Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Termocüt kabeli əsasında hazırlanmış KTXA



Yüklə 20,62 Mb.
səhifə28/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Termocüt kabeli əsasında hazırlanmış KTXA
(Xromel-Alümel) və KTXK (Xromel-Kopel) tipli
termoelektrik termometrləri (Termocütlər)
2.2-də qeyd etdiyimiz kimi, termoelektrik termometrlərinin iş prinsipi mühitdə temperatur dəyişərkən termoelektrodlarda termoelektrik hərəkət qüvvəsinin (TEHQ) dəyişməsinə əsaslanır. Termo-elektrik termometrinin ikinci cihazla birləşmə sxemi şəkil 2.4-də göstərilmişdir. O, əsas etibarilə aşağıdakılardan ibarətdir:
1- termocüt; 2-birləşdirici naqil; 3-ölçü cihazı.

  1. Termoelektrik termometrin ikinci cihazla birləşmə sxemi; b) Termocütün statik xarakteristikası.


Şəkil 2.4
Termocütdə yaranan TEHQ-nin qiyməti işçi lehimlə sərbəst ucluqların temperatur fərqlərinə proporsionaldır, həmçinin termoelektrodların mate-rialından asılıdır. Adları çəkilən termocütlərin statik xarakteristikaları şəkil 2.4-də göstərilmişdir və bu asılılıq xəttidir.
Quraşdırma şəraitindən asılı olaraq, diametri 3,0÷6,0 mm termoelektrodlardan müxtəlif uzunluq-larda sənaye təyinatlı KTXA və KTXK tipli termocütlər istehsal olunur.
Məsələn, borulu sobalarda arakəsmə divarının üstündə tüstü qazlarının temperaturunu ölçmək üçün termocütün uzunluğu (2,5÷3) m və daha çox ola bilər. Kiçik diametrli boru kəmərlərində axan mayenin, qazın, buxarın temperaturunu ölçmək üçün termocütün uzunluğu (100÷160) mm olur.
Termocüt texnoloji aparatlara quraşdırılarkən adətən diametri 21 mm olan poladdan hazırlanmış mühafizəedici boruda yerləşdirilir. Kabel TKXA tipli termocütlərinin temperaturu ölçmə diapazonları °C ilə uyğun olaraq - 40-dan 1100-ə qədər, dəqiqlik sinfi isə 1% olur. TKXK tipli kabel termocütlərinin temperaturu ölçmə diapazonu isə °C ilə -40-dan +600-ə qədər, dəqiqlik sinfi isə 1%-ə bərabərdir.
Termoelektrik hərəkət qüvvəsi adətən millivolt-mertrlə və yaxud potensiometrlə ölçülür. Şəkil 2.4-də göstərildiyi kimi, 3 mövqeli ölçü cihazı ilə 1 mövqeli termocüt arasında 2 mövqeli rabitə xətti kimi birləşdirici naqillərdən istifadə olunur. Həmin naqillər isə kompensasiya naqilləri adlandırılır. Hazırda texnoloji qurğularda özüyazan elektron potensiometr-lərdən geniş miqyasda istifadə olunur. Potensiometrin iş prinsipi naməlum EHQ-nin əlavə cərəyan mənbəyinin yaratdığı məlum gərginlik düşgüsü ilə tarazlaşmasına (kompensasiyaya) əsaslanır.
Kompensasiya metoduna əsaslanaraq potensio-metrlə temperaturun ölçülməsi ən mütərəqqi metoddur, millivoltmetrə görə isə ən dəqiq cihaz sayılır və onlardan neftayırma zavodlarında geniş istifadə olunur.
Özüyazan avtomatik elektron potensiometrin iş prinsipi verilmişdir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin