Mühazirə 4 BÖLMƏ III səs-küYÜN, TİTRƏMƏNİN, ultra və İnfra səSİn normallaşdirilmasi



Yüklə 0,55 Mb.
səhifə8/9
tarix13.04.2023
ölçüsü0,55 Mb.
#125214
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Cədvəl 3.10.
Ultrasəsin normaları



Orta həndəsi tezlikdə, kГs

Buraxılabilən STS, дБ

12,5
20,0
25,0
31,5-100

80
90
100
110

Bax: ГОСТ 12.001-89.


Xaricdə hələlik iş yerlərində ultra və infrasəs əsasən normalaşdırılmır.


3.7.Titrəmənin insana təsiri, normalaşdırma
Titrəmənin insana təsiri dərəcəsi onun spektral tərkibindən, təsir müddətindən, istiqamətindən, tətbiq yerindən və əmələgəlmə mənbəyindən asılıdır. Titrəmə insanın funksional vəziyyətinə (yorulmanı artırır, hərəkət və görmə reaksiya müddətini artırır, eşitmə aparatının fəaliyyətini pozur) və fizioloji (ürək-damar fəaliyyəti, dayaq-hərəkət aparatının işi pozulur və həmçinin əzələ və oynaqlar zədələnir.
Titrəmə təsiri nəticəsində əmək məhsuldarlığı və işin keyfiyyəti aşağı düşür (yerli titrəmələr peşə xəstəliklərinin - əmələ gəlməsinə səbəb olur. Titrəmənin insana təsirinin xüsusiyyəti orqanizmin ayrı-ayrı hissələrində məxsusi tezliklərdə rezonans hadisəsinin olmasıdır.
İnsan bədəninin bəzi hissələrinin məxsusi tezliklərini göstərək: ayaq və əllər üçün 2-8 Hs, baş 8-27 Hs, onurğa 12-15 Hs. 1Hs qədər olan titrəmələr səndəllənmə əmələ gətirir, 1-10 Hs nəfəsalmanı çətinləşdirir, 10-100 Hs ürək-damar fəaliyyətini pisləşdirir.
Bütün başqa bərabər şərtlər daxilində ümumi titrəmə yerli titrəməyə nisbətən daha zərərlidir, şaquli titrəmə üfüqi titrəmədən daha təhlükəlidir. Dövlət standartlarında ГОСТ 12.1.012-90 və sanitar normalarında CH 2.2.4/2 1.8.566-96 göstərilmiş bu xüsusiyyətlər ölkə normalarında nəzərə alınır.
İnsana təsir edən sabit və qeyri sabit titrəmənin qiqiyenik qiymətləndirmək üçün aşağıdakı metodlardan istifadə edilməlidir:

  • Normalaşdırılan parametrin tezlik (spektral) analizi;

  • Normalaşdırılan parametrin tezliyinə görə inteqral qiymətləndirilməsi;

  • Normalaşdırılan parametrin ekvivalent (enerjiyə) səviyyəsinə görə titrəmə təsirinin vaxtını nəzərə almaqla inteqral qiymətləndirilməsi.

Titrəmənin normalaşdırılan parametrləri titrəmə sürətinin və titrəmə təcilinin qiymətləri və yaxud onların oktava və üş oktava tezlik zolaqlarında loqarifmik səviyyəsidir.
Normalaşdırılan tezlik diapazonu müəyyən edilir: yerli titrəmə üçün- oktava zolaqlarında 8-10 Hs; ümumi titrəmə üçün oktava (1-63 Hs) və yaxud üç oktava (0,8-80 Hs) tezlik zolaqlarında.
Göstərilən sanitar normalarda titrəmənin normaları müəyyən edilmişdir:

  • 1 kateqoriya;

  • 2 kateqoriya;

  • 3 (a, b və v) kateqoriya.

Bu kateqoriyaların təyin edilməsi, “2.4 Titrəmənin xarakteristikaları” bölməsində verilmişdir.


Cədvəl 3.11-3.13-də yerli titrəmənin və yaşayış və administrativ binaların titrəməsinin normaları misal kimi verilmişdir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin