Mərkəzi emal qurğusunun işləmə prinsipi
PMK böyük mənada bir mikrokontroller və ya mikro EHM, giriş və çıxış qurğuları, proqramlaşdırıcı qurğular, qida mənbəyi kimi əsas hissələrdən ibarətdir. Ayrıca PMK EEPROM (yaddaş qurğusu), genişlətmə qurğusu və ardıcıl məlumat mübadiləsi qurğularını birləşdirir.
Mərkəzi emal qurğusu ( CPU-Central Prosess Unit) isə PMK –nın ən mühüm qurğularından biridir. Şəkil 4.2-da PMK-nın daxili quruluşu göstərilib. Bu qurğunun məqsədi PMK proqramında yer alan məntiqi əməliyyatları gerçəkləşdirməkdən ibarətdir. Bu əməliyyatları həyata keçirərkən PMK qurğularla daimi əlaqə vəziyyətindədi,. yaddaşdan istifadə edir və yaddaşdakı verilənləri qiymətləndirir. Bir növ insan beynini xatırladır.
ROM və RAM yaddaş qurğuları
Ümumi mənada personal komputerdəki və ya mikro EHM- dəki yaddaş məntiqi burada da eynidir. Məlumdur ki, bu sistemlərdə iki cür yaddaş istifadə edilir: ROM və RAM. a) ROM yaddaş qurğusu ROM yalnız oxunan yaddaş qurğusudur. (ROM- Read Only Memory) ROM yaddaş qurğusunda PMK ilə bağlı dəyişməyən məlumatlar var. Daha geniş desək bu yaddaşda sistemin işə düşməsini və işləməsini təmin edən dəyişməyən proqramlar yerləşir. b) RAM yaddaş qurğusu RAM yaddaş operativ yaddaşdır (RAM- Random Access Memory). RAM-da isə tətbiqi proqramı, giriş-çıxış vəziyyətləri yerləşir. Giriş –çıxış, işarət vəziyyətlərinin yerləşdiyi yaddaş hissəsinə giriş –çıxış görüntü yaddaşı deyilir və 1 bayt ölçüdə məlumatı yadda saxlayır.
Giriş və çıxışlar, növləri və quruluşu
a) Giriş qurğusu
Giriş qurğusu idarə olunan sistemdən alınan siqnalları ( məsələn, səviyyə, istilik, təzyiq və s.) və idarəedici elementlərdən gələn elektrik siqnallarını məntiq gərginlik səviyyələrinə çevirən qurğudur. Burada, idarə olunan sistemdə alınan (təzyiq, səviyyə, istilik, sensorlar, açarlar və s.) iki müxtəlif işarələr (0 və 1 ) giriş qurğusu tərəfindən idarə olunur. Gərginlik sabit və ya dəyişən ola bilər. Gərginliyin qiyməti 24 V, 48V, 100-120V, 200-240V ola bilər. Şəkil 4.3 -də 24 sabit gərginliklə işləyən giriş qurğusunun sxemi göstərilib.
Məlumdur ki, məntiqi səviyyə ya 0 ya da 1 olur. Gərginlik səviyyələri müəyyən bir qiymətə qədər 0, müəyyən bir qiymətdən sonra 1 qəbul edilir. Orta qiymətlər nəzərə alınmır. Bu səbəbdən də seçilən gərginlik səviyyələrində buna diqqət edilməlidir. Məsələn şəkil 4.4-də göstərildiyi kimi
0-1.2 arası məntiqi səviyyəsi 0, 3.8 – 5 V arası məntiqi səviyyə qəbul edilir. 1.2 V ilə 3.8 V arası isə qərarasız vəziyyətdir. Bu normadır. Bu vəziyyət sistemdən sistemə və gərginlik səviyyəsindən gərginlik səviyyəsinə görə dəyişir.
Dostları ilə paylaş: |