Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə33/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   68
Bölmə


Mövzu

Saat sayı

Həftə sayı


I

Hərf təliminə hazırlıq (18 saat -2 həftə)

A, N, Ə, L M, İ, T, B hərfləri (36 saat- 4 həftə)


54


6

II

R, İ, D, Y, O, S, U hərfləri

36

4

III

P, Ş, E, V, Z, Ü, Ö, G hərfləri

36

4

IV

Q, X, Ğ, C, Ç, H, F, J hərfləri

36

4

V

Ailə və məktəb

36

4

VI

Nağıllar aləmində

46

5

VII

Yaxşı nədir, pis nədir

35

4



Cəmi

279


31

Cədvəldən göründüyü kimi: Azərbaycan əlifbasına daxil olan 32 hərf dərslikdə səkkizliklərə bölünmüş, hər səkkiz hərfin tədrisi üçün 36 saat, yəni bir dərs ayı ayrılmışdır. Beləliklə, müəllimlər hər səkkiz hərfdən sonra kiçik summativ qiymətləndirmə aparmalıdırlar.

Vəsaitdə verilmiş hər dərs müəyyən bir mövzunun tədrisinə həsr edilir və bir neçə saatı əhatə edə bilər. Burada şərh edilmiş fəaliyyətlərin saatlar üzrə bölgüsü də müəllimin ixtiyarına verilir. Sinfin səviyyəsindən asılı olaraq dərslər üzrə təqdim edilmiş materiallar bəzi müəllimlərə az, digərlərinə çox görünə bilər. Belə olduqda müəllimlər seçim edə və ya analoji tapşırıqlar hazırlaya bilərlər.

İş dəftəri - sadədən mürəkkəbə prinsipi əsasında yazı vərdişlərini inkişaf etdirən tapşırıqlar verilmişdir. İlkin yazı elementlərinin yazılması zamanı hərflərin ölçüsü, hərflərarası intervalın düzgün verilməsi diqqətə alınmışdır. Bundan başqa, şagirdlərə verilmiş cümləni köçürərkən onu ayrı-ayrı sözlər kimi deyil, bütöv bir cümlə şəklində yazılması öyrədilir. Bunun üçün iş dəftərində sxemlər vasitəsilə cümlələrin qurulması üzrə tapşırıqlar verilmişdir. Bu tapşırıqlar şagirdlərə cümlə qurmaq texnikalarına yiyələnməklə bacarıqlar əldə etməyə köməklik göstərir. Şagirdə öz işinin real nəticəsini yoxlamaq üçün iş dəftərində krossvordlar, rebuslar, nağıllar və müxtəlif mətnlər, rabitəli cümlələr qurmaq və yazmaq üçün şəkillər, müxtəlif ölçülü hecaların və sözlərin yazılması üçün boş xanalar və s. tapşırıqlar verilmişdir. Hər səhifədə keçilmiş hərfin hüsnxət normalarına uyğun yazılışını göstərən və şagirdlərin nümunələri təkrar etmələri üçün boş sətirlər saxlanmış hissələr də verilmişdir. İş dəftərində nitq etiketlərinə, yazılı nitqin inkişafına, dil qaydalarına və məntiqi inkişafa yönəlmiş tapşırıqlar da var.

Müəllim üçün vəsaitdə - Ana dili təliminin təşkili üçün zəruri praktik materiallar toplanmışdır. Əlbəttə, dərs hər bir müəllimin yaradıcılığının məhsulu olmalıdır. Geniş şəkildə dərs icmalının yazılmasında məqsəd müəllimlərə fəal dərsin keçirilməsi modelini təqdim etmək, onlarda yeni ideyalar yaratmaqdır. Hər bir hərfin öyrənilməsinin birinci saatı fəal (interaktiv) təlimə əsaslanaraq mərhələ-mərhələ açıqlanmış, 2-ci saatı isə müəllimlərin yaradıcılığına imkan yaratmaq üçün addımlar şəklində planlaşdırılmışdır. Həftə ərzində oxuya verilən 5-ci saat keçilən mövzuların təkrarı üzrə ümumiləşdirici dərs kimi verilir. Bu dərsin keçirilməsi müəllimin şəxsi yaradıcılığını və ümumiləşdirmə bacarığını inkişaf etdirir. Hər bir dərsin gedişi qavrama qabiliyyətlərindən, əks əlaqədən, müəllimin fantaziyasından, iş təcrübəsindən, istifadə etdiyi metodiki vasitələrdən asılıdır. Vəsaitin bu şəkildə yazılması müəllimlərin çətin işini maraqlı və asan edəcəyinə ümid verir.

Vəsaitdə hər bir bölmənin əvvəlində verilmiş cədvəldə məzmun standartlarının mövzular üzrə reallaşdırılması öz əksini tapır. Oxu, yazı və dil qaydaları üzrə elə məzmun standartları var ki, bütün hərflər tanıdılana qədər onun reallaşdırılması qeyri – mümkündür. Ona görə də ilk bölmələrdə bəzi məzmun standartlarına yer verilməyib. Vəsaitdə şərh olunan hər bir dərs bir neçə alt standartın reallaşdırılmasına xidmət edir.

Dinləmə

Dinləmə şifahi nitqin qavranılması, beyində mənalandırılmasıdır. Məktəbə qədər şagirdlərdə fiziki vərdiş şəklində mövcud olan bu bacarıq dərs şəraitində sistemli şəkildə inkişaf etdirilir. Hərflərin təliminə qədər və təlimi prosesində istənilən sözlü məlumat uşaqlara, əsasən, şifahi nitq yolu ilə çatdırılır. Odur ki, I sinif şagirdində dinləmə bacarığının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Buna vaxtaşırı dinləmə mətnləri üzrə iş aparmaqla nail olmaq mümkündür. Bu zaman müəllim bəzi məqamları nəzərə almalıdır:

• Mətn səsləndirən müəllim elə yerdə dayanmalıdır ki, bütün uşaqlar onu görə bilsinlər.

• Mətn aramla və intonasiya ilə oxunmalıdır. Natiqin səsi sinfin hər guşəsində eşidilməlidir.

• Mətn çox uzun olmamalı, ən çoxu 2 dəqiqədən bir fasilə verilməlidir.

• Fasilələrdə verilən suallar uşaqların diqqətini mətn üzərində cəmləməli, onları mətnin davamına daha diqqətlə qulaq asmağa stimullaşdırmalıdır.

• Şagirdlər hər an mətn üzrə sual verməyə həvəsləndirilməlidir.

• Müəllim mətndə səslənən hər hansı bir sözün uşaqlar üçün tanış olmadığını ehtimal edərsə, nitqə fasilə verməli və yeni sözün mənasını uşaqlarla birlikdə açıqlamalıdır.

İlk günlərdən şagirdlərə dinləmə qaydalarını başa salmaq və onlara əməl olunmasına nəzarət etmək lazımdır.

• Şagirdlər öz yerlərində rahat oturmalı, partaların üstündə və ümumiyyətlə, sinifdə onların diqqətini yayındıracaq heç bir şey olmamalıdır.

• Müəllim danışarkən (oxuyarkən) şagirdlər onun jest və mimikalarını izləməlidirlər.

• Şagird bilməlidir ki, şifahi nitq bitdikdən sonra o, nitqi dinlədiyini sübut etməlidir.

Danışma

Dinləmə kimi, danışma da şifahi nitq bacarığıdır, lakin dinləmədən fərqli olaraq, danışma qavrama, anlama deyil, bildiklərini və nə düşündüklərini şifahi nitq vasitəsilə ifadə etmək bacarığıdır.

Danışma bacarığının inkişafında 3 mərhələni qeyd etmək olar:

1) Gördüyünü (şəkli) sözlə təsvir etmək.

2) Dinlədiyini öz sözləri ilə təkrarlamaq.

3) Düşündüyünü danışmaq.

İbtidai təhsil pilləsində danışma bacarığının inkişafına şəkillərin təsvirindən başlamaq məqsədəuyğundur. Bunun üçün dərslikdə müxtəlif kompozisiyalı şəkillər verilmişdir. İlkin mərhələdə bu şəkillər ətrafında iş konkret suallar ətrafında getməlidir (“Sən nə görürsən?” , “Oğlan nə edir?” və s.). Daha sonra uşaqlar rabitəli nitq quraraq şəkli bütövlüklə təsvir edirlər.

Sonrakı mərhələdə uşaqlar mətni dinləməklə yanaşı, həmin mətnə çəkilmiş illüstrasiyaları da işləyirlər. Düşündüyünü danışmaq şifahi nitq bacarığının inkişafında daha ali mərhələdir. Bunun üçün şagirdin mənəvi dəyərlər haqqında təsəvvürləri, müəyyən bilik dairəsi və kifayət qədər söz ehtiyatı olmalıdır. Bununla belə, bu bacarıq da ilk günlərdən formalaşdırılmalı və inkişaf etdirilməlidir.

Danışma bacarığını inkişaf etdirmək üçün sinifdə müzakirələr zamanı hər bir şagirdin özünüifadəsi üçün dəstəkləyici şərait yaradılmalıdır. Bunun üçün aşağıdakılar tövsiyə olunur:

- Uşaqlara tez-tez “Sən olsaydın nə edərdin?” sualı verilməlidir. Belə olduqda problem uşağın şəxsi müstəvisinə keçir və onda danışmaq həvəsi yaranır.

- Daha çox açıq tipli düşündürücü suallar verilməlidir. Bu suallar “Səncə...” sözü ilə başlasa, yaxşı olar. Hər bir uşaq hiss etməlidir ki, onun fikri ətrafdakılar üçün əhəmiyyətlidir.

- Hər bir şagirdin fikrinə, yanlış olsa belə, hörmətlə yanaşılmalıdır. Yanlış danışmaq yox, heç danışmamaq pislənməlidir.

- Verilən suallar müvafiq yaş qrupunun maraq dairəsinə yaxın olmalıdır.

- Suala cavab vermək üçün şagirdə fürsət, cəsarət və kifayət qədər vaxt verilməlidir. Nə qədər ki danışmaq istəyir, onun sözü kəsilməməlidir.

Oxu

Məktəbdə təhsil аlmağa başlayan uşaqların çoxu müəyyən qədər dinləmə və danışma bacarıqlarına malik olsa da, hərfləri tanımır və əlbəttə ki, oxuya və yaza bilmir. Cümlənin sözlərdən, sözün isə səslərdən ibarət olması haqda uşağın təsəvvürü olmur.



I sinifdə ilk günlərdən uşaqlara kitabla davranış qaydaları aşılanmalıdır. Uşaq:

- kitaba baxarkən partada düzgün oturmalı, belini əyməməlidir.

- kitabı tutarkən, onu açarkən və səhifələyərkən ehtiyatlı davranmalıdır.

- kitabla göz arasındakı məsafə 30-35. sm olmalıdır.

Hərf təliminə hazırlıq mərhələsində şagirdlər səs və hecalarla sxemlər vasitəsilə tanış olurlar. Azərbaycan dilində də hər hərf bir səsi ifadə edir (Yalnız “k” hərfi iki səsi ifadə edir). Bu, eşidilən səslə onun yazıda işarəsini - hərfin eyniləşdirilməsi prosesini asanlaşdırır. Ona görə də hərflərin tanıdılmasına səslərin tanıdılmasından başlamaq daha məqsədəuyğundur. Bu prosesi bir neçə mərhələyə bölmək olar:

1. Söz şəkil vasitəsilə tanıdılır.

2. Sözdəki səslər ayrılıqda tələffüz edilir. Səslər yazıda kvadratlarla işarə olunur.

3. Uşaqlar sözlərdə səslərin sayını tapır, təkrarlanan eyni səsləri ayırd edirlər.

4. Söz hecalara bölünərək tələffüz olunur. Hecalar yazıda düzbucaqlılarla işarə olunur.

5. Uşaqlar sözlərdə hecaların sayını, müxtəlif sözlərdə eyni hecaları tapırlar.

“Bir hərf - bir səs” fonetik sistemi bu metodikanın tətbiqinə imkan yaradır. Bu sxemlərdən hərf təlimi mərhələsində də istifadə olunur.

Beləliklə, ilkin mərhələlərdə oxumaq üçün sözlər seçərkən şəkillə təsvir oluna bilən konkret isimlərə (bitki, məişət əşyaları, heyvan və s.) üstünlük verilir.

Şüurlu oxu mərhələsində verilən mətnlər vasitəsilə şagirdin oxu texnikası təkmilləşdirilir və oxuyub-anlama bacarığı formalaşdırılır. I sinifdə oxu zamanı orfoepik normalara əməl etməyi tələb kimi qoymaq hələ tezdir. Bu, oxu texnikasına və şüurlu oxu bacarığına yiyələnmənin sürətinə mənfi təsir göstərə bilər.

Şagirdlərdə I sinifdən mütaliə vərdişi yaratmalı, bunun üçün “Oxu” məzmun xətti, sadəcə olaraq oxu texnikasının inkişafı ilə məhdudlaşmamalıdır! Şagirdləri oxuduqları mətnlərlə bağlı araşdırmalar aparmağa, mövzu üzrə daha çox məlumat toplamağa, bildiklərini başqaları ilə bölüşməyə, ətrafdakıların bu haqda fikirlərini öyrənməyə sövq etmək lazımdır. Mütaliə edən sinif üçün daim diskussiya mühiti yaratmaq, ona düşündüklərini müzakirəyə çıxarmaq imkanı vermək lazımdır.

Yazı

Müşahidələr göstərir ki, əlinə yeni qələm alan uşaqlar adətən, bir qədər sağa əyilmiş cizgilər çəkirlər. Pedaqoqlar uşaqların bu təbii (fizioloji) vərdişlərinə əks getməmək üçün I sinif üçün dərsliklərdə əl yazısı şəklində olan hərfləri soldan sağa əyilmiş şəkildə verməyi məsləhət görürlər. İbtidai siniflər üçün yazı dəftərlərində də düz üfüqi xətləri müəyyən bucaq altında kəsən maili xətlər verilir ki, bu, yazı vərdişlərinə yeni alışan uşaqların işini asanlaşdırmaq məqsədi güdür.



Hərf təliminə qədərki dövrdə şagirdlər sadədən mürəkkəbə doğru müxtəlif cizgi çalışmalar icra edirdilər ki, bu da onların əlini qələmə alışdırmaq və yazı vərdişi yaratmaq məqsədi daşıyır. Dərslikdə bu cür cizgilərin nümunələri verilir. Müəllim yazı taxtasında cizgi çalışmalarını icra etməklə əlin yuxarı və aşağı, sağa və sola hərəkətini nümayiş etdirməlidir.

İlk məşğələlərdən şagirdlərə partada oturmaq, dəftəri qoymaq, qələmi tutmaq qaydaları öyrədilməlidir. Şagird yazarkən bədəni çox qabağa əyilməməli, döşü partaya dirənməməlidir. Əllər partanın üstündə olmalı, sağ qolun dirsəyi partadan azca kənara çıxmalı, baş azca aşağı əyilməli, dəftərlə göz arasında təxminən 25-30. sm məsafə saxlanmalıdır. Bütün bu qaydalar ilk günlərdən başlayaraq hərf təlimi dövründə hər yazı yazarkən təkrar edilməlidir.

Dərslikdə əl yazısı nümunəsində verilmiş hərfin başlanğıc nöqtəsi və qələmin hərəkət istiqaməti oxlarla göstərilir. Şagirdlər bu təsvirə baxaraq əvvəlcə barmaqları ilə havada hərfi çəkməlidirlər. Sonra dəftərdə həmin hərfin elementlərini və hərfin özünü yazırlar. Daha sonra dərslikdə əl yazısı ilə verilmiş sözlər, cümlələr üzündən köçürülür.

Hərf təlimi mərhələsindən başlayaraq şagird yalnız gördüyünü deyil, dinlədiyini və düşündüyünü də yazmağa alışdırılır. Oxu texnikasının inkişafı mərhələsində onlar artıq şəklə uyğun cümlələr qurub yazmaq, rabitəli mətn yazmaq bacarıqlarını nümayiş etdirməlidirlər.

Dil qaydaları

Linqvistik qaydalar nitq vərdişlərinin inkişafına kömək edən vasitədir. Bununla yanaşı, dilçilik özü də inkişafda olan bir elmdir və digər elmlər kimi onun da əsasları orta məktəbdə tədris olunmalıdır. Dilçilik qaydaları real nitqdən təcrid olunmuş şəkildə əzbərlənməməli, şifahi və yazılı nitqdə müvafiq situasiyalarda tətbiq olunmaq üçün öyrənilməlidir.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin