«Təsvir et» əvəzinə- o nəyə oxşayır?
«Müqayisə et» əvəzinə-o nə ilə oxşar və ya fərqlidir?
«Əlaqələndir» əvəzinə- o sizə nəyi xatırladır?
«Təhlil et» əvəzinə- o nədən ibarətdir?
«Tətbiq et» əvəzinə- ondan necə istifadə edə bilərsiniz?
«Lehinə, yaxud əleyhinə mühakimə yürüt əvəzinə o yaxşıdır, yoxsa pis? Niyə?
Kublaşdırma vaxtı yaxşı olar ki, suallara cavablar sadədən mürəkkəbə doğru ardıcıllıqla verilsin. Bu strategiyadan eyni müvəffəqiyyətlə həm düşünməyə yönəltmə, həm də düşünmə mərhələsində istifadə oluna bilər.
4.Qərarlar ağacı.
Bu üsul mürəkkəb və bir mənalı olmayan vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır. Həmçinin bu qərarların qəbulu zamanı rəhbər tutulmuş motivlərin təhlili üçün də lazım ola bilər.
«Qərarlar ağacı» mübahisəli qərarların şagirdlərə daha yaxşı aydınlaşdırılmasına kömək edir, biliklərinin cəlbedici formada ümumiləşdirilməsinə və qiymətləndirilməsinə imkan yaradır. Bu üsuldan istifadə etməklə şagirdlər mümkün olan qərarların bütün variantlarını, eləcə də bunların hər biri ilə bağlı müsbət və mənfi cəhətləri müfəssəl təhlil edirlər.
Dostları ilə paylaş: |