Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Mühazirə 6: Fəal dərsin quruluşu



Yüklə 1,54 Mb.
səhifə22/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
Mühazirə 6: Fəal dərsin quruluşu

Plan:

1.Dərsin quruluşu

2. Dərsin mərhələləri

6.1.Dərsin quruluşu

Kurikulum üzrə fəal dərsin quruluşunda istifadə edilən mərhələsi, motivasiya haqqında-tədqiqat sualı haqqında problemi qoymaq üçün sual və ya tapşırıq verilir, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, fərziyyələr irəli sürülür. Motivasiya - dərs ərzində şagirdin idraki fəallığına təkan verən prosesdir və dərsin vacib komponentidir. Onun yaradılması və həyata keçirilməsi o qədər asan iş deyil və dərsin nəticəsi onun müvəffəqiyyətlə həyata keçirilməsindən asılıdır. Tədqiqat sualının qoyulması: bu zaman şagirdin qarşısında problem qoyulur, o zaman onda idrak fəallığı yaranır.

Fəal dərsin quruluşu aşağıdakı kimidir:

  1. Motivasiya - (problemin qoyulması, fərziyyələrin irəli sürülməsi)

  2. Tədqiqatın aparılması - (fərziyyələri yoxlamaq üçün tapşırıqların həlletmə prosesində məlumatların, faktların axtarılması və toplanılması)

  3. Məlumatın mübadiləsi - (əldə edilmiş məlumatların təqdim olunması)

  4. Məlumatların müzakirəsi və təşkili- (məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi)

  5. Nəticələrin çıxarılması - (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması)

  6. Produktiv - (yaradıcı) tətbiqetmə

  7. Qiymətləndirmə və ya Refleksiya - (hər mərhələdə aparıla bilər)

  8. Ev tapşırıqları

Fəal dərsi səmərəli təşkil etmək üçün - ilk növbədə müəllimin planlaşdırma bacarığı olmalıdır. O, dərs dediyi fənn üzrə bütün mərhələləri aydın təsəvvür edə bilməli, onlara aid perspektiv və cari planları hazırlamağı bacarmalıdır. Bu zaman aşağıdakı sualların cavablarını özü üçün konkretləşdirməlidir:

  • Nə öyrəniləcək?

  • Necə öyrəniləcək?

  • Hansı şəraitdə öyrəniləcək?

  • Nəticələr necə qiymətləndiriləcək?

Dərs planlaşdırılarkən hansı təlim standartlarının reallaşdırılması müəyyənləşdirilməli, ona uyğun təlim məqsədi, müvafiq metod və vasitələr seçilməlidir.

Fəal dərsdə aşağıdakıların nəzərə alınması didaktik cəhətdən əhəmiyyətli hesab edilir:

  1. Mövzunu müəyyənləşdirmək;

  2. Standartları konkretləşdirmək;

  3. Dərsin məqsədini (məqsədlərini) müəyyən etmək;

  4. Dərsin motivasiyasını işləyib hazırlamaq;

  5. Tədqiqat sualını müəyyənləşdirmək;

  6. Aparıcı tədqiqatın mərhələlərini planlaşdırmaq və bu zaman aşağıdakıları dəqiqləşdirmək:

  • Tədqiqat üçün tapşırıqları;

  • İş üsulları və formaları;

  • Məlumat mənbələrini;

  • Müzakirə üçün suallar hazırlamaq;

  • İdeyaları və alınacaq nəticələri qısaca ifadə etmək;

  • Dərsin hər mərhələsinə sərf olunacaq vaxtı müəyyənləşdirmək;

  • Qiymətləndirmə standartlarına əsasən vasitələr hazırlamaq;

  • Dərs üçün lazım olan resurslar (təchizat) müəyyən etmək.

İnteraktiv dərs modeli.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin