Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


II sinif üçün “Azərbaycan dili” dərslik komplekti



Yüklə 1,54 Mb.
səhifə34/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   68
8.2 II sinif üçün “Azərbaycan dili” dərslik komplekti.

Müasir dərslik komplektlərinə şagirdlərin daha fəal və yaradıcı işləməsi üçün dərslikdən əlavə iş dəftəri müəllimə pedaqoji yardım nəzərdə tutan metodik vəsait də daxil edilir. Təqdim olunan dərslik komplekti II sinifdə Azərbaycan dilinin tədrisinin 2 mərhələdə keçilməsini nəzərdə tutur.

Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdə bu mərhələlər aşağıdakı bölmələr şəklində təqdim olunub:


    1. Dəyərlərimiz

    2. Ailə

    3. Sinfimizin təşkili

    4. Heyvanlar və quşlar

    5. Təbiətin sirləri

    6. Söz sənətimiz

    7. Nağıllar aləmində

    8. Yaxşı nədir, pis nədir?

Hər bölmə orta hesabla 40 saat üçün nəzərdə tutulub ki, bu da həftədə 10 saat olmaqla bir dərs ayına bərabərdir (cəmi 320 saat).

Dərslikdə - müvafiq mövzular üzrə mətnlər, dilçiliklə bağlı sadə nəzəri materiallar və “Oxu”, “Danışma”, “Dil qaydaları” məzmun xətləri ilə bağlı bacarıqların inkişafı üçün tapşırıqlar verilir. Dərslikdəki tapşırıqlar aşağıdakı rubrikalar altında verilir: “ Şüurlu oxu”, “Düşün və cavab ver”, “Sözlük”, “Söz ehtiyatı”, “Dil qaydaları”, “Araşdırma”, “Məntiq”, “Tətbiqetmə”.

Dərslikdə dilçilik üzrə nəzəri materiallar “Qaydalar” rubrikasında verilmişdir. Dil qaydaları üzrə alt standartlar bölmələr üzrə aşağıdakı şəkildə paylanmışdır. Bu bölgü nitq vahidlərini sadədən mürəkkəbə doğru öyrənməyə imkan verir: 1 və 2-ci bölmələrdə -Səs, hərf (fonetika), 3 və 4-cü bölmələrdə -Nitq hissələri (morfologiya), 5-ci bölmədə -Sözün tərkibi (morfologiya), 6-cı bölmədə -Sinonimlər, antonimlər, (leksika), 7-ci bölmədə- Söz birləşməsi və cümlə (sintaksis), 8-ci bölmədə (dil qaydaları) keçilənlər praktik çalışmalar vasitəsilə müvafiq ardıcıllıqla təkrar olunur.



“İş dəftəri” - dərslikdə verilən biliklərin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsinə xidmət edir. İş dəftəri problemin həllinə yönəlmiş çalışmalar üçün geniş imkanlar açır. İş dəftəri strukturuna görə müvafiq dərsliyi təkrar edir. Funksional baxımdan isə o, şagirdin biliyini daha da dərinləşdirməyə, onu qiymətləndirməyə yönəlmişdir. Müəlliflər iş dəftəri ilə test kitabının sintezini yaratmağa çalışmışlar. Bu, müəllimin işini son dərəcə asanlaşdırır, şagirdi həm sinifdə, həm də evdə müvafiq mövzu üzərində işlətmək üçün onun əlində kifayət qədər material olur. İş dəftərində ilk növbədə “Yazı” məzmun xətti ilə bağlı bacarıqların inkişafı və qiymətləndirmə üçün materiallar verilir. Hər bölmədə əlifbadakı 4 hərfin hüsnxət normalarına uyğun yazılışını göstərən və şagirdlərin nümunələri təkrar etmələri üçün boş sətirlər saxlanılmış səhifələr vardır. Hər bölmənin sonunda oxuyub anlama və dil qaydaları üzrə test tapşırıqları verilmişdir.

“Müəllim üçün metodik vəsaitdə”- dərslik və iş dəftərindəki materiallardan istifadə yolları göstərilir və əlavə materiallar verilir. Buna müvafiq məzmun standartları şərh olunur, hər bir mövzu üzrə dərsin mərhələləri göstərilir, mövzuların saatlar üzrə bölgüsü (dərs planı) və qiymətləndirmə cədvəlləri öz əksini tapır. Bəzi dərslərdə dərslik və iş dəftərindən istifadə olunmur. Bunlar dinləmə, imla, ifadə, inşa dərsləridir.

“Azərbaycan dili” dərsliyində şagirdlərdə oxu bacarığını daha mükəmməl inkişaf etdirilməsi üçün çoxlu çalışma modelləri verilmişdir. Şagirdlər çalışmadakı mətni şüurlu oxumalıdırlar ki, təqdim olunan sualları cavablandıra bilsinlər. Müəllim bu prosesdə istiqamətləndirici mövqe tutmalıdır. Şagirdlər dinlədiklərini konkretləşdirmək üçün suallar verə bilərlər. Uşaqların verdikləri cavablarla yanaşı, söylənilən düşündürücü suallar da onların dinləmə bacarıqlarını qiymətləndirmək üçün meyar ola bilər.

Şagirdləri çoxlu mütaliəyə sövq etmək lazımdır. Mütaliə edən uşağın dünyagörüşü genişlənir, söz ehtiyatı zənginləşir, yaradıcı təfəkkürü daha da inkişaf edir. Uşaqlara imkan yaratmaq lazımdır ki, düşündüklərini söyləsinlər. Hətta səhv desələr də fikirlərini söyləmələrinə imkan yaradılmalı, ehtiyatla düzəlişlər edilməlidir.

Şagird anladığını yazılı şəkildə çatdırmaq üçün yazı texnikasına yiyələnməlidir. Yazılı nitq oxu və yazının vəhdətidir. İş dəftərində bu tələblərə əsasən verilmiş tapşırıqlar, yazı bacarıqlarının inkişafına yönələn çoxsaylı çalışmalar həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanır. Yalnız belə olan halda məzmun standartlarının reallaşdırılmasına nail olmaq mümkündür.

“Azərbaycan dili” dərslik komplektinə daxil olan “Müəllim üçün vəsait”də dərslik və iş dəftərindən istifadə yolları göstərilməklə yanaşı, əlavə materiallar da verilir. Burada standartlar, hər bir mövzu üzrə dərsin strategiyası əks olunur, interaktiv üsullardan istifadə imkanları, ayrı-ayrı çalışmaların həlli ilə bağlı şərhlər, yoxlama işi nümunələri, mövzuların saatlar üzrə bölgüsü, qiymətləndirmə cədvəlləri təqdim edilir. Xüsusi əməliyyat daşıyan müddəalar “Müəllimin nəzərinə” adı altında ümumiləşdirilir. Hər dərsdə gözlənilən şagird nailiyyətləri və buna uyğun məzmun standartının göstərilməsi müəllimin işini yüngülləşdirir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin