Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mühazirə 6 TPAİS-in təyinatı, məqsədi və funksiyaları. TPAİS-in iş rejimləri



Yüklə 20,62 Mb.
səhifə14/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Mühazirə 6
TPAİS-in təyinatı, məqsədi və funksiyaları. TPAİS-in iş rejimləri.
TPAİS-in növləri.
TPAİS-in təyinatı, məqsədi və funskiyaları
Hər hansı avtomatlaşdırılmış idarəetmə sisteminin təyinatı, onun funksional imkanları, arzu olunan texniki xarakteristikaları və digər xüsusiyyətləri əsasən özünün idarəetmə obyekti ilə təyin olunur. TPAİS-in idarəetmə obyekti texnoloji avadanlıqlar məzmunda müəyyən təlimat və reqlamentə uyğun olaraq məqsədə uyğun məhsul istehsal edən texnoloji proses, yəni texnoloji idaərəetmə obyekti (TİO) nəzərədə tutulur. Qeyd edilən TİO-in tərifi bir tərəfədən proses və avadanlığın vahid birliyini, digər trəfədən isə giriş ehtiyatlarının (xammalın) son məhsula çevrilməsinini (metal, kimyəvi məhsul, məmulat, elektrik və yaxud istilik enerjisi) göstərir.
TPAİS TİO-ni idarəedərək avadanlığın hər hansı bir elementinə: drossel, klapan, siyirtmə, dozalaşdırma və s. qurğularına təsir edir. İstismar vaxtı bu idarəetmə təsirlərinin intensivliyi elə seçilir ki, texnoloji avadanlıqda yerinə yetirilən giriş materiallarının və energetik sellərin emalı ən məqsədə uyğun şəkildə yerinə yetirilsin.
TPAİS-in təyinatı adətən, texnoloji prosesi məqsədəuyğun istiqamətində yerinə yetirmək, qonşu və yuxarı səviyyə sistemlərini informasiya ilə təmin etməkdən ibarətdir. Bəzi hallarda yeni böyük güclü obyektlərin işini müasir AİS-siz təcrübi olaraq yerinə yetirmək mümkün olmadığı halda, belə sistemin təyinatı yüksək intensivlikli və səmərəli rejimdə, texnoloji prosesin reallaşmasını və dayanıqlığını təmin etməkdən ibarət olur.
Hər bir TPAİS-in yaradılması və funksional işi müəyyən texniki-iqtisadi nəticələrin (məhsulun maya dəyərinin azaldılması, məqsədə uyğun məhsulların miqdar və keyfiyyətinin yüksəldilməsi, işçi personalın əmək şəraitinin yaxşılaşdırılması və s.) alınmasına istiqmətləndirilmişdir. Odur ki, TPAİS-in təyinatını aydınlaşdırdiqdan sonra, sistemin funksional işinin məqsədi səlis təyin olunmalıdır. Sənaye texnoloji obyektləri üçün bu cür məqsədlər kimi sistemin təhlükəsiz işləməsini, giriş sellərinin parametrlərinin stabilləşdirilməsini, tələb olan parametrlərə uyğun çıxış məhsullarının alınmasıını, obyektin rejiminin optimallaşdırılmasını, avadanlıqlarının iş rejimlərinin uyğunlaşmasını və s. göstərmək olar.
Qoyulmuş məqsədlərin yerinə yetirilməsi idarəetmə kriteriyası ilə xarakterizə olunur. İdarəetmə kriteriyası texnoloji prosesi lazımi qədər tam xarakterizə edib, ədədi qiyməti idarəetmə sisteminin yaratdığı idarəedici təsirindən asılı olur.
İdarəetmə təsirinin seçilməsində əməl olunmalı məhdudiyyətlərin rolu idarəetmə kriteriyasından az deyildir. Məhdudiyyətlər iki cür olur: idarəetmə təsiri düzgün seçilmədikdə belə pozulmasına icazə verilməyən fiziki məhdudiyyətlər və pozula bilən, ancaq pozulma kriteriyada nəzərdə tutulmayan itkiyə gətirən şərti məhdudiyyətlər.
Texnoloji prosesin ümumi iqtisadi səmərəlilik idarəetmə kriteriyası konkret şəraitdə zəruri konkret asılılıqların təyin olunmasının mürəkkəbliyinə görə adətən idarəetmə obyektinin xüsusiyyətini nəzərdə tutan və şərti məhdudiyyətlərə əlavə olunan xüsusi kriteriyalardan istifadə olunur. Bu cür kriteriyalara misal olaraq aşağıdakıları göstərmək olar:

  • məhsulun keyfiyyətinə və avadanlığın istismar şərtlərinin müəyyən tələblərinə cavab verən aqreqatın maksimal məhsuldarlığı;

  • miqdar və keyfiyyətinə görə məshulun alinmasında minimal maya dəyəri;

  • bəzi komponentlərin minimal sərfi, məsələn bahalı katalizatorun və yaxud aşqarların minimal sərfi.

Texnoloji prosesin arzu olunan (həmçinin optimal) rejimini almaq üçün idarəetmə sistemində lazımi tempdə xeyli qarşılıqlı əlaqəli işlər görülməlidir: prosesin vəziyyəti haqqında informasiya yığılıb və analiz olunmalı, bir sıra parametrlər qeyd olunub və digərləri stabilləşdirilməli, idarəetmə üzrə qərar qəbul olunub yerinə yetirilməli və s. Elə sistemin bu “fəaliyyəti”onun təyin olunmuş funksiyalarının yerinə yetirilməsi kimi adlandırılır.
TPAİS-in funksiyası sistemin xüsusi məqsədini əldə etmək üçün fəaliyyət yığımından ibarətdir. İnsan-maşın tipli TPAİS-in funksiyalarını kompleks texniki vasitələrinin yerinə yetirdiyi funksiyalardan fərqləndirmək lazımdır. TPAİS-də texniki vasitələrin yerinə yetirdiyi funksiyalarla bərabər (operator, dispetçer) tərəfindən yerinə yetirilən ən çətin məsuliyyətli funksional məsələlərin yerinə yetirilməsini nəzərə alıb, TPAİS-də insan tərəfindən yerinə yetirilən funksiyaları nəzərə alıb, kompleks funksiyalar nəzərdə tutulmalıdır.
TPAİS-in funksiyaları adətən informasiya və idarəetmə funksiyalarına bölünür.
İdarəetmə funskiyalarına TPAİS-in elə funksiyaları aid olur ki, onları yerinə yetirdikdən sonra sistemin operatoruna və yaxud digər bir xarici istifadə edicisinə idarəedilən proses haqqında informasiya təqdim olunur.
TPAİS-in xarakterik informasiya funksiyalarına aşağıdakılar misal ola bilər:

  • əsas parametrlərə nəzarət, yəni fasiləsiz olaraq prosesin parametrlərinə buraxıla bilən qiymətlərinə uyğun olması və qeyri uyğunluq olduqda durmadan personalı xəbərdar etmək;

  • cari an ərzində operatoru (onun sorğusuna görə) idarəetmə obyektinin hər hansı bir hissəsində olan istehsalat vəziyyəti ilə, informasiya ilə təmin etmək;

  • hər hansı bir parametrin buraxıla bilən qiymətində meyl etmə vaxtının qeyd edilməsi;

  • operatorun sorğusuna uyğun olaraq bir başa ölçülə bilməyən və məhsulun keyfiyyətini və digər əsas texnoloji göstəricilərinə xarakterizə edən hər hansı kompleks göstəricilərin hesablanması;

  • texnoloji obyektin işindən əldə edilmış texniki-iqtisadi göstəricilərin hesablanması;

  • təhlükəli (qəzadan əvvəl, qəza) vəziyyətlərinin aşkarlanması, siqnallaşması.

Bu əsas informasiya funksiyalarını yerinə yetirməklə, TPAİS-in vaxtında öz operatorunu (dispetçeri) və yaxud yuxarı səviyyəli sistemi texnoloji prosesin vəziyyəti və normal gedişindən meyli haqqında məlumat təmin edir.
TPAİS-in idarəetmə funkisyaları idarəetmə obyektinə təsir edilən iarəetmə təirin yaradılması və reallaşdırılmasından ibarətdir.
Əsas idarəetmə funksiyaları aşağıdakılardan ibarətdirlər:

  • istehsal prosesinin reqlamenti ilə təyin olunan texnoloji prosesin parametrlərinin stabilləşdiirlməsi;

  • əvvəlcədən verilmiş qanuna uyğun olaraq, rejimin proqramının dəyişdirilməsi;

  • optimal kriteriyaya görə təyin olunmuş rejimi yerinə yetirmək üçün alınmış idarəedici təsirin yerinə yetirilməsi;

  • maddi sellərin və yükün texnoloji aqreqatlar arasında paylanması;

  • aqreqatların işə buraxılması və dayandırılmasının idarəedilməsi və s.

TPAİS-in funksional strukturunun elementləri və yuxarıda göstərilən funksiyalar və yaxud onların hisslərindən (əməliyyatlardan) ibarət olur, onlar arasındakı əlaqələr funksiyalarin informasiya-məntiqi və yerinə yetirilməsi ardıcıllığını göstərir.
TPAİS-in məzmunlu təsvirini və başa düşülməsi üçün bu cür strukturun əhəmiyyəti böyükdür: qurğunun iş prinsipini göstərən sxem kimi analoji rol oynayır.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin