Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə7/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Kombinə edilmiş cihazlar eyni zamanda yuxarıda göstərilən xassələrdən bir neçəsinə malik olur. Məsələn, göstərici və qeydedici cihazlar, göstərici və cəmləyici cihazlar və s.
Təyinatına görə ölçü cihazlarının işçi, nəzarət, laboratoriya, nümunəvi və etalon ölçü cihazı növlərinə ayırırlar.
İşçi ölçü cihazları bilavasitə istehsalatda istifadə olunur. Konstruksiya cəhətdən sadə quruluşlu və işdə etibarlıdır. İşçi ölçü cihazlarının dəqiqlik sinfi 0,1-dən 0,5-ə qədər olur.
İşçi ölçü cihazlarına texniki ölçü cihazları da deyilir.
Nəzarət və laboratoriya ölçü cihazları işçi (texniki) ölçü cihazlarının yoxlanılmasında və elmi-tədqiqat işlərində istifadə olunur. İşçi ölçü cihazları nəzarət-ölçü cihazları ilə bilavasitə onların qoyul-duqları yerdə və ya laboratoriya şəraitində yoxlanılır.
Nümunəvi və etalon ölçü cihazları həmçinin işçi cihazların dərəcələnməsində istifadə olunur.
Etalon ölçü cihazları vasitəsilə nümunəvi cihazlar yoxlanılır. Nümunəvi ölçü cihazlarının dəqiqliyi etalon ölçü cihazlarının dəqiqliyindən azdır.


Ölçü şkalalarının növləri
Ölçü parametrlərinin qiymətlərini göstərmə quruluşlarına görə ölçü cihazlarını üç yerə bölmək olar:

      1. Göstərici cihazlar - göstərmə quruluşu ölçü şkalası və əqrəbdən ibarətdir.

      2. Yazıcı cihazlar - göstərmə quruluşu qələm və diaqram kağızından ibarətdir.

      3. Cəmləyici cihazlar (inteqrallayıcılar) - göstərmə quruluşundan və hesablayıcı mexanizmdən ibarətdir.

İkinci cihazlar siferblat ilə təchiz olunur. Siferblat ölçü cihazının bir hissəsi olub, üzərində şkala və cihazı xarakterizə edən məlumatlar (dəqiqlik sinfi, cihazın nömrəsi, buraxılma ili və s.) göstərilir.
Siferblatlar formalarına görə müstəvi, silindrik və konusşəkilli, konstruksiyalarına görə isə hərəkət etdirilə bilən və tərpənməz olur. Siferblatlar üzərində göstərilən şkalalar düzxətli, qövsşəkilli (qövs bucağı 180-dən böyük olduqda) və dairəvi olur.
Üzərində kəmiyyətlərin göstərilmə xarakterinə görə şkalalar müntəzəm və qeyri müntəzəm olur. Müntəzəm şkalalarda kəmiyyətlər arasında məsafələr bütün şkala boyunca bərabər olur. Qeyri-müntəzəm şkalalarda isə kəmiyyətlər arasında məsafələr müxtəlif olur.
Sıfır nöqtəsinin yerinə görə şkalalar birtərəfli, ikitərəfli və sıfırsız olur. Birtərəfli şkalalarda sıfır nöqtəsi şkalanın başlanğıcında, ikitərəfli şkalalarda isə sıfir nöqtəsi şkalanın ortasında yerləşir. Sıfırsız şkalalarda sıfir nöqtəsi olmur, şkala ölçülən para-metrin hər hansı qiymətindən başlayır.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin