Mühazirə 1 Nanotexnologiya


Neftin rəngi və flüoressensiyası



Yüklə 1,74 Mb.
səhifə10/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
C fakepathMuhazire toplusu

Neftin rəngi və flüoressensiyası. Təbiətdə rast gələn neftlərin rəngi, onların tərkibində olan asfalt və qatranların miqdarından asılı olaraq (bu maddələrin miqdarı artdıqca neftin rəngi tündləşir), şəffaf rəngdən tutmuş tünd qara - qəhvəyi rəngə kimi dəyişir. Adi şəraitdə neftin müxtəlif rənglərdə görsənməsinə onun flüoressensiyası deyilir.
Səthi gərilmə - mayenin öz səthini böyütməsinə göstərdiyi müqavimət qüvvəsinə deyilir. Səthi gərilmə qüvvəsi təzyiqin artması ilə düz, temperaturun artması ilə tərs mütanasibdir.
Neftin buxarlanması və qaynama temperaturu. Neftin buxarlanması onun səthində əmələ gələn buxarın olması ilə ifadə olunur. Neftin tərkibindən asılı olaraq qaynama temperaturu müxtəlif olur. Neftin qaynama temperaturu yüngül neftlərdə aşağı, ağır neftlərdə isə yüksək olur.
Neftin alışma və alovlanma temperaturu. Alışma temperaturu elə temperatura deyilir ki, bu halda neftin buxarı ilə hava qarışığına od yaxınlaşdırdıqda buxar alışır.
Əgər, yanma buxarla yanaşı mayedə də gedərsə onda buna alışma və bu hala uyğun olan temperatura isə alışma temperaturu deyilir. Benzinin alışma temperaturu 20-250C, sütgü yağlarınınkı isə 3000C və daha yüksək olur.
Neftin istilik tutumu – 1q nefti 10C qızdırmaq üçün sərf olunan istiliyin miqdarına deyilir. Neftin istilik tutumu ilə sıxlığı arasında tərs mütanasib asılılıq mövcuddur.
Neftin xüsusi yanma istiliyi – 1 kq yandıqda verdiyi istiliyə deyilir. Neftin xüsusi yanma istiliyi onun sıxlığı ilə tərs mütanasib olub 10000-11250 kkal arasında dəyişir. Məsələn, sıxlığı 0,793 q/sm3 olan Suraxanı neftinin yanma istiliyi qabiliyyəti 10916 kkal, sıxlığı 0,923 q/sm3 olan Binəqədi neftininki isə 10430 kkal-dır.
Neftin elektrikkeçirmə qabiliyyəti. Neftlər dielektrik xüsusiyyətinə malik olub, elektrik cərəyanını keçirmir. Məhz onun bu xüsusiyyətindən istifadə olunaraq süxurların müqavimətinin ölçülməsi üsulu yaradılmışdır.
Neftin həllolma və həlletmə qabilliyyəti . Neft həm həlledicilik, həm də, həllolma qabiliyyətinə malikdir. Belə ki, o benzin, xloform, benzol, efir və s. kimi həlledicilərdə yaxşı həll olunduğu kimi, özü də qazları, yodu, kükürdü, qatranı və başqa bitki, heyvan yağlarını özündə həll edir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin