Mühazirə 10 TEMPERATUR ÖLÇƏN CİHAZLAR Temperatur şkalası Cisimlərin qızma dərəcəsini müəyyən edən kəmiyyətə temperatur deyilir.
Keçmiş SSRİ-də 1962-ci ilin iyul ayından termodinamik temperatur şkalası qüvvəyə minmişdi. Praktiki ölçmələr üçün isə Beynəlxalq praktiki temperatur şkalasının işlədilməsi nəzərdə tutulmuşdu. Hər iki şkalada temperatur Selsi (°C) və ya Kelvin (°K) dərəcələri ilə ölçülür. Axırıncı ölçü vahidi temperaturun ölçü vahidi kimi Beynəlxalq vahidlər sisteminə (Sİ) daxildir.
Beynəlxalq praktiki temperatur şkalası müxtəlif maddələrin normal atmosfer təzyiqində (101325 N/m2) altı sabit müvazinət halı nöqtələrinə əsaslanmışdır.
Oksigenin qaynama nöqtəsi (maye,
oksigen ilə onun buxarlarının müvazinət
temperaturu) -182,97°C
Suyun üçlü nöqtəsi (buz, su və onun buxarları
arasında müvazinət temperaturu) 0,01 °C
Suyun qaynama nöqtəsi 100 °C
Kükürdün qaynama nöqtəsi 444,6 °C
Gümüşün bərkimə nöqtəsi 960,8 °C
Qızılın bərkimə nöqtəsi 1063 °C
Suyun üçlü nöqtəsinin temperaturu Kelvin dərəcələri ilə 273,15 K qəbul olunmuşdur. İndiyə kimi bir sıra xarici ölkələrdə Farengeyt (°F) temperatur şkalasından və Renkin (Ra) mütləq termodinamik temperatur şkalasından istifadə edilir. Farengeyt temperatur şkalasına görə, buzun ərimə nöqtəsi 32 °F, suyun qaynama nöqtəsi isə 212°F-dir.
Renkin mütləq termodinamik temperatur şkalasının mütləq sıfır nöqtəsi (0°Ra) - 459,67 °F, buzun ərimə nöqtəsi (491,67 °Ra) isə 32°F-ə uyğun gəlir.
Baxdığımız temperatur şkalaları arasında asılılıqlar aşağıdakı kimi ifadə oluna bilər:
t(°C) = T(K) - 273,16 =
= (2.1)
T(K) = t(°C) + 273,16 =
= (2.2)
f(°F) = r(Ra) - 459,67 = 1,8 t(°C) + 32 =
= 1,8 T(K) - 459,67 (2.3)
r(Ra) = f(°F) + 459,67 = 1,8 T(K) =
=1,8 t(°C) + 491,67 (2.4)