Mühazirə 1 Nanotexnologiya


İstifadə olunan ədəbiyyat



Yüklə 1,74 Mb.
səhifə12/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   51
C fakepathMuhazire toplusu

İstifadə olunan ədəbiyyat

1. B.Ə.Bağırov “Neft-qaz mədən geologiyası”, ADNA, Bakı-2011, 311 səh.


2. Б.А.Багиров. “Геологические основы доразработки месторождений нефти и газа”. Баку. Элм, 1986 г. 162 стр.
3.И.М.Максимов. Геологические основы разработки нефтяных месторождении. М.Недра. 1975. 534 стр.
4.Жданов M.A. “Нефтегазопромысловая геология и подсчет запасов”, M.Недра, 1981 г.
5.Иванова М.М., Дементьев Л.Ф. “Нефтегазопромысловая геология и геологические основы разработки”.-М.Недра, 1985 г.
6.Спутник нефтегазопромыслового геолога. Справочник под рeдакции Чоловского И. П. - M.Heдpa, 1989 г.
7. Mirzəcanzadə A.X. və b.”Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları” . –Bakı,1960, 413 s.
8. Mirzəcanzadə A.X. və b.”Neft layının fizikası”.- Bakı,1983, 476 s.
9. Salavatov T.Ş. və b. Neftin quyu ilə çıxarılması texnologiyası.- Bakı,2012, 538 s.

Mühazirə 5
Lay sularının mədən təsnifatı

  1. Lay sularının kimyəvi xüsusiyyətləri

  2. Lay sularının fiziki xüsusiyyətləri

  3. Səmt sularının ətraf mühitə təsiri

  4. Suların utilizasiya metodları

  5. Deeumlqatorlu lay suyunun əhəmiyyəti

  6. Dünya üzrə istehsal olunan suyun həcmi

Neft və qaz yataqlarında neftlə yanaşı suya da rast gəlinir. Belə sular yatağı əhatə edərək ya ayrı-ayrı laylarda və yaxud neftli-qazlı layların üzərində rast gəlinir. Bu baxımdan, neft yataqlarının səmərəli işlənməsini təmin etmək üçün, həmin yatağın ayrı-ayrı laylarındakı suların fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmək lazımdır.
Tutduqları vəziyyətə görə sular, neftli və qazlı horizonta nisbətən lay sularına və kənar sulara ayrılır.
Neftli horizontlarda rast gəlinən lay suları neftlə birlikdə kontur və ya yan sular, yuxarı kontur sular, daban suları və aralıq sulara bölünür.
Kontur və ya yan suları layın aşağı hissəsində yerləşir və lay işlənildikcə onun yuxarı hissələrinə tərəf hərəkət edərək nefti quyunun dibinə doğru hərəkət etdirir. Layın bütün sahəsi boyu hər yerində neft və ya qazdan aşağıda sulara rast gəlinir ki, bu sulara da daban suları deyilir.
Neftli-qazlı horizontlara yad olan sular – kənar sular adlanaraq, üst, alt və qarışıq sulardan ibarət olur. Neftli layda adından da göründüyü kimi, yuxarıda yerləşən sular – üst sular, neftli laydan aşağıda yerləşən sular isə alt sular adlanır. Tektonik pozulmalar nəticəsində neftli laya daxil olan sulara tektonik sular deyilir. Qarışıq sulara bir neçə neftli horizontların suları bir quyuya daxil olduqda deyilir. Bir çox hallarda qarışıq sular boruarxası boşluqda istismar olunan layın suları ilə kənar suların qarışması nəticəsində yaranır.
Son zamanlar neft, qaz və qaz-kondensat yataqlarında ilk dəfə azərbaycanda B.İ. Sultanov (1961) tərəfindən öyrənilən az minerallaşmış sulara rast gəlinir ki, bu sulara da kondensasiya suları deyilir. Kondensasiya suları bir çox hallarda kollektorların məsamələrini doldurur, bəzən isə sıxılmış karbohidrogen qazlarında həll olmuş halda müşahidə edilir. Uzun müddət neft yataqları istismar edildikdə, lay təzyiqi azalır, nəticədə bu sular maye fazasına keçərək qismən kollektorların məsamələrini doldurur, bəzi hallarda isə qaz-kondensat ilə birlikdə çıxaraq traplarda və qaz kəmərlərində çökür. Belə sular qaz-kondensat ehtiyatları hesablanarkən nəzərə alınmalıdır, çünki onlar qaz-kondensat yataqlarında rast gələn flüidin xeyli hissəsini təşkil edə bilər. Karotaj diaqramında az minerallaşmış sular böyük elektrik müqavimətinə malik olduğundan qaz-kondensat kimi qəbul edilə bilər. Bu da öz növbəsində layın məhsuldar hissəsinin həqiqi qalınlığı haqqında yanlış təsəvvür yaradar. Belə sular az minerallaşmış olmaqla bərabər kimyəvi tərkibinin başqa xassələri, xüsusilə, sulfatların çox olması ilə də fərqlənir.
Ümumiyyətlə, yataqların işlənilməsi zamanı neftin lay daxilindən sıxışdırılması baxımından, lay sularının səthi gərilmə xassəsinin öyrənilməsi vacibdir. Belə ki, təcrübələr göstərmişdir ki, lay suyunun səthi gərilməsi nə qədər az olarsa, lay daxilində nefti yumaq və istismar quyularına doğru sıxışdırmaq imkanı bir o qədər çox olur. Bu da öz növbəsində laydan neftin yuyulması zamanı layın kapilyarlarında yaranan müqavimətin azalmasından irəli gəlir. Beləliklə, lay sularının səthi gərilməsi dəniz suyunun səthi gərilməsindən az olduğundan, məsələn, 200C temperaturda neft sərhəddində lay sularının səthi gərilməsi 1510-3 N/m olduğu halda, dəniz suyunun səthi gərilməsi 3810-3 N/m təşkil edir.
Bununla da, deyə bilərik ki, neft yataqlarının işlənilməsi zamanı lay təzyiqinin sabit saxlanması məqsədilə istismar olunan laylara dəniz suyu yerinə lay sularının vurulması daha effektiv sayılır.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin