Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ana dili kurikulumu.
I sinif
I sinfin sonunda şagird:
1. Dinlədiyi fikri anladığını nümayiş etdirir;
2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir;
3. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir;
4. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir;
5.Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir;
6.Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
Məzmun təlim xətləri üzrə ümumi təlim nəticələri və alt standartlar.
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqində sadə bədii ifadələrdən istifadə edir.
1.2.4. Nitqində müvafiq jest və mimikalardan istifadə edir.
2. Oxu
Lüğət ehtiyatının zənginləşdirilməsi
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını sadə formada izah edir.
2.1.3. Yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.4. Öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Nitq səslərini heca daxilində və ayrıca tələffüz edir.
2.2.2. Səsləri hecalarda birləşdirir və oxuyur.
2.2.3. Sözləri hecalarla oxuyur.
2.2.4. Sözləri bütöv oxuyur.
2.2.5. Kiçikhəcmli mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.
2.2.6. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.
2.2.7. Mətni mənaca bitkin hissələrə ayırır, şəkilli planını tutur.
2.2.8. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.9. Mətnin məzmununu nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
3.1.2. Hərfləri kalliqrafik cəhətdən düzgün yazır və bitişdirir.
3.1.3. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.4. Marağına uyğun seçdiyi kiçikhəcmli nəzm nümunəsini əzbərdən yazır.
3.1.5. Kiçikhəcmli nəzm nümunələrinin məzmununu qısa şəkildə yazır.
3.1.6. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.7. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilmiş sadə əməli yazılar (məktub, açıqca) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Şagird zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi adlandırır və onları fərqləndirir.
4.1.2. Sait və samit səsləri tanıyır.
4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır.
4.1.4. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.5. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.6. Tək və cəm anlayışlarını nümunələrlə izah edir.
4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.8. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.9. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
II sinif
II sinfin sonunda
Şagird:
Dinlədiyi fikri anladığını nümayiş etdirir.
Şifahi nitq bacarığına malik olduğunu nümayiş etdirir.
Qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
Oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazıları (üzündənköçürmə, yaddaşa əsasən yazı, imla, ifadə, inşa, əməli yazı) yerinə yetirir.
Fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydalarını mənimsədiyini nümayiş etdirir.
Məzmun təlim xətləri üzrə ümumi təlim nəticələri və alt standartlar.
Dinləyib anlama və danışma.
Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.
Verdiyi sualla bağlı müzakirəyə qoşulur.
Söylənmiş fikirlə bağlı mövqeyini əsaslandırır.
Şagird şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
Oxuduqları, gördükləri, eşitdikləri barədə nəql edir.
Sadə süjetli şəkillərin məzmununu nəql edir.
Müşahidə prosesində müqayisədən istifadə etməklə fikrini bildirir.
Dialoji nitq bacarığı nümayiş etdirir.
Düşdüyü situasiyaya uyğun nitq etiketi seçir və ondan, əsasən, düzgün istifadə edir.
Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.
Sinif tədbirlərində çıxış edir.
Nitqinin təsirini gücləndirmək məqsədilə jest və mimikalardan istifadə edir.
Oxu
Lüğət ehtiyatının zənginləşdirilməsi.
Şagird qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
Rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
Nitqində yeni sözlərdən istifadə edir.
Çoxmənalı, yaxınmənalı və əksmənalı sözlərin nitqdə yerini müəyyən edir.
Oxuyub-anlama.
Şagird oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Oxu texnikasına və vərdişlərinə, əsasən, yiyələndiyini nümayiş etdirir.
Bədii mətnləri növlərinə görə fərqləndirir.
Mətnin hissələri arasında məna əlaqələrini şərh edir.
Mətnin sadə planını tutur.
Mətndəki başlıca fikri müəyyənləşdirir.
Mətnin məzmununu müfəssəl nəql edir.
Yazı
Yazının təşkili.
Şagird yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Hərfləri genetik prinsip üzrə qruplaşdıraraq asanlıqla yazır.
Sərbəst yazı texnikasına yiyələndiyini nümayiş etdirir.
Yazının tətbiqi.
Şagird kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazıları (üzündənköçürmə, yaddaşa əsasən yazı, imla, ifadə, inşa və əməli yazı) yerinə yetirir.
Tərkibində çətin sözlərin az olduğu kiçikhəcmli çap şəklində mətnləri üzündən köçürür.
Tərkibində yazılışı çətin sözlərin olduğu müvafiq mətnlər üzrə imla yazır.
Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
Süjetli şəkillər, ətraf aləm üzərində müşahidələri əsasında inşa yazır.
Sadə əməli yazılar (məktub, elan, ərizə) yazır.
Dil qaydaları.
Şagird fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini nümayiş etdirir.
Səs və hərfi fərqləndirir.
Cümləni və insan adlarını böyük hərflə başlayır.
Dodaqlanan və dodaqlanmayan saitləri fərqləndirir.
Əlifba cədvəlini bilir.
Yazısında cəm şəkilçilərindən düzgün istifadə edir.
Sualların köməyi ilə sözləri qruplaşdırır, əşyanın adını, necəliyini və hərəkətini bildirən sözləri tanıyır.
Cümləni söz birləşmələrindən fərqləndirir.
Tələb olunan intonasiyaya görə cümlə qurur və axırında müvafiq işarə qoyur.
III sinif
III sinfin sonunda
Şagird
Dinlədiyi fikri anladığını nümayiş etdirir.
Şifahi nitq bacarığına malik olduğunu nümayiş etdirir.
Qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
Oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazıları (üzündənköçürmə, yaddaşa əsasən yazı, imla, ifadə, inşa, əməli yazı) yerinə yetirir.
Fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydalarını mənimsədiyini nümayiş etdirir.
Məzmun xətləri üzrə ümumi təlim nəticələri və alt standartlar.
Dinləyib anlama və danışma.
Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.
Verdiyi sualla bağlı müzakirəyə qoşulur.
Dinlədiyi fikrə tənqidi yanaşmaqla mövqeyini bildirir.
Şagird şifahi nitq bacarıqlarına malik olduğunu bildirir.
Oxuduğu, gördüyü, eşitdiyi və başına gələn əhvalatlar haqqında nəql edir.
Qismən mürəkkəb süjetli şəkillərin məzmununu nəql edir.
Müşahidə prosesində gördüklərini yaradıcı nəql edir.
Dialoqun inkişaf etdirilməsində fəallıq göstərir.
Düşdüyü situasiyaya uyğun nitq etiketi seçir və ünsiyyət mədəniyyəti nümayiş etdirir.
Fikrini aydın şərh etmək məqsədilə bədii ifadələrdən istifadə edir.
Milli bayramlar və tarixi günlərdə çıxış edir.
Nitqini canlı, obrazlı etmək məqsədilə məzmuna müvafiq jest və mimikalardan istifadə edir.
Oxu
Lüğət ehtiyatının zənginləşdirilməsi.
Şagird qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
Rast gəldiyi oxşar hadisə və əşyaları fərqləndirir.
Yeni sözlərdən məqamında istifadə edir.
Çoxmənalı, əksmənalı və yaxınmənalı sözlərdən nitqində istifadə edir.
Oxuyub-anlama.
Şagird oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Sinfin səviyyəsinə uyğun mətnləri düzgün, sürətlə, ifadəli, şüurlu oxuyur.
Bədii mətnlərin növlərinin xüsusiyyətlərini bildiyini nümayiş etdirir.
Mətnin hissələrinə başlıqlar verir.
Mətnin geniş planını tutur.
Mətndəki başlıca fikrə münasibət bildirir.
Mətnin məzmununu seçmə nəql edir.
Yazı
Yazının təşkili.
Şagird yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Hərflərin enini, hündürlüyünü, onlar arasındakı məsafəni gözləməklə yazır.
Qazandığı vərdişləri möhkəmləndirdiyini nümayiş etdirir.
Yazının tətbiqi.
Şagird kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazıları (üzündənköçürmə, yaddaşa əsasən yazı, imla, ifadə, inşa və əməli yazılar) yerinə yetirir.
Tərkibində çətin sözlərin işləndiyi mətnlərin üzünü sərbəst köçürür.
Tərkibində çətin sözlər olan mətn üzrə imla yazır.
Marağına uyğun seçdiyi, leksik tərkibi nisbətən çətin nəzm nümunələrini əzbərdən yazır.
Təsvir və nəqli xarakterli inşalar yazır.
Əməli yazılar (məktub, elan, ərizə, divar qəzetinə məqalə) yazır.
4. Dil qaydaları.
Şagird fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini nümayiş etdirir.
Səs və hərfi fərqləndirir.
Böyük hərflərdən məqamına uyğun istifadə edir.
Kar və cingiltili samitləri fərqləndirir.
Məktəblinin orfoqrafiya lüğətindən istifadə edir.
Cəm şəkilçilərinin yazılışı ilə tələffüzü arasıdakı fərqi dərk edir.
Əsas nitq hissələrini leksik mənasına, qrammatik əlamətlərinə görə fərqləndirir.
Cümlədə kimin və nəyin haqqında danışıldığını və nə deyildiyini müəyyənləşdirir.
Verilmiş cümlənin intonasiyasını dəyişməklə müxtəlif çalarlarda işlədə bilir.
IV sinif
IV sinfin sonunda
Şagird:
Dinlədiyi fikri anladığını nümayiş etdirir.
Şifahi nitq bacarığına malik olduğunu nümayiş etdirir.
Qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
Oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazıları (üzündənköçürmə, yaddaşa əsasən yazı, imla, ifadə, inşa, əməli yazı) yerinə yetirir.
Fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydalarını mənimsədiyini nümayiş etdirir.
Məzmun xətləri üzrə ümumi təlim nəticələri və alt standartlar.
Dinləyib anlama və danışma.
Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.
Verdiyi sualla bağlı mövqeyini sübuta yetirir.
Verilmiş fikri öz ideyaları əsasında inandırıcı şəkildə inkişaf etdirir.
Şagird şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
Oxuduğu, gördüyü, eşitdiyi və başına gələn əhvalatlar haqqında yaradıcı şəkildə nəql edir.
Marağına uyğun süjetli şəkillər üzrə yaradıcı nəql edir.
Ətraf aləmlə bağlı şəxsi müşahidələri üzrə nəql edir.
Dialoqun gedişini dəyişməyi bacarır.
Düşdüyü situasiyaya uyğun nümunəvi nitq etiketlərindən sərbəst istifadə edir.
Fikrini obrazlı və emosional ifadə edir.
Milli bayramlar və tarixi günlərlə əlaqədar tədbirlərdə çıxış edir.
Nitq situasiyasından asılı olaraq məzmuna müvafiq jest və mimikalardan istifadə edir.
2. Oxu.
Lüğət ehtiyatının zənginləşdirilməsi.
Şagird qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
Rast gəldiyi yeni əşya və hadisə adlarına müstəqil nümunələr göstərir.
Yeni söz və terminlərdən məqamında sərbəst istifadə edir.
Çoxmənalı, əksmənalı və yaxınmənalı sözlərdən nitqində sərbəst istifadə edir.
Oxuyub-anlama.
2.2. Şagird oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müxtəlif mənbələrdən istifadə etməklə mətni düzgün, sürətlə, ifadəli, şüurlu oxuyur.
2.2.2. Nəzm və nəsr əsərlərini janrlarına görə fərqləndirir.
2.2.3. Mətnin süjet xəttini müəyyənləşdirir.
2.2.4. Mətnin yaradıcı planını tutur.
2.2.5. Mətnin əsas ideyasını müəyyənləşdirir və obrazlarını səciyyələndirir.
2.2.6. Mətnin məzmununu yığcam və yaradıcı nəql edir.
3. Yazı.
Yazının təşkili.
Şagird yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
Hüsnxət normalarını gözləməklə səliqəli və sürətlə yazır.
Yazı texnikasına və vərdişlərinə tam yiyələndiyini nümayiş etdirir.
Yazının tətbiqi.
Şagird kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazıları (üzündənköçürmə, yaddaşa əsasən yazı, imla, ifadə və inşa, əməli yazı) yerinə yetirir.
Mətndə ixtisar aparmaq, şəkilçiləri dəyişmək, əlavələr etməklə üzündən yaradıcı köçürür.
Leksik tərkibi daha mürəkkəb olan mətnlər üzrə imla yazır.
Marağına uyğun seçdiyi müxtəlif vəznli nəzm nümunələrini əzbərdən yazır.
Əməli yazılar (məktub, elan, ərizə, qəbz,dəvətnamə, divar qəzetinə məqalə, protokol) yazır.
4. Dil qaydaları.
Şagird fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini nümayiş etdirir.
Səs və hərfi fərqləndirir.
Böyük hərflərdən məqamına uyğun istifadə edir.
Fonetik təhlil aparır.
Sorğu kitablarından, kataloqlardan istifadə etməyi bacarır.
İnsan, başqa canlı və cansızlarla əlaqədar cümlələrdə cəm şəkilçilərindən düzgün istifadə edir.
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirir.
Nitqində baş və ikinci dərəcəli üzvlərdən düzgün istifadə edir.
Yazılı və şifahi nitqində intonasiyadan düzgün istifadə edir.
Dostları ilə paylaş: |