Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə2/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
C fakepathMuhazire toplusu

Mühazirə 2
çətin çixarilabilən karbohidrogen ehtiyatları
Plan:

  1. Ehtiyati çətinçixarilabilən yataqların müasir vəziyyəti.

Dünyanın bir çox regionlarında neft mədənlərinin işlənilməsi göstərir ki, bəzi laylarda toplanmış balans ehtiyatlarının çıxarılabilən hissəsinin proqnoz və faktiki məlumatları arasında kəskin fərqlər mövcuddur. Neft ehtiyatlarının təsdiq edilmə dərəcəsinin kiçik qiymətləri Cənubi Xəzər hövzəsinin yataqlarına da xasdır. Burada bəzi yataqların 50 il, 60 il və bəzən daha çox müddət işlənilməsinə baxmayaraq, onlarda cari neftvermə əmsalını 0,20-0,30-dan artıq bir səviyəyə çatdırmaq olmur. Belə yataqların kompleks geoloji-texnoloji tədqiqatları göstərir ki, onların layları olduqca mürəkkəb geoloji quruluşlarla səciyyələnirlər: laylarda qeyd olunan makro və mikro geoloji müxtəliflik bəzən o qədər kəskin özünü göstərir ki, onların məsaməli mühitində neftin hərəkət etdirilməsi olduqca çətinləşir. Məhz bu səbəbdən də, belə yataqlarda cari neftvermə əmsallarının yüksək qiymətlərinə nail olmaq mümkün olmur. Ənənəvi texnologiyanın tətbiqi laylarda neftvermə əmsalının qənaətbəxş olmadığını nəzərə alaraq, onların bəzilərində laylara süni təsir üsullarından istifadə edilmişdir. Laylara su ilə təsir, fiziki-kimyəvi, termiki və digər üsullarla məsaməli mühitdə əlverişli şəraitin yaradılması və s. gözlənilən nəticələri verməmişdir.
Bu tip yataqların tipik nümunəsi Mərkəzi Abşeron yataqlarında yüz ilə yaxın bir dövrdə aparılmış neft çıxarma proseslərini sürətləndirmək üçün bir sıra üsullardan (quyu şəbəkəsi sıxlığının artırılması, laylarda hidravlik yarılma, quyudibi zonalarında süxurların keçiriciliyini artırmaq üçün texnoloji üsullar və s.) istifadə gözlənilən nəticələri verməmişdir. Odur ki, belə yataqlar ehtiyatı çətin çıxarılabilən obyektlər adlanır və onlara xüsusi yanaşmanın əsaslandırılması tövsiyə olunur.
Ehtiyati çətinçixarilabilən yataqların öyrənilməsinin müasir vəziyyəti.
Təxminən 70-ci illərdən neft sənayesində işlənilməsi mürəkkəb olan yataqların resurslarına “çətinçıxarılabilən ehtiyat” termini verilmişdir, mənasi isə istifadə edilən texnologiya ilə hasilatın rentabelliyinin qeyri-mümkünlüyü deməkdir. Bunların əksəriyyəti istismar nəticəsində sulaşmış və parafinləşmiş yataqlardır. Belə yataqların istismarı iqtisadi cəhətdən əlverişli olmadığından istismar çox zaman dayandırılır. Lakin, bu yataqlarda hələ də kifayət qədər ehtiyat mövcuddur. Bu tip yataqlara aiddir, keçiriciliyi zəif olan kollektorlardakı neftlər, özlülüyü yüksək olan neftlər və işlənilmiş yataqların qalıq ehtiyatı. Eləcə də, qeyri-ənənəvi yəni, mənimsənilməsində logistik məsələlərin həllini və istifadə olunan üsullarla müqayisədə iqtisadi baxımdan daha bahalı yeni texnika, innovativ işlənilmə metodları tələb edən yataqların ehtiyatı. Baris nümunə olaraq, Rusiyanın Qərbi Sibir vilayətində yerləşən Bajen yatağının ehtiyatı da çətinçıxarılabilən yataqlara aiddir. ABŞ-da isə qeyri-ənənəvi ehtiyatlara:

  • Kanada vilayətinin ağır neftləri və bitumları;

  • Venesuellanın Orinoko baseyninin yüksək özlülüklü neftləri;

  • keçiriciliyi zəif kollektorlarda yerləşən yüngül neftlər.

Bütün dünya alimləri və təbii ki, regionumuzda bu tip yataqların öyrənilməsi üçün xeyli tədqiqatlar aparılır. Yataqlarda aparılan kompleks tədqiqatlar göstərir ki, kəskin mürəkkəb geoloji quruluş bu mühitdə neftin hərəkətini çətinləşdirir. Bu səbəbdən də, ənənəvi texnologiyalarla belə yataqlarda neftvermə əmsalının yüksək qiymətləri mümkün olmur.
Neft yataqlarının işlənilmə texnologiyasının əsaslandırılmasında ehtiyatların keyfiyyəti haqqında məlumatlar olmalıdır. Belə ki, layların işlənilməsində ehtiyatların passivliyi qeyd edilərsə onlarda neftçıxarma prosesi mürəkkəb və ehtiyatların mənimsənilmə dərəcəsi isə məhdud olur. Odur ki, belə laylar ehtiyatı çətin realizə olunan sayılır.
Passiv ehtiyatlı yataqlar - ehtiyatı çətin çıxarılabilən obyektlərin təyin edilməsi vacib problem kimi qarşıya çıxır.
Ehtiyatı çətin çıxarılabilən yataqların işlənilmə xüsusiyyətlərinə dünya alimlərinin xeyli tədqiqatları həsr olunmuşdur. Burada belə obyektlərin təyin edilməsi üçün yanaşmalar, geoloji mühitin formalaşma xüsusiyyətləri, quyuların qazılması ilə geoloji mühitin pozulması, lay enerjisinin səmərəli istifadəsi üçün təsir üsullarının xüsusiyyətləri və s. problemlərə baxılmışdır.
Bu səbəbdən Azərbaycanın bütün yataqları üzrə məlumatlar toplanaraq sistemləşdirilməli və xüsusi yaradılmış metodikaya əsaslanaraq belə yataqlarda qalıq neft ehtiyatlarının realizəsini sürətləndirmək üçün yeni üsullardan istifadə məqsədə uyğun olardı.
E.M. Xalimov, V.K. Qomzikov, R.E. Xalimov Qərbi Sibirin yataqlarının işlənilmə məlumatlarına görə (1987-ci il) ehtiyatları çətin çıxarılabilən (passiv) yataqlara aid edilməsi üçün aşağıdakı göstəriciləri nəzərə almaq lazımdır:

  • kollektor süxurların keçiriciliyi 0,05 mkm2 -dan kiçik;

  • lay şəraitində neftin özlülüyü 30 mPa·s-dən böyük;

  • quyulardan neftin ilk gündəlik hasilatı 20 tondan az, işlənilmə tempi və son neftvermə əmsalları zəif;

- neftin maya dəyəri kifayət qədər çox olan istismar obyektləri.
N.N.Yemelyanov, İ.A. Babayev yataqların ehtiyatını çətin çıxarılabilən ehtiyatlara ayrılması meyarlarına: - layların hidrokeçiriciliyinin, məhsuldar laylardan neftin su ilə sıxışdırılıb çıxarılma əmsalının, istismar obyektlərinin işlənilməsinin effektivliyi və rentabelliyinin birgə nəzərə alınması göstəricilərini qəbul edir. Qeyd olunan göstəricilərdən birincisi layların süzülmə qabiliyyətlərini və neftin xüsusiyyətlərini, ikincisi isə quyu şəbəkəsi sıxlığını nəzərə almaqla geoloji qeyri-bircinsliyi əks etdirir.
X.B. Yusufzadə isə bütün yataqları litoloji və geoloji-fiziki xüsusiyyətlərinə görə üç qrupa bölməyi təklif edir:

  1. neftli-qazlı daxil olan nisbi bircins obyektlər üçün kollektorların keçiriçiliyi 0,4-1,0 mkm2 , lay şəraitində neftin özlülüyü zəif (3-10 mPa·s) və neftvermə əmsalı isə 0,6 və daha çox olan istismar obyektləri;

  2. kollektorların keçiriciliyi 0,1-0,4 mkm2, neftin özlülüyü 10 mPa·s qədər, neftvermə əmsalları isə 0,3-0,5 olan zəif bircinsli istismar obyektləri;

  3. kollektorların keçiriciliyi zəif (0,02-0,1 mkm2), neftlərin özlülüyü 10 mPa·s-dən çox və bütün sahə boyunca kollektorların qeyri-bircinsliliyi yüksək olan istismar obyektləri.

Ehtiyatı çətin çıxarılabilən yataqların ayrılmasının mövcud üsullarının təhlili göstərir ki, bu məsələni həll etmək üçün növbəti ümumiləşdirilmiş üç amili mütləq nəzərə almaq lazımdır:
1) Geoloji-texnoloji;
2) Dağ-texniki;
3) Təbii-coğrafi.
Qeyd olunan amillərin təhlili göstərir ki, işlənilmənin tempinə və ümumilikdə neft ehtiyatının Yerin təkindən realizə olunmasına təsir edən əsas I qrup amilləridir. Yəni, lay şəraitində neftlərin geoloji xüsusiyyətini, süxurların kollektorluq qabiliyyətini və layların qeyri-bircinsliliyini, həmçinin məhsuldar laylarda neft-su və qaz fazasının həcminin nisbətini müəyyən edən geoloji-fiziki parametrlərdir. Texnoloji amillərdən isə neftverməni artırmaq məqsədilə laylara süni təsir üsullarının və işlənilmə sistemlərinin seçilməsinin əhəmiyyətli dərəcədə təsir edir.
II qrup amillərdən neft yataqlarının işlənilməsinin effektivliyinə ən çox təsir göstərən məhsuldar layların dağ-texniki şəraitdə yatımları aid edilir. Həmçinin, bu amillərə neft ehtiyatları yüksək tərkibli (6%-dən çox) həll olmuş qazda korroziyon-aktiv birləşmələrin olması və eləcə də yüksək duz tərkibli laylarda olan neft ehtiyatları aid edilir ki, bu da yataqlara xüsusi korroziyaya davamlı avadanlıqlarından istifadə tələb edilir.
Neft yataqlarının işlənilməsinin effektivliyinə təsir edən III qrup amillər isə onların təbii-coğrafi şəraitdə olmalarıdır. Bu amillərə görə çətin çıxarılabilən ehtiyatlı yataqlar dəniz akvatoriyası və sərt təbii-iqlim şəraitli ərazilərdə yerləşdiyindən, burada nəzərdə tutulan resursları mənimsəmək üçün bir sıra mürəkkəb texniki tapşırıqların həll olunması tələb olunur.
Beləliklə də, regionumuzda uzun müddət istismar edilən yataqların öyrənilməsinin geniş təhlili əsasında məlum olmuşdur ki, yuxarıda qeyd edilən hər üç amil müəyyən dərəcədə yataqların işlənilməsinin effektivliyinə öz təsirini göstərir. Ancaq, burada dağ-texniki və təbii-coğrafi amillərin yataq ehtiyatlarının mənimsənilməsində rolunun geoloji-texnoloji qrup amillərinə nisbətən çox zəifdir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin