Meyarlar
|
Heca düzəldir
|
Hecalardan sözlər düzəldir
|
Cümlə qurur
|
Nəticə çıxarır
|
Səviyyə
Qrup №
|
I II III IV
|
I II III IV
|
I II III IV
|
I II III IV
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
4.
|
|
|
|
|
“Ş ş” hərfi. Ad günündə
I variant
Məzmun standartları
|
Təlim məqsədləri
|
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
|
Sözləri hecalarla və bütöv oxuyur.
|
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
|
Verilmiş sözlərin düzgün ardıcıllığını müəyyən edərək bitmiş fikir ifadə edən cümlə düzəldir.
|
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
|
Şəxs adlarının böyük hərflə yazıldığını bilir.
|
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
|
Böyük və kiçik “Ş ş” hərfinin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
|
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
|
Əl yazısı şəklində olan sözləri və cümlələri üzündən köçürür.
|
2.2.3. Mətnin şəkilli planını tutur.
|
Mətnlə şəkil arasındakı uyğunsuzluğu müəyyən edir.
|
Motivasiya
Müəllim aşağıdakı yanıltmacı aramla deyir:
Aşpaz Abbas aş asmış ,
Asmışsa da, az asmış .
Bu cür çətin tələffüz olunan ədəbiyyat nümunələrinin “yanıltmac” adlandığı şagirdlərin diqqətinə çatdırılır. Onlar yanıltmacı səhvsiz təkrar etməyə çalışırlar.
Qeyd: Yanıltmaclar şagirdlərin diksiyasının formalaşmasında xüsusi rol oynayır. Ona görə də dərslikdə bu cür nümunələrdən bir neçə dəfə istifadə olunur.
Müəllim: Hansı səslər yanıltmacı deməyə çətinlik törədir? (“s” və “ş”) Bu səsləri işarə edən hərflərdən hansını tanıyırsınız? (“s”). Bəs hansını tanımırsınız? (“ş”)
Müəllim şagirdlərin diqqətini hərf qatarındakı 14-cü hərfə - “s” hərfinə yönəldir. Şagirdlərdən biri bu hərfi yazı taxtasında yazır. Müəllim bildirir ki, digər hərf – “ş” dа bu hərfə çox bənzəyir və “s”-nin “quyruğ”unu qoymaqla bunun “ş” hərfi olduğunu deyir.
Oxu
(St. 2.2.1) Şagirdlərin diqqəti dərsliyin 54-cü səhifəsində verilmiş “ş” hərfinin çap və əl yazısı şəklinə yönəldilir. “Şalvar”, “mişar”, “xətkeş” sözlərinin hərf sxemi araşdırılır. Lövhədə verilmiş sözlər oxunarkən müəllim Şuşa haqqında kiçik məlumat verir və şəhərin hal-hazırda ermənilərin işğalı altında olduğunu qeyd edir:
- Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Вu şəhər Azərbaycanın bir çox görkəmli musiqiçilərinin vətənidir. Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır. Tanınmış yazıçılar, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Xurşidbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı və başqaları da bu şəhərdə doğulmuşlar.
8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.
Azərbaycanın xəritəsi nümayiş etdirilir. Şuşanın yeri göstərilir. 1-ci tapşırığı yerinə yetirərkən şagirdlər sözlərin məna əlaqəsini tapır və söz birləşmələri yaradırlar.
Dil qaydaları
(St. 4.1.6) 2-ci tapşırıq üzərində iş gedərkən şagirdlərə cümlənin əsas xüsusiyyəti – bitmiş fikir ifadə etməsi və bunun üçün müəyyən söz sırasına malik olması xatırladılır. Şagirdlər sözlərin düzgün ardıcıllığını müəyyən edərək cümlələr qururlar.
(St. 4.1.3) 2-ci cümləni qurarkən şagirdlərin variantları fərqlənə bilər:
1. Şirin nənə şəkərbura bişirir.
2. Nənə şirin şəkərbura bişirir.
Bu zaman müəllim bildirir ki, “Şirin” sözü böyük hərflə yazıldığına görə nənənin adını bildirir, ona görə burada 1-ci variant doğrudur.
Yazı
(St. 3.1.1, 3.1.2) Böyük və kiçik “Ş ş” hərfinin yazılışı ilə bağlı fəaliyyət yerinə yetirilir. 55-ci səhifədə verilmiş yazı nümunələri köçürülür.
Oxu
Müəllim: Siz nə vaxt daha çox sevinirsiniz? Sizə nə vaxt daha çox xoş sözlər, arzular deyilir, çoxlu hədiyyə verilir?
(St. 2.2.3) “Ad günündə” mətni oxunur və şagirdlər mətnlə şəkil arasındakı uyğunsuzluqları müəyyən edirlər.
Qiymətləndirmə
Vəsaitin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəllərinə əsasən təlim məqsədlərinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
II variant:
Ş səsi və hərfi.
Mövzu: Ş səsi və hərfi
Standart: 1.2.1, 2.1.4, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4, 4.1.1, 4.1.2
İnteqrasiya: H.b. 1.2.1.
Məqsəd:
1. Ş səsi və hərfini tanıyır.
2. Ş səsi və hərfindən hecalar düzəldir.
3 .Ş səsinin sait və ya samit olduğunu müəyyənləşdirir.
4. Ş səsi və hərfi olan hecalardan sözlər düzəldir.
5. Ş səsi və hərfinin sözlərdə yerini müəyyən edir.
6. Ş səsi və hərfi olan sözlərdən cümlə qurur.
Əsas anlayışlar: Səs, hərf, heca, söz, cümlə.
İş forması: Bütün siniflə birgə, kiçik qruplarla iş
İş üsulu: Müzakirə
Resurslar : Şəkillər, iş vərəqləri, kəsmə əlifba, dərslik.
Dərsin gedişi:
I mərhələ: Motivasiya, problemin qoyuluşu.
“Torbada nə var?” oyunu.
Lövhədən ortasında “?” işarəsi yazılmış dairə asılır. Müəllim torbadan müxtəlif şəkillər (şam, şar, şir, şabalıd və s.) çıxarır. Şagirdlər həmin şəkilləri adlandırdıqca müəllim onları dairənin ətrafına yapışdırır.
Yardımçı sual: Bu əşyaların adlarında eyni olan səs hansıdır?
Şagirdlərdən “ş səsi” cavabı alındıqdan sonra müəllim ş hərfinin çap şəklini göstərir, onun tələffüz və yazılışı, samit səs olması barədə şagirdlərə məlumat verir.
Tədqiqat sualı: Ş səsi və hərfinin daha hansı xüsusiyyətləri var?
II mərhələ: Tədqiqatın aparılması.
Şagirdlər qruplara bölünür və iş vərəqləri paylanır.
İş vərəqi 1. Ş hərfinə sait artırmaqla hecalar düzəldin.
a ə
ı ş o
i u
İş vərəqi 2 . Şə, şa, ma, mi, lə, şar, şın, nı hecalarından sözlər düzəldin.
İş vərəqi 3.Verilmiş fiqurları formalarına görə qruplaşdırın və oradakı sözlərin yazılışına əsasən ş hərfinin işlənmə yerini müəyyən edin.
Dostları ilə paylaş: |