4.Nəticələrin təqdimat formalarını düşünüb tapmaq.
Bunlar konkret və rəngarəng olmalıdır.
-ifadə yazılar, təsvirlər, əsərlər, şerlər, esselər;
sxemlər, cədvəllər, qrafiklər, kitablar, qəzetlər;
-nağıllar, tapmacalar, atalar sözləri, zərb məsəllər, uydurmalar, yanıltmaclar;
-təcrübələr, eksperimentlər, maketlər, modellər, rəmzlər, layihələr və .s.
5.İş vərəqinin tərtibi göstərilən kimi olmalıdır.
-səliqəli
-yığcam (tapşırıq dəqiq verilməlidir)
-estetik
-əyani
-rəsm məlumatları (məs. tarixi, sinif, qrup iştirakçılarının siyahı) və s. əks olunmalıdır.
Dərsin informasiya mübadiləsi, informasiya müzakirəsi və nəticə - ümumiləşdirmə mərhələləri
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir təlabat həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək və bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Dostları ilə paylaş: |