Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə62/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
a


ş r şa ma ma


o


tə la nə


u


şə ra lə




i
ta şa




ə
tə lə

Üzərində hərf və ya hecaların yazıldığı lentlər hərəkət etdirilməklə hər dəfə sağında və ya solunda, yaxud hər iki tərəfində kartonun üstünə yazılmış hərf və ya heca ilə (hərflər və hecalarla) birləşərək söz yaradır: məsələn, yuxarıdakı abakların köməyi ilə müvafiq şəkildə aşağıdakı sözləri oxumaq mümkündür.



  1. şar, şor, şur, şir və s.

  2. nar, nur, nər, tar, tor, tir, tər və s.

  3. Şamama, Təranə, Şəlalə, Tamaşa və s.

  4. dana, dayı, darı, dolu, dara, Sona, Sara, sarı və s.

  5. dərə, dələ, dənə, tərə, tələ, lələ və s.

İki və ya üç pəncərədən üzərində hecalar yazılmış lentin keçirildiyi abak da düzəltmək mümkündür.

Abakdan istifadə sözlərin səs-hərf tərkibi üzrə təhlil-tərkib prosesinin təşkilinə, oxu texnikasının təkmilləşdirilməsinə müsbət təsir göstərir.

Hərəkət edən əlifba üzrə işi həm fərdi, həm də sinif üzrə təşkil etmək olar. Sinif üçün abak iri həcmdə hazırlanmalıdır.

c) Proyektor. Əlifba təlimi dövründə kompyüterdə hərflərin böyük və kiçik çap yazılışının hazırlanıb proyektor vasitəsilə göstərilməsi şagirdlər üçün daha cəlbedicidir. Müvafiq hərfə aid müxtəlif şəkillərin, həmin şəkil adlarında hərf sxeminin çəkilib proyektor vasitəsilə nümayiş etdirilməsi təlim məqsədinin daha effektli şəkildə reallaşdırılmasına kömək edir. Sözdəki hərfləri həmin sözün hərf sxemindəki xanalara düzmək də şagirdlərdə kompyüter bacarıqlarına yiyələnməkdə maraq oyadır.

ç) İnteraktiv lövhə. Bəzən “Ağıllı lövhə” və ya “MİМİО qurğusu” da adlanan interaktiv lövhədən fəal təlim metodlarına əsaslanan dərsin təşkili üçün istifadə olunur. Mimio Studio proqramı ilə təchiz olunmuş interaktiv lövhə müəllimin özü tərəfindən hazırlanmış materiallarla yanaşı, əlavə mənbələrdən, o cümlədən internet resurslarından istifadə etməyə imkan verir. Proyektor işə salınıb, dərs elektron lövhə vasitəsilə başladığı andan müəllim müşahidəçi mövqeyi seçib yalnız zəruri hallarda şagirdlərin sərbəst işinə müdaxilə edə bilər.

d) Smayliklər. Asan seçilməsi üçün yaşıl və qırmızı rəngdə hazırlanmış smayliklərdən “Doğru, yoxsa yanlış?” və test tipli tapşırıqların şifahi şəkildə yerinə yetirilməsi zamanı istifadə olunur. Müəllim tapşırığın şərtini səsləndirir, sonra bir-bir cavab variantlarını deyir. Düzgün cavab səsləndikdə şagirdlər yaşıl rəngli “gülən” smayliki, yanlış cavab səsləndikdə isə qırmızı rəngli “ küsən” smayliki qaldırırlar.





e)Şəkilli kartlar. Belə kartlardan daha çox hərf təlimi dövründə istifadə olunur. Şəkilli kartlardan müxtəlif məqsədlər üçün yararlanmaq olar:

-Kartlar maqnit lövhəyə bərkidilir, şagirdlər adı müvafiq səslə başlanan, ya bitən (içərisində işlənən) şəkil kartlarını seçirlər.

- Şagirdlər şəkilləri maqnit lövhədə aşağıdakı şəkildə qruplaşdırırlar:

1. Adı müvafiq səslə başlanan

2. Adı müvafiq səslə bitən

3. Müvafiq səsin ortada işləndiyi şəkil adları

Təcrübə göstərir ki, bu yaşda bir çox uşaqlar nitqdə bəzi səs və hərfləri (“q” və “g”, “k” və “ç”, “h” və “x”) səhv salırlar. Müəllim maqnit lövhəyə adının tərkibində həmin hərflər olan şəkilləri üzü arxaya bərkidir. Şagirdlər bir-bir lövhəyə yaxınlaşıb şəkli götürür, sinfə göstərir, adını deyir və bu sözdə hansı səsin və hərfin olduğunu müəyyən etdikdən sonra şəkli üzü sinfə sarı bərkidirlər.

ə) Şəkilli əlifba. Hərfə hazırlıq təlimi dövründə hər bir yeni hərf təqdim edilərkən müəllim şəkilli əlifbadan istifadə edir və onu divardan asır. Beləliklə, əlifba təlimi başa çatanda əlifbamızın bütün hərfləri dərslikdəki ardıcıllıqla divarda düzülür.

Şəkilli əlifbanı müəllim də tərtib edə bilər. Bunun üçün rəsm dəftərinin səhifəsi böyüklükdə kağızın yuxarı sol küncündə hərfin çap şəklinin, sağ küncündə isə yazılı şəklinin böyüyü və kiçiyi yazılır. Səhifənin ortasında, əvvəlində həmin hərfin işləndiyi əşya şəkli çəkilir. Şəklin altında isə onun adının baş hərfi və ya birinci hecası yazılır, qalan hərflərin sayı qədər nöqtə qoyulur.



f)Şəkilli kartoçkalar. Hərfə hazırlıq təlimi dövründə məşğələlərin səmərəli təşkilini təmin etmək üçün şəkilli kartoçkalardan istifadə edilir. Şəkilli kartoçkalar eyni ölçülü (məsələn, 5 x 7 sm. ölçüdə) karton üzərinə yapışdırılmış müxtəlif əşya şəkillərindən ibarət olur.

Öyrənilmiş səs və hərfin möhkəmləndirilməsi prosesində belə çalışmalar təşkil etmək olar:



  1. Müəllim şəkilli kartoçkaları öz stolunun üstünə tökür, şagirdlər adının yenicə öyrənilmiş səslə başlandığı şəkilləri seçirlər;

  2. Şagirdlərin hər birinə içərisində 10-15 şəkilli kartoçka olan zərf verilir. Yeni səs (hərf) öyrədilərkən şagirdlər adının tərkibində həmin səsin olduğu əşya şəklini seçib göstərir və ya partanın üstünə qoyur;

  3. Şagirdlər adının əvvəlində yeni səsin olduğu şəkil seçir və kəsmə əlifbadan adının baş hərfini tapıb onun altına qoyurlar;

  4. Şagirdlər kollektiv şəkildə adının əvvəlində, ortasında və axırında yeni səsin işləndiyi şəkillləri qruplaşdırırlar;

  5. Müəllim hər bir şagirdə içərisində 6 şəkilli kartoçkanın olduğu zərf verir. Onlardan ikisinin adı birhecalı (nar, şar), ikisinin adı ikihecalı (alma, lalə), ikisinin adı üçhecalı (qaranquş, tərəzi) söz olur. Hər bir şagird müəllimin dəvətilə sinif qarşısında öz zərfindəki şəkillərdən birinin adını əvvəl bütöv, sonra hecalarla deyir. Qalan şagirdlər də öz zərflərindən həmin (yaxud hecaların sayı ona bərabər olan sözün yazıldığı) kartoçkanı tapıb partanın üstünə qoyurlar (yaxud göstərirlər). Səhv buraxan şagirdə müəllim düzəliş verir.

  6. Müəllimin tələbi ilə şagirdlər kartoçkaları adındakı hecaların sayına görə qruplaşdırırlar;

  7. Müəllim kartoçkaları aramla, növbə ilə göstərir, şagirdlər yeni səsin onun adının əvvəlində, ortasında və axırında gəldiyini bildirirlər;

  8. Müəllim növbə ilə kartoçkaları düzüm lövhəsinə qoyur, şagirdlərin biri onların adlarını ucadan deməklə kəsmə əlifba ilə düzüm lövhəsində düzür, qalanları bu işi öz əlifba kassasında yerinə yetirirlər.

Şagirdlər hər bir şəklin altına müvafiq sözün yazıldığı kartoçkanı qoyurlar. Bu prosesdə onlar sözlərin oxunması üzrə məşq edirlər. Müəllim yoxladıqdan sonra sözlərin əl yazısı ilə köçürülməsini tələb edə bilər. O, partalararası gəzməklə şagirdlərdən kimin səhvə yol verdiyini aşkara çıxarır, sözün səs-hərf təhlilini aparmaqla səhvi şagirdlərin özlərinə düzəltdirir.

Əlifba təlimi dövründə keçilən hərflərin sayı artdıqca şagirdlərin söz yaratmaq‚ cümlə qurmaq‚ kiçikhəcmli mətnləri oxumaq kimi bacarıqları daha da inkişaf edir. Bu zaman İKT-nin tətbiqi öz bəhrəsini vermiş olur. Söz yaratmaq baxımından hərflər müəyyən ardıcıllıqla tədris olunur. Şagirdlər şriftlərlə işləməyə başlayırlar. Onlar tanıdıqları sözlər üzərində tədqiqatlar aparır‚ informasiya mübadiləsinə qoşulur‚ nəticə çıxarıb tətbiq edirlər.

İKT-nin tətbiq olundugu dərslərdə yüksək işgüzarlıq müşahidə olunur‚ gözlənilən nəticələr dərsin məqsədini tamamlayır. Fəaliyyətin bu növü müəllimə şagirdlərin potensial imkanlarıni kəşf edib inkişafını daim izləməyə də yardımçı olur.

İKT-nin tətbiqi ilə keçirilən hər yeni dərs I sinif şagirdləri üçün maraqlı fəaliyyətə‚ məşğuliyyətə çevrilir. Onların zehni‚ yaddaşı hər gün yeni informasiyalarla zənginləşir‚ zövqləri formalaşır, işgüzarlıqları artır‚ yoldaşları ilə səmimi ünsiyyət qururlar.

Savad təlimi dövründə müəllim 2 növ cədvəldən istifadə edə bilər:

1. Hər bir hərfi keçərkən müəllim ümumiləşdirici cədvəli doldurur. Bu cədvəl sinifdə daima asılır və şagirdlərin əldə olunan bilikləri sistemli şəkildə qavrayıb yadda saxlamasına kömək edir.



Hərf və səslərin ümumiləşdirici cədvəli.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin