Effektliyi təyin etmək üçün daha cox konstruktiv hesab edilə bilən üsullardan aşağıdakıları qeyd etmək olar.
1. Avtomatlaşdırma obyektinin potensial imkanlarından istifadə edilmənin ölçüsü kimi qəbul edilən - effektivlik. Məsələn informasiya və idarəetmə sistemində istifadə edilən xüsusi hesablama kompleksinin iqtisadi effektivliyi kimi sistemin köməyi ilə düzgün həll edilmiş məsələlərin sayının həll edilmiş məsələlərin ümumi sayına nisbəti kimi təyin etmək olar.
2. Avtomatlaşdırma nəticəsində əldə ediləcək gəliri qiymətləndirəcək meyarın dəyişməsinin (yeni informasiya və idarəedici sistemi) və avtomatlaşdırmaya çəkilən xərclərin əlaqəsini əks etdirən – effektivlik.
Effektivliyin sonuncu formada təyin edilməsi “xərclər – nəticələr” prinsipinə əsaslanır. Bu halda iqtisadi effektivlik eyni zamanda texniki və iqtisadi göstəricilərdən istifadə olunur. Texniki effektivlik avtomatlaşdırma nəticəsində əldə edilən göstəricilərin natural ölçü vahididə qiymətlərinin bu nəticələrin bütövlükdə əldə edilməsinə çəkilən xərclərə nisbəti kimi xarakterizə olunur. İqtisadi effektivlik üçün iki növ qiymətləndirmə üsulundan istifadə edilir: müqayisəli və mütləq qiymətləndirmə. İqtisadi effektivliyin müqayisəli üsulla təyin edilmiş qiyməti, avtomatlaşdırmada əldə edilən mənfətlə, onun işlənilməsinə sərf edilən bütövlükdə xərclərin fərqi kimi təyin edilir. Bu kateqoriyadan olan qiymətləndirməyə məsələn “cəkilən xərclərin ödənilmə müddəti” – ni aid etmək olar.
İqtisadi effektivliyin müqaisəli üsulla təyin edilməsinin əsas üstünlüyü avtomatlaşdırma rəqabət münasibətində olan ən əlverişli texniki vasitələrinin seçilməsinə imkan verir. İqtisadi effektivliyin mütləq üsulla qiymətləndirilməsində effektivlik isə nail olunmuş məqsədin bütövlükdə xərclərə nisbəti kimi təyin olunur.
Avtomatlaşdırmanın keyfiyyətini qiymətləndirmək üçün çox zaman “Avtomatlaşdırma səviyyəsi” və “Avtomatlaşdırma dərəcəsi” kimi qəbul edilmiş ekspert qiymətləndirmə üsulundan istifadə olunur.
Avtomatlaşdırma səviyyəsi istifadə edilmiş avadanlıqlar və proqram vasitələrinin mükəmməlliyi ilə təyin olunur. Avtomatlaşdırma səviyyəsi baxılan idarəetmə obyektlərində tam avtomatlaşdırılmış əməliyyatların ümumi sayında payı kimi qiymətləndirilir.
Texnoloji sistemlərin hər biri özündə çoxlu sayda texnoloji aqerqatları birlədirdiyindən bunların işi elə kordinasiya edilməlidir ki, zamanın istənlən anında texnoloji reqlamentə riayət olunmaqla istehsal edilən məqsədli məhsulların hər biri lazımi keyfiyyət göstəricilərinə qoyulan təlabatları ödəməklə insanların təhlükəsiz iş şəraitini və ətraf mühitin ekoloji tarazılığına xələl gətirməsi.Bu obyektlərdə avtomatlaşdırmanın dərəcəsini qiymətləndirmək üçün aşağıdakı göstəriciləri misal göstərmək olar; texnoloji prosesin gedişi haqqında ilkin informasiya almaq üçün bir neçə min ədəd ilkin vericidən, cevricidən, mindən çox icra mexanizimlərindən, yüzlərlə müxtəlif tip tənzimləmə konturlarından istifadə edilir. Qeyd edilən sənaye obyektlərində elə proseslərdə var kı, onları idarə etmək belə mümkünolmur. Məsələn bunlara misal kimi atom reaktorlarında neytron selinin lazımi vəziyyətdə saxlanılması, katalitik riforminq prosesinin ardıcıl birləşdirilmiş hər bir reaktorunda optimal reaksiya sürətini və s. Qəza hallarında mühafizə, baş vermiş hər bir qəzadan sonra bütövlükdə kompleksinin ən minimal vaxt ərzində təhlükəsiz istismar rejiminə çıxarılması.