Mühazirə 1 Nanotexnologiya


Lay süxurlarının litoliji göstəriciləri



Yüklə 1,74 Mb.
səhifə4/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
C fakepathMuhazire toplusu

Lay süxurlarının litoliji göstəriciləri.
Yatağın daxili quruluşu onun kəsilişində rast gəlinən bütün layların maddə tərkibindən əsaslı sürətdə asılıdır. Maddə tərkibi deyəndə lay çöküntülərinin özlərini təşkil edən süxurlar və onların məsamələrində yerləşən neft, qaz və su nəzərdə tutulur.
Karbohidrogen yataqlarının böyük əksəriyyəti su hövzələrində əmələ gəlmiş laylarla əlaqədardır. Belə laylar isə qumdaşı, qum, əhəngdaşı, dolomit və gil süxurlarından təşkil olunur.
Platforma vilayətlərində çökmə süxurlarla səciyyələnən layların qalınlığı nisbətən az, sahəvi dəyişmələri isə kiçik miqyaslarda özünü göstərir. Geosinklinal hövzələrdə isə çöküntülərin qalınlığı çox, geoloji quruluşları isə mürəkkəb olur (laylaşma səlis getmir, tektonik qırılmalar onun tamlığını müxtəlif cür pozur və s.). Bizim maraq dairəmizdə olan Cənubi Xəzər hövzəsində çöküntü süxurların qalınlığı 20 km-ə çatır; burada yerləşən çoxlaylı yataqların quruluşu isə laylaşma, flüid paylanması və s. ilə kəskin mürəkkəbləşmişdir.
Neft və qaz yığımları çöküntü süxurlarla əlaqədar olduğundan bu süxurlar ətraflı tədqiq olunmalıdır. Beləki, karbohidrogenlərin həcmi, yerləşmə şəraiti, hərəkətetmə qabiliyyəti məhz süxur mühitində gedir.

Süxurların qranulometrik tərkibi
Süxurların əmələgəlmə şəraitindən asılı olaraq onların dənələrinin ölçüləri və forması müxtəlif olur. Bu göstəricilərin öyrənilməsi süxurların qranulometrik analiz vasitəsilə həyata keçirilir.
Süxurların məsaməliliyi
Çökmə süxurların həcmi yalnız bərk maddələrdən ibarət deyil: burada müəyyən ölçüdə və formada boşluqlar da olur ki bunlara da məsamələr deyilir.
Məsamələrin həcmi süxurlarda olan dənələrin forması və çeşidlənməsindən asılıdır: yaxşı çeşidlənmiş (eyni ölçülü) və sementləşməyən süxurlarda boşluqların həcmi böyük olur. Müxtəlif ölçülü dənələrdən təşkil olunmuş süxurların məsaməliyi isə az olur. Belə süxurlarda xırda ölçülü dənələr nisbətən böyük dənələrin arasındakı boşluqları tutaraq məsaməliyin həcmini azaldır. Qeyd etmək lazımdır ki, təbiətdə eyni ölçülü yaxşı çeşidlənmiş süxurlara rast gəlinmir. Bu səbəbdən də onların məsaməliyi də nisbətən az olur. Bəzi şəraitlərdə çökmə süxurların həcmi kaverna (yuva) və çatlar hesabına da yaranır.
Odur ki, çökmə süxurlar boşluqların xarakterinə görə məsaməli kavernalı və çatlı qruplarda cəmləşdirilir.
Əmələ gəlməsinə görə süxur boşluqları iki cür olur:
- ilkin boşluqlar - süxurəmələgəlmə prosesində yaranır;
- texnogen boşluqlar - yataqların işlənilməsi prosesində onun ilkin təbii şəraitini dəyişir. Belə halda müxtəlif lay parametrləri kimi, süxur məsaməliyinin həcmi də müəyyən qədər azalır.
Süxurları öyrənərkən iki məfhumdan istifadə edilir.
1) Süxurun məsaməliyi faizlə göstərilir.
m1=
2) Süxurun məsaməlik əmsalı.
m1=
Burada : Vməs - süxur nümunəsində olan bütün məsamələrin həcmi,
Vnüm - həmin nümunənin həcmi.
Süxurların məsamələri bir-biri ilə müxtəlif əlaqə formasında qeydə alınır:
əlaqəli və əlaqəsiz. Bununla əlaqədar olaraq məsaməlik üç qrupa bölünür:

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin