Mühazirə №1 İkt-nin əsas priNSİPLƏRİ, TƏHSİLDƏ TƏTBİQİNİN Əsas məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 106,17 Kb.
səhifə21/45
tarix01.01.2022
ölçüsü106,17 Kb.
#104053
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
Mühazirə № 4
MULTIMEDIA TEXNOLOGIYASININ VƏ ELEKTRON TƏDRIS VƏSAITLƏRININ (ETV) YARADILMASI

Multimediya vasitələrinin tədris prosesində tətbiqi müvafiq pedaqoji texnologiyanın

hazırlanmasını tələb edir.Multimediya avadanlıgı mühüm didaktik vasitə olaraq

özündə üç mühüm komponenti birləsdirir: tədris materialının məzmunu, onun sərh

metodu və təlim texnologiyasını.Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub,

öyrədici sistem əmələ gətirir, səxsiyyətin özünütəhsil prosesini reallasdırmaga

hərtərəfli imkan yaradır.

Multimedianın hərfi mənası çox mühitli rabitə qurgularının birgə inteqrasiyası və

istifadə edilməsidir.Multimedia, bu günün və gələcəyin tədris, rabitə formalarını

dəyisdirə biləcək və insanın fərdi, sosial həyatında kompüterin rolunu

müəyyənləsdirə biləcək ölçüdə bir hadisədir.O, nə sadə texnologiya, nə proqram

təminatı (software) nə də istifadəçinin məharətidir.O, texnologiya, uygun proqram

təminatı və məhsuldar, bacarıqlı istifadəçidən ibarət olan üçlüyün istifadə edilməsilə

ortaya çıxan bir tədris texnologiyasıdır.Bu üçlüyün reallasdıgı ABS və Yaponiya kimi

ölkələrdə multimedia insanların düsünmə və öyrənmə tərzlərində dəyisikliklər

etməkdədir.

Kompüterlər nəsriyyat dünyasının dizayn və çap sahəsində böyük dəyisikliklər

etdi.Digər tərəfdən TV-də animasiya proqramlarının, cizgi filmlərinin

yaradılmasında, surət emal etmə və dəyisdirmədə inqilab etdilər.əndi isə bu inqilabın

məhsulları bir araya gətirilərək multimedia adı altında tədris prosesində tətbiq

olunmaga baslanmısdır.Multimedia texnologiyası yazı, səs, surət, qrafik və

animasiyanın birlikdə təlim-tərbiyə vasitəsi kimi tətbiqinə imkan verir.Ondan istifadə

etmək, insanlıgın ən əski öyrənmə metodu olan görmə və esitməni keyfiyyətli səkildə

təlim-tərbiyə prosesində tətbiq etməyin digər bir yoludur.Son tədqiqatlar öyrənmə

vasitəsi olan kitabların təhsildə təkbasına istifadə edilməsinin çox effektli olmadıgını

göstərməkdədir.Bu baxımdan da multimedia, insanın bütün öyrənmə və məlumat əldə

etmə yolları olan görmə, esitmə, oxuma kimi ünsürləri bir araya gətirən bir sistem

oldugu üçün öyrənməni və dərk etməni artırır.Köməkçi bir vasitə kimi sadəcə

videonun aktiv səkildə istifadə edilməsi dərslərə olan maragı və öyrənmə faizini 30-

60% nisbətində artırdıgına dair məlumatlar get-gedə çoxalmaqdadır.əsas məsələ

videonun, kompüterin və multimedia vasitələrinin tədris prosesində hansı

formada,hansı miqdarda istifadə ediləcəyinin müəyyən edilməsi və bunun praktik

olaraq sınaqdan keçirilməsidir.Bu müəyyən edilməzsə, bütün bu qiymətli, təhsilə

yardımçı cihazlar və vasitələrin istehsalına qoyulan investisiyalar heç bir isə yaramaz

və faydasız hala gələ bilər.Qeyd edək ki, ölkəmizdə ən böyük problem, bu cihazları

və vasitələri təmin etmək deyil, onlardan istifadə edə biləcək insanları

yetisdirməkdir.əstifadəçilər olan müəllimlər bu isi öyrənməyə maraqlı deyillərsə, bu

cihazların və vasitələrin istehsalına investisiyaların qoyulması lazımsızdır.Bu

baxımdan kompüter dəstəkli təhsilə keçərkən təhsil müəssisələrinin öz kollektivinə

nəzarət etmələri lazımdır. Çünki multimedia texnologiyasından istifadə edən müəllim

yaxsı təlim görmüssə, o zaman o sadəcə dinləyən və seyr edən deyil, bilavasitə

hadisələrə müdaxilə edən, öyrənən, istifadə edən və dəyisdirə bilən bir səxs kimi

qəbul edilə bilər.

Multimedia vasitələrinin təlim prosesində istifadə edilməsi nəticəsində asagıdakı

nəticələr əldə edilir:

- Vərdis halına gəlmis tədris metodları ilə (kitab və yazı taxtasından istifadə

etmə) müqayisədə insanı daha uzun müddətdə və qarsılıqlı əlaqə ilə mövzuya

istiqamətləndirir;

- Kompüterlə isləyə bilən səxs anlasılmıs biliyə sahib olmaqla yanası, bu

biliklərdən necə və harada istifadə edəcəyi məsələsində təcrübə qazanır.

Video və TV-nin kompüterlərə görə olan surət və səs üstünlüyü təhsildə kifayət

qədər qiymətləndirilməməkdədir. Buna səbəb olan əsas faktor kimi film, musiqi və

basqa əyləncə sahələrində, video və TV-yə qoyulan investisiyaların qısa müddətdə

daha çox xeyir gətirməsindən fərqli olaraq, təhsil sahəsinə qoyulan investisiyaların

yalnız uzun illər sonra meyvə verəcəyi baxımından əlaqədar müəssisələrə və

insanlara əlverisli gəlməməsini göstərmək olar. Bundan basqa Avropa ölkələrinin

insan fəlsəfəsi, insanı öyrətməkdən daha çox onu əyləndirməyi hədəf aldıgından

təhsil, sənət, texnologiya əməkdaslıgı lazımı səviyyədə deyildir.Ölkəmizdə TV

vasitəsilə tədris mİKTəblərdə tətbiq edilməməkdədir.Multimediadan istifadə

edilməsində kompüterlərin keçilməz bir vasitə olmasının əsasında TV və video ilə

müqayisədə onların inkar edilməz üstünlükləri durmaqdadır. Bunlar sagirdlərin

kompüterlərlə ünsiyyətə girə bilməsi, yoxlama və yanılma yolu ilə sagirdə geri alma

imkanının verilməsi, yüksək əməliyyat sürəti sayəsində bir çox modellərin

seçilməsinin mümkün olması, xüsusilə real həyatda belə edilməsi mümkün olmayan

və ya təhlükəli olacaq hadisələri ekranda görmə və izləmə imkanının verilməsi,

surətləri istənilən sürət və ardıcıllıqla canlandıraraq istifadə etməyə imkan verməsidir.

Bu xüsusiyyətlər hər sahə üçün hazırlanmıs tətbiqi proqramların istifadəçi tərəfindən

əldə edilməsi mümkün olduqda ortaya çıxır. Sevindirici olan hal, son on il ərzində

hazırlanan proqramların olduqca ümidverici olmasıdır.Önümüzdəki bir neçə il

içərisində bu boslugun böyük sürətlə doldurulacagı ehtimal olunmaqdadır.əslində

ustalıqla hazırlanmıs multimedia tədris proqramları olarsa və bunlar dövrəyə

buraxılarsa,insan beyninin istifadə edilmə həcminin artırılması yenidən diqqət

mərkəzində olacaqdır.


Yüklə 106,17 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin