Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə10/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Meyletməyə görə işləyən qapalı sistemlərdə tənzimlənən parametrin tapşırıq qiymətindən meyl etdikdə tənzimləyici parametr kəmiyyət, yaxud keyfiyyətçə bu və ya digər istiqamətdə dəyişdirilir. Meyletməyə görə işləyən qapalı sistemlərə “Polzunov-Uayt” prinsipi işləyən sistemlər deyilir. Meyletməyə görə işləyən qapalı sistemlərin prinsipial sxemi şəkil 5-də verilmişdir. Sxemdən göründüyü kimi bu cür sistemlərin giriş parametrləri ilə çıxış parametrləri arasında əlaqə vardır.



Şəkil 5. Meyletməyə görə işləyən qapalı sistemlərin prinsipial sxemi


O – obyekt, HE - həssas element, AE - aralıq elementi (çevirici və ya gücləndirici), SM - servomühərrik, ME - müqaisə elementi, TO - tənzimləyici orqan, E – enerji, T – tapşırıq, F(t) - həyəcanlandırıcı təsir, KEQ - kompensasiyaedici quruluş.


Qapalı sistemlərin digər növü olan özüuyğunlaşan sistemlər - onları əhatə edən mühit dəyişdikdə avtomatik olaraq yeni mühitə uyğunlaşan sistemlərdir. Bir və ya bir neçə parametrə görə optimal rejim saxlayırlar. Özüuyğunlaşan sistemlərdə hesablama texnikasından və məntiqi quruluşlardan geniş istifadə olunur. Bu hesablama texnikası və məntiqi quruluşlar iş rejimi haqda məlumat alaraq rejimi optimal, yəni məqsədəuyğun vəziyyətə gətirmək üçün sistemə təsir edir.


Meyletməyə görə işləyən qapalı sistemlər yerinə yetirdikləri tapşırığa görə üç yerə ayrılır:
1) avtomatik stabilləşdirmə sistemləri;
2) proqramlı tənzimləmə (idarəetmə) sistemləri;
3) izləyici sistemlər.
Kombinə olunmuş sistemlər. Belə sistemlərdə üç informasiyadan istifadə edilir:
1) tənzimlənən parametrin cari qiymətini müəyyən edən informasiya;
2) tənzimlənən parametrin tələb olunan dəyişmə qanunu haqqında informasiya;
3) əsas həyəcanlandırıcı amil haqqında informasiya.
Kombinə olunmuş idarəetmə sisteminin struktur sxemi şəkil 1.16-da verilmişdir.



Şəkil 6. Kombinə olunmuş idarəetmə sisteminin struktur sxemi

X – giriş parametrləri, Y – çıxış parametrləri, f – həyəcanlandırıcı təsirlər, U – idarəedici təsir, İQ – idarəetmə qurgusu, İO – idarəetmə obyekti, KEQ – kompensasiyaedici quruluş


Bu tip sistemləri istehsalat şəraitində tətbiq etmək üçün bütün informasiya mənbələrini təyin edən dəyişənlərin qiyməti mövcud texniki vasitələrlə olçülə bilən olmalıdır. Kombinə olunmuş sistemin əsas üstün cəhəti idarəetmə dəqiqliyinin nisbətən yüksək olmasıdır. İdarəetmə dəqiqliyini daha da artırmaq üçün idarəetmə obyektinə təsir edən bütün amilləri ölçmək lazımdır və bu məlumatlara görə idarəedici təsirə düzəlişlər etmək lazımdır. Kombinə olunmuş idarəetmə sistemlərinin əsas mənfi cəhətləri - struktur sxeminin mürəkkəb olması və etibarlığının aşağı olmasıdır.


Tənzimləyicilərin aldıqları enerjiyə görə avtomatik tənzimləmə sistemləri müstəqil tənzimləməqeyri-müstəqil tənzimləmə sistemlərinə ayrılır.
Müstəqil tənzimləmə sistemlərində tənzimləyici orqan həssas elementdə yaranan enerji hesabına hərəkət etdirilir. Bu sistemlərdə istifadə olunan avtomatik tənzimləyicilər müstəqil təsirli tənzimləyicilər adlanır.
Qeyri-müstəqil tənzimləmə sistemlərində tənzimləyici orqanı hərəkətə gətirmək üçün əlavə enerjidən istifadə olunur. Bu sistemlərdə istifadə olunan tənzimləyicilər qeyri-müstəqil təsirli tənzimləyicilər adlanır.
Bir neçə tənzimlənən parametrə malik olan obyektlərin tənzimlənməsində əlaqəli əlaqəsiz avtomatik tənzimləmə sistemlərindən istifadə olunur.
Əlaqəli tənzimləmə sistemlərində müxtəlif parametrləri tənzimləyən tənzimləyicilər bir-biri ilə əlaqədar olur.
Əlaqəsiz tənzimləmə sistemlərində müxtəlif parametrləri tənzimləyən tənzimləyicilər bir-biri ilə yalnız obyekt vasitəsilə əlaqədar olur.
Yalnız bir əks-əlaqəyə malik olan qapalı sistemə birkonturlu, əks-əlaqədən başqa bir və ya bir neçə əlavə baş, yaxud yerli əks-əlaqəyə malik olan sistemlərə isə çoxkonturlu sistemlər deyilir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin