Telekonfrans və videotelefon xidmətləri: Bu xidmətlər öyrədən və
öyrənənlərlə ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman istirakçıların sayı
çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi arasında qarsılıqlı informasiya
mübadiləsi aparıla bilər. Digər istirakçılar onlar üçün imkan yaradılana qədər yalnız
müsahidəçi rolunda olurlar. Bu növ xidmətin təskili üçün nəzərdə tutulan aparat və
proqram təminatı özünəməxsuslugu ilə fərqlənsə də, əsasən elektron konferensiaların
aparat və proqram təminatı ilə üst-üstə düsür. Telekonfrans və videotelefon
xidmətlərini digər internet xidmətlərindən fərqləndirən ən mühüm cəhət istirakçılar
tərəfindən ötürülən və qəbul edilən informasiyanın ölçüsünə məhdudiyyətlərin
qoyulması və bu məhdudiyyətlərin də materialın keyfiyyətinə təsir etməsidir.Bu tip
səbəkə xidmətlərinin didaktik xüsusiyyətləri tədris məqsədli proqramlarla paralel,
təsvirlərin, səsin, qrafik informasiyanın və s. real vaxt müddətində istifadəçilərə
çatdırılması imkanlarının genis olmasıdır.
Təhsil müəssisələrinin kompüterləsdirilməsi təhsil sistemində çox ciddi dəyisikliklər
yaradır.informasiya texnologiyalarından bu gün nəinki təhsil müəssisələrinin idarə
olunmasında, həm də müəssisədən kənar tədbirlərin həyata keçirilməsində də genis
istifadə olunur.Xüsusən də internetin yaranması, gənclər arasında onun çox populyar
olması, təhsilin çox müxtəlif sahələrində yeni istiqamətlər yaradır.Bu günə qədər
pedaqoqlar fərdi kompüter kimi güclü təlim vastəsinə tarixən heç vaxt malik
olmamıslar.Təlimdə elə texniki vastə yoxdur ki, didaktik imkanlarına görə onunla
müqayisə edilə bilsin.informasiyaların sürətli artımı səraitində təhsilin məzmunu və
təskilinə verilən tələblər də dəyisir.Bu günün təhsili sagirdlərə daha çox informasiya
yadda saxlamaq yox, tənqidi və məhsuldar düsünməyi, öyrənməyi, problem xarakterli
məsələləri sərbəst həll etməyi öyrətməlidir.
Dostları ilə paylaş: |