N Nazlı Nigar nazlanır
......
Qeyd: Dərs prosesində hərflərə aid şeirlərdən də istifadə etmək olar. Məsələn:
A səsidir, uşaqlar, əlifbanın ilk hərfi.
Öyrəndiyiniz ilk söz əziz “ana” kəlməsi.
Ə əlifba sözündə lap birinci durubdur.
“Ələk”, “Əlcək” sözünü o yaradıb, qurubdur.
O ordudur, oğullar Vətəni qoruyacaq.
Oğuz eli düşməni oraqla doğrayacaq!
U ulduzdur, ucalıb hər sinif otağında.
Yurdumun rəmzi olan üçrəngli bayrağımda.
L lalədir, Ləmanın yanağıtək qırmızı.
Limonun da qorxudan rəngi olub sapsarı.
Yaxud da,
Cədvəl 1. Hərfləri keçərkən sözlərin təsnifatı zamanı istifadə olunur:
Sözün əvvəlində
|
Sözün ortasında
|
Sözün sonunda
|
|
|
|
Cədvəl 2. Hecaların sayına görə sözlərin təsnifatı zamanı istifadə olunur:
Birhecalı
|
İkihecalı
|
Üçhecalı
|
|
|
|
Cədvəl 3. Verilmiş sözlərin təsviri üzrə olan tapşırıqlar zamanı istifadə olunur:
Cədvəl 4. Cisim və hadisələrin oxşarlıq tələb olunmayan müqayisələri zamanı istifadə olunur:
14.2. Didaktik oyunlar
Müasir təhsilin başlıca məqsədlərindən biri azad düşüncəli şəxsiyyət yetişdirməkdir. Dünya ölkələrində ana dilinin öyrənilməsi milli təfəkkürün formalaşmasında mühüm vasitə kimi yüksək qiymətləndirilir. Ana dili şagirdin söz ehtiyatını zənginləşdirir, nitqi məntiqi, ardıcıl və rabitəli qurmaq vərdişi yaradır. Şagird ana dili vasitəsilə hafizəsini, düşünmə qabiliyyətini inkişaf etdirir, onda həm təxəyyül, həm də idrak bacarığı formalaşır. Azərbaycan dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir.
Müasir təhsilin ən əsas prinsipi – hər uşağa individual yanaşmaqdır. Oyun isə bu cəhətdən müəllim üçün əvəzolunmaz köməkçidir. Oyunlar ibtidai siniflərdə mütləqdir. Belə ki, oyun çətini asan, darıxdırıcını isə maraqlı edir. Azərbaycan dili dərslərində didaktik oyunların böyük əhəmiyyəti vardır.
Biz hamımız nə vaxtsa uşaq olmuşuq. Uşaq dövründə ən çox nə ilə məşğul olmaq istəmişik? Əlbəttə ki, oynamaqla! Biz hər gün müxtəlif oyunlar fikirləşirdik, tapırdıq. Özümüz də bilmədən bu oyunları fikirləşib tapdıqca, oynadıqca, həm də inkişaf edirdik. Yəni biz aləmi oynayaraq dərk edirdik və bu, bizim xoşumuza gəlirdi.
XX əsrin görkəmli dahilərindən biri Yoxan Heydinq “oynayan insanı” məhz “dərk edən” insan adlandırırdı. Doğrudan da yerində tətbiq olunan oyun uşaqların dərketmə qabiliyyətini artırır.
Oynayaraq uşaqlar diqqətini, yaddaşını, məntiqi düşüncələrini genişləndirirlər. Onlar bir-biri ilə təmas qurur, digər uşaqların fikrini eşitməyi öyrənirlər.
1-ci sinifdə əlifba təlimi dövründən başlayaraq dərsi elə qurmaq lazımdır ki, o, bağçadakı oyunların davamı təsiri bağışlasın. Bu dövrdə uşaqlara hərfləri öyrətməklə yanaşı, onların obrazlı təfəkkürünü inkişaf etdirmək mümkündür.
Uşaq məktəbə gedir və ondan təhsildə nailiyyət gözləyirlər. Burada “birincilər” həyatı təmiz vərəqdən başlayan insana bənzəyirlər. Bu prosesi asanlaşdırmaq müəllimin borcudur. Köməkçi kimi isə oyunlardan geniş istifadə etmək olar.
Uşağın mövzunu dərk etməsi üçün əsas şərtlərdən biri odur ki, dərs maraqlı və yaddaqalan olmalıdır. O, bu prosesə qarışmaq, iştirak etmək istəməlidir. Müəllim uşağın gözündə təlimçi yox, yoldaş olmalıdır. Bunların hamısını isə oyun zamanı həyata keçirmək mümkündür. Belə halda uşaqlarda təhsilə maraq, kollektivdə işləmək bacarığı, yoldaşlarını eşitmək, özünə güvənmək kimi xüsusiyyətlər formalaşır.
Lakin müəllim dərk etməlidir ki, oyun əsas yox, köməkçi vasitədir. Oyundan yeni mövzunu başa salanda da, təkrar edəndə də, əldə olunan bilikləri inkişaf etdirəndə də istifadə etmək olar.
Düzdür, oyun zamanı tez-tez səs-küy olur. Bu səs emosiyaların qaynadığını, dərketmə dərəcəsinin yüksəldiyini, mövzuya marağın artdığını göstərir. Oyun dərsi darıxdırıcı bir prosesə çevrilməyə qoymur.
Bu prinsipdən çıxış edib, dərsi oyunlar üzərində qurmaq və hər dərsdə bir və ya bir neçə oyun həyata keçirmək olar.
Məsələn, Azərbaycan dili dərsində “Cümlə qur” oyununu oynamaq olar. Oyunun şərti belədir: ayrı-ayrılıqda bir neçə cümlələrin əvvəli və davamı verilir. Cümlələrin əvvəlinə uyğun olan davamını tapıb, cümləni qurmaq lazımdır. Uşaqlar əvvəl səhvə yol versələr də, sonra oyunun şərtlərinə riayət edərək daha sərbəst cümlə qururlar.
Yazı dərsində uşaqlar “Sözü tap” oyununda sözləri tapmalıdırlar. İlk baxışda bu oyun çox sadədir. Verilən sözlərdə hecaların və yaxud hərflərin yerini dəyişməklə şagirdlər sözlər qururlar. Bu isə şagirdlər tərəfindən hərfləri yaxşı tanımaq, böyük diqqət tələb edir.
Texniki imkanlardan istifadə edərək daha çox oyun tərtib etmək olar. Hər mövzuya uyğun oyun var: Məsələn, “Şən qatarı doldur” (sıra sayı) və s. Əlbəttə, kompyütersiz oyunlar da var, lakin uşaqları ekrandakı hərəkətlər, animasiya, səs effektləri daha çox cəlb edir və maraqlandırır.
Tədrisi yeni səviyyəyə qaldırmaq üçün yeni təlim texnologiyalarından istifadə edərək yeni bir dərs modeli qurulan zaman, bu prosesdə oyunun rolu danılmazdır.
İbtidai sinif şagirdlərinin yaş xüsusiyyətlərini nəzərə alaraq, dərslərdə müxtəlif oyunlardan istifadə etmək olar. Tərkibində oyun və oyun situasiyanın yaranması nəzərdə tutulan dərslər tədrisin çox səmərəli vasitəsidir. İstənilən mərhələdə dərsin strukturuna oyun süjetinin daxil edilməsi sinfin bütün şagirdlərinin diqqətini cəlb edir. Dərsin gedişində didaktik oyunun olması bir sıra tədris məsələlərinin həlli yolunu asanlaşdırır. Oyun zamanı şagirdlər öz fəaliyyətində biliklərini qiymətləndirməyə şərait yaradan situasiyaya düşürlər.
Belə oyunlar vasitəsilə bütün uşaqlar fəallaşır, hətta təlimdə geri qalan zəif şagirdlərdə özlərinə inam artır, onlar da cavab verməyə çalışırlar. Beləliklə, oyundan, maraqlı tapşırıqdan çox vacib və çətin işə aparan yol şagirdlər tərəfindən asanlıqla qət edilir.
Dərslərdə şagirdləri tez-tez nağıl qəhramanları - Cırtdan, Tıq-tıq xanım, Məlikməmməd, göyçək Fatma ilə və s. görüşdürmək olar.
Onlar dərslərdə şagirdlərdən kömək, məsləhət istəyirlər. Məsələn: Yoldaşlarından ayrı düşən, çıxılmaz vəziyyətdə olan Cırtdan sol tərəfdəki beçinci ağacın harada olduğunu məhz uşaqların köməyi ilə tapır.
Yaxud da, Azərbaycan dili dərsində hamıya tanış olan “Nənəli” mahnısı səsləndirilir.
Ay nənəli, gəl bizə,
Alma gətir, gəl bizə.
Bax, Bakıya gələndə,
Gələrsən əvvəl bizə.
Alça gətir, tut gətir.
Mahnını eşidən uşaqlar ad bildirən sözləri tapıb deyirlər.
Hər hansı səsin öyrənilməsi prosesində uşaqlara tərkibində bu səs olan sözlər tapıb deməyi tapşıranda əlvan böyük top şagirdlərdən birinə atılır. O isə topu qaytararaq cavabı deyir. Şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsini nəzərdə tutan “Sözdən sözlər düzəlt” oyunu şagirdlərin söz ehtiyatının zənginləşdirilməsinə xidmət edir. Düzüm lövhəsində yoldaşlıq sözü düzülür. Söz oxunur. Sonra hərflər qarışdırılır və şagirdlər bu hərflərdən yeni sözlər düzəldirlər. Onlar düzəltdikləri sözləri yazırlar: daş, yol, aş, od, yod, qol, qaş və s. Bu oyunu kiçik qruplarla keçirmək daha məqsədəuyğundur. Ən çox söz yığan qrup qalib hesab edilir.
Dərslərin bir çoxunun motivasiya mərhələsini qurmaq üçün rollu oyunlar təşkil edib, kukla teatrından istifadə etmək olar. Belə ki, ana dili dərsində “Zoopark” mövzusuna motivasiya kimi kukla teatrı ilə “Qoğal” nağılının tamaşasını qoyub, Qoğalın hansı heyvanlarla rastlaşdığını soruşub, bu heyvanların necə heyvan olduğunu, harada yaşadıqlarını uşaqlarla birlikdə araşdırmaq olar.
Ümumiyyətlə, oyun müasir dərsin tələblərinə cavab verən, interaktivliyi təmin edən əsas şərtlərdən biridir. Oyun istifadə olunan dərslərdə bütün şagirdlər fəallaşır, müəllimin tapşırıqlarını yerinə yetirməyə can atır, bir-biri ilə əməkdaşlıq edir, mühakimələr aparır və nəticə çıxarırlar. Müasir dövrdə dərsə oyun və oyun situasiyalarının daxil edilməsinə geniş yer verilir. Oyunlar şagirdlərin düşünmə qabiliyyətini, araşdırma bacarığını artırır, yorğunluğu aradan qaldırır. Görkəmli pedaqoq V.Suxamlinski oyunun rolunu yüksək qiymətləndirmişdir: “Oyunlar uşaqların qarşısında dünya açır, şəxsiyyətin yaradıcı qabiliyyəti açılır. Oyunsuz dolğun, məzmunlu əqli inkişaf yoxdur və ola bilməz” .
Dostları ilə paylaş: |