Kortikosteroidlər və onların yarımsintetik analoqları
Böyrəküstü vəzilərin qabıq maddəsinin hormonları – kortikosteroidlər (kortikoidlər) kortikosteron törəmələri olub, molekulunun əsasını preqnan nüvəsi təşkil edir:
2
preqnan kortikosteron
(preqnen 4-diol-11,21-dion-3,20)
Kortikosteroidlərin təbii nümayəndələri: dezoksikortkosteron, kortizon və hidrokortizondur.
Kortikosteroidlər üçün səciyyəvi cəhət 3-cü vəziyyətdə ketoqrupun, 4-5-ci vəziyyətdə ikiqat rabitənin və 17-ci vəziyyətdə α-ketol qruplaşmasının
olmasıdır. α-ketol qrupu kortikosteroidlərə reduksiyaedici xassə verir. Həmin qrup əsasında onlar müxtəlif esterlər - asetat, trimetilasetat və ya pivalat, həmçinin də suksinat (kəhrəba turşusu duzları) əmələ gətirirlər. Kortikosteroidlər bir-birindən 11 və 17-ci vəziyyətdəki əvəzedicilərin təbiətinə görə fərqlənirlər. Kortikosteroidlər 3 qrupa bölünür: 11 oksisteroidlər (kortikosteron, aldosteron); 11-dezoksisteroidlər (dezoksikortikosteron) və 11,17-oksisteroidlər (prednizolon və hidrokortizon).
Kortikosteroidlərin tibbdə tətbiq olunan əsas nümayəndələrinin kimyəvi quruluşunu aşağıdakı kimi göstərmək olar:
Kortikosteroidlərin əsas nümayəndələrinin kimyəvi quruluşu
Orqanizmdə baş verən maddələr mübadiləsini təsirinə görə kortikosteroidlər şərti olaraq iki qrupa bölünür: mineralkortikosteroidlər və qlükokortikosteroidlər. Birinci qrupa daxil olan preparatlar mineral mübadiləsini, ikinci qrupa daxil olan preparatlar isə karbohidrat və zülal mübadiləsini tənzim edirlər. Mineralokortikosteroidlərdən tibbdə dezoksikorton-asetat və pivalat, qlükokortikosteroidlərin preparatları kimi kortizon-asetat, hidrokortizon və onun asetatı, hemisuksinat efirləri, prednizolon, prednizolon-hemisuksinat, metilprednizolon (metil qrupu 6-ci vəziyyətdədir), prednizolonun flüorlu törəmələrdən deksametazon, triamsinolon, triamsinalon-asetonid, sinaflan, flumetazon-pivalat və b. tətbiq olunurlar.
Yarımsintetik kortikosteroidlərdə (prednizon və prednizolon) 1-2-ci vəziyyətlərdə əlavə ikiqat rabitənin olması onların fəallıqlarının təbii hormonlara (kortizon, hidrokortizon) nisbətən 3-5 dəfə artmasına səbəb olur.
dezoksikortikosteron aldosteron
hidrokortizon
kortizon prednizolon
Yarımsintetik kortikosteroidlərin bir qismi, prednizolonun mono və diflüorlu törəmələrində, məsələn, deksametazon, triamsinolon və b. flüor atomları 9-cu və ya 6 və 9-cu və ya 6-cı (flüokortolon, inhakort) vəziyyətlərdə olur. Molekula flüorun daxil edilməsi onların iltihaba və allergiyaya qarşı fəallığını 7-8 dəfə qüvvətləndirir. Beləliklə, kortikosteroidlərin molekulunda 1-2-ci vəziyyətdə əlavə ikiqat rabitənin, digər tərəfdən flüorun olması alınan maddələrin təbii maddələrə nisbətən təsirinin 30-40 dəfə artmasına səbəb olur.
Böyrəküstü vəzidə kortikosteroidlərin biosintezi xolesterin əsasında, askorbin turşusu və başqa amillər təsirindən baş verir:
Xolesterin → preqnenolon → progesteron → dezoksikortikosteron → kortikosteron → hidrokortizon kortizon.
Kortikosteroidləri almaq üçün kəsilmiş heyvanların böyrəküstü vəzilərindən və sintez üsulundan istifadə olunur. Sintez məqsədi ilə təbii steroid quruluşlu maddələr (solasodin, diosgenin, stiqmasterin, xolesterin, β-sitosterin və b.) istifadə olunur.
Quş üzümü (Solanum aviculare) bitkisinin qlikoalkoloidinin aqlikonu olan solasodindən kortizonu sintez etmək üçün əvvəlcə bitki xammalından solasodin alınır, solasodindən preqnenolon, sonra isə progesteron sintez edilir. Progesteron mikrobioloji yolla hidroksilləşdirilərək 11α-oksiprogesterona çevrilir, 11α-oksiprogesteronun ardıcıl biokimyəvi oksidləşməsi nəticəsində 11-dehidrokortikosteron, onun mikrobioloji hidroksilləşməsi nəticəsində isə kortizon alınır:
solasodin preqnenolon progesteron
11α-oksiprogesteron 11-dehidrokortikosteron
kortizon
Böyrəküstü vəzilərin fəaliyyətdən düşməsi ilə əlaqədar xəstəlik ilk dəfə 1855-ci ildə Addison tərəfindən təsvir olunduğu üçün onun adı ilə bağlıdır və Addison xəstəliyi adlanır. Bu xəstəliyə düçar olan xəstələrdə dəri tünd boz rəngdə (bürüncəçalar) olur. Orqanizmdə kalium ionlarının miqdarı artır. Kortikosteroidləri uzun müddət qəbul etdikdə böyrəküstü vəzilərin fəaliyyəti azalır, bəzi hallarda isə onların atrofiyasına səbəb olur.
Kortikosteroidlər orqanizmdən əsasən sidiklə xaric olurlar.
Dostları ilə paylaş: |