçilərin sorğularını neçə böyük qrupa bölmək olar?

13.İxtiyari sorğularla reqlamentli sorğuları fərqləndirən cəhət nədir?

14.İnformasiyanın işlənməsinin daha çox istifadə olunan təşkili rejimlərinə hansı rejimləri aid ermək olar?

15.İstifadəçi və EHM arasında informasiya mübadiləsi necə adlanır?

16.Müvafiq texnologiyanın həyata keçirilməsi zamanı hansı cəhətlər nəzərə alınmalıdır?

17.Dialoq rejiminin neçə növü var?

18.Fəal dialoq rejimi ilə passiv dialoq rejimi arasındakı fərqli cəhətlər hansılardır?

19.Paket rejiminin səciyyəvi cəhəti hansıdır?

20.Real vaxt miqyası rejimi hansı funksiyanı yerinə yetirir?

21.İkitərəfli informasiya axınına əsaslanan rejim necə adlanır?

22.Birproqramlı rejimin çoxproqramlı rejimdən fərqi nədir?

23.Teleişləmə rejiminin geniş yayılmasına mane olan səbəblər hansılardır?

24.Teleişləmə rejimi terminalın EHM-dən hansı məsafədə yerləşməsi şəraitində lazımi səmərə verir?

25.Hesablama texnikası hansı formada istifadə üçün təşkil edilə bilər?

26.Texniki vasitələrlə təhcizat əlamətinə görə hesablama texnikasının hansı təşkilat formaları vardır?

27.Hesablama texnikasından istifadənin təşkili formaları sifarişçilərə xidmət əlamətinə görə neçə qrupa bölünür?

28.Fərdi istifadə olunan hesablama qurğuları harada yaradılır?

29.Şərikli hesablama qurğuları fərdi istifadə olunan qurğulara nəzərən hansı üstünlüklərə malikdir?

30.Xidmət dairəsi əlamətinə görə hesablama qurğularını hansı növləri üzrə fərqləndirmək olar?

31.Əsas prinsip üzrə işləyən hesablama qurğularına hansı hesablama qurğularını misal göstərmək olar?

32.Bank, maliyyə, ticarət, nəqliyyat və s. nazirlik və konsernlərin hesablama qurğuları hansı sahəyə aid edilir?

33.Qarışıq prinsiplə işləyən hesablama qurğuları dedikdə hansı qurğular başa düşülür?

34.Hesablama mərkəzləri hansı cəhətlərinə görə fərqlənir?

35.İnformasiya – hesablama mərkəzləri hansı funksiyanı yerinə yetirir?

36.İnformasiya şəbəkələri əhatə dairəsinə görə neçə yerə ayrılır?

37.İqtisadi informasiyanın informasiya – hesablama mərkəzində avtomatlaşdırılmış işlənməsi texnologiyası neçə mərhələdən ibarətdir?

38.Sənədlərin bağlamalarda komplektləşdirilməsi əməliyyatı neçənci mərhələdə yerinə yetirilir?

39.Dördüncü mərhələdə hansı əməliyyat yerinə yetrilir?


Ədəbiyyat:

Quliyev H.X,Balayev P.Ə “İqtisadi informatika və hesablama texnikasının əsasları”.Dərslik: Səhifə 34- Səhifə51






Quliyeva Səlimə


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə