Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə16/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
Avtomatlaşdırmanın əsasları müh

TPAİS-in növləri

Neft-kimya texnoloji proseslərində informasiyanın emalı və bu proseslərdə idarəetmə proseslərini avtomatlaşdırmaq məqsədilə avtomatlaşdırmanın müasir texniki vasitələrinə və hesablama texmikasının son nailiyyətlərinə üstünlük verilir. Buna texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri (TP AİS) deyilir.


Deməli, texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin funksiyası, texnoloji proseslər üçün qəbul olunmuş məqsəd funksiyasından asılı olaraq, informasiyanı emal etməkdən, idarəedici təsirləri hasil edib və alınmış təsirləri texnoloji obyektlərdə həyata keçirməkdən ibarətdir.
Texnoloji proseslərin avtomatlaşdırılmasını işləyib tətbiq etmək üçün əsas məsələlərdən biri texnoloji proseslərin vəziyyətləri haqqında informasiyanın əldə edilməsidir.
Digər tərəfdən, texnoloji proseslərin idarəetmə sistemlərinin effektivliyini yüksəltmək üçün, baxılan texnoloji prosesdə əsas qanunauyğunluqları adekvativ riyazi modellərlə yazmaq mümkün olsun (şəkil 3.1.b).
Sxemdən göründüyü kimi texnoloji prosesi xarakterizə edən parametrlər dörd qrupa bölünmüşdür:
  - nəzarət olunan giriş parametrləri vektorudur ki, buna misal olaraq texnoloji prosesin və ya aqreqatın girişinə verilən xammalın miqdarını, keyfiyyət göstəricisini, katalizator və ya reagentlərin miqdarı və keyfiyyət göstəricilərini və tərkib təhliledicilərindən verilə bilən hər bir informasiyanı bu qrupdan olan giriş informasiyası sinfinə aid etmək olar.

  - nəzarət olunmayan həyəcanlandırıcı təsirləri xarakterizə edən parametrlər vektorudur ki, buna misal olaraq ətraf mühitin temperaturunun, aqreqatların texnoloji xarakteristikalarının dəyişməsi və nəhayət, idarəetmə sitemlərinin rabitə kanallarında yarana bilən müxtəlif növ zərərli ünsürləri və s. göstərmək olar.
  - idarə olunan çıxış parametrləri vektorudur. Bu parametrlərə misal olaraq texnoloji proseslərin idarə olunmasında əsas meyar hesab olunan texniki-iqtisadi göstəriciləri, məqsədli məhsulların miqdarını, keyfiyyət göstəricilərini, xərcləri və s. göstərmək olar. Qeyd etmək lazımdır ki, texnoloji proseslərdə rejimləri seçərkən bu faktorlar əsas rol oynamalıdır.
 - idarəedici parametrlər vektorudur. Bu parametrləri dəyişməklə texnoloji proseslərin aparılmasında qəbul edilmiş meyar funksiyası təmin edilir.
İdarəedici parametrlərə misal olaraq qurğuya verilən katalizatorun miqdarı, temperatur, təzyiq, səviyyə və başqa texnoloji parametrləri göstərmək olar. İdarəedici təsirlərin dəyişdirilməsi dedikdə, bu parametrlərin idarəetmə prosesində müxtəlif tənzimləyicilərlə dəyişdirilməsi başa düşülür.
Texnoloji proseslərdə həmişə istər nəzarət olunan giriş və istərsə də idarəedici parametrlər vektorlarına məhdudiyyət şərtləri qoyulur. Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq, texnoloji proseslərin idarə edilməsini belə söyləmək olar: - texnoloji prosesin məlum   - giriş parametrləri və prosesə təsir edən,   - həyəcanlandırıcı təsirlər şəraitində verilmiş məhdudiyyət şərtlərini ödəyən elə   - idarəedici parametrlərin seçilməsi tələb olunur ki, bütövlükdə bu vəziyyət çıxış parametri (meyar)   - nün optimal (ekstremal) qiymətini təmin etmiş olsun.

Sənaye avtomatlaşdırılması məsələsi əsasən iki sistemin işlənilməsi nöqteyi-nəzərdən yerinə yetirilir. Birinci məsələ onunla bağlıdır ki, burada aparatın, sahənin və ya bütövlükdə bir istehsalatın tam avtomatlaşdırılıması həll edilir. İkinci məsələ isə sahədə təşkilati-iqtisadi məsələlərin, müəssisələrin və ya birliklərin idarə olunmasının avtomatlaşdırılması ilə bağlıdır.


Avtomatlaşdırmanın ilk mərhələlərində, birinci qrupa aid olan avtomatlaşdırma məsələləri əsas üstünlük təşkil edirdi. Belə sistemlərin əsas vəzifəsi sadəcə olaraq, verilmiş texnoloji prosesi həyata keçirmək üçün zəruri olan fiziki parametrlərin lazımı qiymətdə saxlanılmasını və ya qabaqcadan məlum olan hər hansı qanunla dəyişdirilməsini təmin etməkdən ibarət idi. Bunu yerinə yetirmək üçün avtomatik idarəetmə və tənzimləmə sistemləri tətbiq edilirdi. Belə sistemlər öz etibarlıqlarına, sadə olmalarına və ucuz başa gəlmələrinə görə daha geniş tətbiq olunurdu. Bu tip sistemlərə birkonturlu tənzim sistemləri də deyilir. Avtomatlaşdırmanın sonrakı mərhələsi yuxarıda qeyd etdiyimiz lokal avtomatlaşdırmadan müasir iqtisadi-riyazi metodlar və elektron hesablama maşınlarının tətbiqi ilə avtomatlaşdırılmış idarəetmə sisteminə keçməklə əlaqədardır.
Texnoloji proseslərin lokal avtomarlaşdırma vasitələrinə avtomatik nəzarət və tənzim sisteminin elementləri, proqramlı tənzimləmə, siqnallanan, aqreqatların, qəza vəziyyətlərindən qorunması üçün texniki vasitələr aiddir. İdarətmə sistemlərini bir qədər təkmilləşdirmək üçün çoxkonturlu tənzim sistemlərinə, proqramlı idarəetməyə və optimal idarəetmə sistemlərinə üstünluk verilir.
Əsas avtomatik tənzim sistemlərinə aşağıdakıları aid etmək olar:

  • Birkonturlu avtomatik tənzimləmə;

  • Kaskad əlaqəli və proqramlı tənzimləmə;

  • Çoxkonturlu avtomatik tənzimləmə;

  • Aqreqatlarda rejimlərin koordinasiyası;

  • Qərarlaşmış rejimlərin optimal idarə edilməsi;

  • Keçid rejimlərinin optimal idarə edilməsi;

  • Avtomatik proqramlı-məntiqi idarəetmə;

  • Adaptasiyalı-optimal idarəetmə.

Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin vəzifəsi, qəbul edilmiş meyardan asılı olaraq texnoloji proseslərin idarə edilməsi üçün idarəedici təsirlərin yaradılması və prosesin idarə edilməsindən ibarətdir.
Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisitemləri (TPAİS), sənaye müəssisələrinin idarəetmə sistemlərinin tərkib hissəsi olaraq, texnoloji proseslərin məqsədyönlü idarə edilməsini təmin etməklə yanaşı, idarəetmə sistemlərini texniki-iqtisadi informasiya ilə təmin etməkdən ibarətdir. Qeyd edək ki, aqreqatlar və proseslər üçün yaradılan TP AİS-ləri müəssisələrin idarəetmə sistemlərində aşağı səviyyəni əhatə edirlər.Yuxarı səviyyədə TP AİS-lər sahəni, qurğular kompleksini və ya bütövlükdə tam istehsalatın idarə edilməsi üçün tətbiq edilirlər.
Müəssisə avtomatlaşdırılmış iarəetmə sistemləri (MAİS ) müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin idarə olunması üçün lazım olan məlumatların EHM-də toplanılması və emalını yerinə yetirmək üçün yaradılır. Son zamanlar müəssisə və texnoloji proses Avtomatlaşdırılmış idarıetmə sistemlırinin (AİS) yerinə yetirdiyi funksiyaları inteqral AİS-lər tətbiq olunmaqdadır. Hazırda belə AİS-lər neft emali müəssisələrində daha geniş tətbiq tapmışdır.
Sahə AİS-ləri (SAİS) ilk növbədə respublika nazirlikləri səviyyəsində idarəetmə proseslərini avtomatlaşdırmaq üçün yaradılır. Belə sistemlər vasitəsilə sahənin istehsal-təsərrüfat fəaliyyətinin idarə edilməsi üçün tələb olunan məlumatların vaxtlı-vaxtında toplanıb emal olunması təmin edilir. SAİS nazirliyin idarəetmə aparatını, onun funksional şöbələrini idarəetmə məsələlərinin həlli üçün lazım gələn məlumatla təmin edir. Belə sistemlərin üstünlüyü ondadır ki, bu sistemlərdə iqtisadi-riyazi metodların kompleks tətbiq edilməsi və sistemin informasiya bazasının inteqrallaşdırılması təmin olunur.
Ümumdövlət avtomatlaşdırılmış idarəetmə sisteminin (ÜDAİS) əsasını xalq təsərrüfatının mövcud struktura uyğun olaraq fəaliyyət göstərən və yeni yaradılan AİS-lər təşkil edir. ÜDAİS-in əsas vəzifəsi xalq təsərrüfatının idarə olunmasını, planlaşdırılmasını və uçot məsələlərinin həllini təmin edən informasiya ilə təmin etmək, həllini yerinə yetirmək və yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdən ibarətdir.
Bu sistemin texniki bazasını hesablama mərkəzləri şəbəkəsi sisteminin texniki vasitələri və dövlət avtomatlaşdıtılmış rabitə şəbəkəsi sisteminin vasitələri təşkil edir. Qeyd edək ki, ÜDAİS ilk növbədə idarəetmə aparatını informasiya ilə təmin edir.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin