Yarana biləcək problemlər: vaxtın uzanması, şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı.
3. Kublaşdırma- şagirdlərə mövzu ətrafında altı cür müxtəlif sual verməyə və onlara cavab tapmağa dəvət edən tədris üsuludur. Suallar Blum taksonomiyasındakı sual səviyyələrinə uyğundur.
Tətbiq etmək qaydası:
Dərsdə hər tərəfində müxtəlif qısa göstəricilər olan kubdan istifadə olunur. Kub tili 15-20 sm kağız-dan hazırlanır, hər üzünə 6 qısa göstərişdən biri yazılır:- təsvir et, müqayisə et, əlaqələndir, təhlil et, tətbiq et, lehinə, yaxud əleyhinə mühakimə yürüt.
Müəllim mövzunu verir (məs: daxili orqan-ürək). Göstərişlərə əməl edərək şagirdlər verilmiş müddət ərzində mövzuya dair sərbəst yazırlar:
Təsvir edin: Şagirdlər ürəyi təsvir edirlər: forması, ölçüsü, rəngi və s.
Müqayisə edin: ürək hansı orqana oxşayır? Hansı orqandan fərqlənir? Nə ilə?
Əlaqələndirin: Öz təxəyyülünüzə sərbəstlik verin və ürəyin beyninizdə nə ilə assosiasiya yaratdığına diqqət yetirin. Fikrinizi yazın.
Təhlil edin: ürəyin quruluşu necədir? O necə işləyir?
Tətbiq edin: insan bədənində ürəyin rolu haqqında bildiklərinizi yazın.
Lehinə, yaxud əleyhinə mühakimə yürüdün:
Ürəyin insan orqanları arasında müstəsna rolu nə ilə bağlıdır?
Yazı üçün ayrılımış müddət bitdikdən sonra şagirdlər kubun hər üzünə dair öz fikirlərini bölüşürlər. Sonda bütün sinif bir-birinin rəylərini nəzərdən keçirir. Maraqlı məqamlar qeyd olunur, qaranlıq fikirlər suallar vasitəsi ilə araşdırılır.
İbtidai siniflərdə işləyərkən fərqli sözlərdən istifadə oluna bilər. Məsələn,
Dostları ilə paylaş: |