Yaşayış binalarının sahələrində və binalarda elə normalar daxil edilir ki, xarici mənbəylərdən olan səs-küy binada yaşayanların narahatçılığına səbəb olmasın.
Səs-küy üzrə ilkin normalar işçi yerlərində onun məhdudlaşdırılması üçün 1956-cı ildə SSRİ-də qəbul edilmişdir. 1960—cı illərin əvvəllərində standartlaşdırma üzrə Beynəlxalq təşkilat (İSO) eşitmənin itirilməsi riski meyarından çıxış etməklə səs-küyün normalaşdırılmasını təklif etmişdir. Səs-küyün normalaşdırılması əyriləri amerikalı alim Leo Beranski tərəfindən işlənmişdir. İSO təşkilatının tövsiyyələri çoxlu dövrlərdə səs-küy üzrə normaların qəbul edilməsi üçün baza olmuşdur. İSO-nun normaları qismində tezlikdən asılılıq qrafiklərindən istifadə edilir ki, o eşitmənin xüsusiyyətlərini əks etdirir, yəni yüksək tezlikli səs səviyyəsi eyni olan zaman aşağı tezlikliyə nəzərən daha çox əlverlişli olmur (şəkil 2.1). Beləliklə, normalaşdırma əyrisi yüksək tezlikli səsləri aşağı tezliklilərə nəzərən yüksək dərəcədə məhdudlaşdırır. Həddi spektrlər (HS) adlanan normalaşdırıcı əyrilər şəkil 3.2.-də göstərilmişdir. Həddi spektrlər oktava zolağı tezliklərdə təqdim edilmişdir. Onların 5 дБ addımı ilə ekvidistant əyrilər şəkli vardır. HS indeksi həddi buraxılabilən səs təzyiqi səviyyəsinin (STS) 1000 Hs tezliyində təyin edilir. Səs-küyün norması işin xarakterindən asılı olaraq müəyyən edilir. Məsələn İSO-1999-75- standartına görə HS-75 indeksi eşitmənin itirilməsinin sıfır riskinə uyğundur, HS-85 indeksi isə əksəriyyət hallarda eşitmənin qorunması meyarına uyğun gəlir. Normaları işləyənlər HS-ı iqtisadi baxımdan (normalar sərt olduqca təmin edilməsi üçün bir o qədər artıq xərclər tələb olunur) və eşirmənin zədələnməsi riski meyarından asılı olaraq seçirlər.
Seçilmiş HS şəklində səs-küyün spektral normalarından başqa həddi səs səviyyəsinə (SS) görə inteqral qiymətləndirmə də tətbiq edilir. HS və inteqral göstərici arasında sadə nisbət mövcuddur:
(3.1)
Burada həddi spektrin indeksi (məsələn HS-75 indeksi inteqal normasına uyğun gəlir.