Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi



Yüklə 413 Kb.
səhifə41/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   56
Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi


1995-ci ilin ortalarında Azərbaycanda artıq ictimai-siyasi sabitlik yaradılmışdır. Respublikada demokratik dövlə t, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirildi. Komissiya tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyası” layihəsi hazırlandı . Layihə ümumxalq müzakirəsindən keçdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edildi. Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət-dir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmi şdir. Konstitusiyada dövlətin müs-təqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsi və vətəndaş cə miyyətinin bə rqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaş-masını təmin etmək və s. kimi niyyətlər təsbit olunmuşdu. Konsti-tusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqını yalnız onun demokratik surətdə seçdiyi səlahiy-yətli nümayəndələri təmsil edə bilər. Əsas qanunda dilindən, dinin-

dən, irqi mənsubiyy ətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaş ları n hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgü-sünün müəyyən edilmə sidir. Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Qanun-vericilik hakimiyyətini Milli Məclis, icra hakimiyyətini Prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Preziden ali icra hakimiyyətinin vəzifəsini yerinə yetirməklə bəra-bər, hə m də dövl ətin başçısı, bütün xalqın təmsilçisi və onun vahid-liyinin rəmzidir. Bu, Azərbaycan Respublikasını n quruluş etibarı iləPrezident respublikası olduğunun göst əricisidir. Azə rbaycan Res-publikasının Konstitusiyası Azərbaycan tarixində ilk dəfə olaraq, özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit edir. Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız Azərbay-can Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyə tləri müddətində dəyişməzdirlər. Azərbaycan demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən biri də, yerli özünüidarə orqanlar ının təsis edilməsidir. Dövlət orqanları bütöv-lükdə ümumdövlət, ümummilli mə nafelərin həyata keçirilmə si ilə məşğul olurlarsa, yerli özünüidarə orqanları birinci nəvbədə yerli inkişaf mənafelə rini təmin edirlər. Onlara yerli əhəmiyyətli məsə-lələri həll etmək s əlahiyyətləri aid edilmişdir. Konstitusiyaya görə yerli özünüidarəni seçkilər əsasında yaradılan bələdiyyələr həyata keçirir. Beləliklə, müstəqil Azərbaycan Respublikasının Konstitusi-yasını n qəbul edilməsi ilə ölkədə azad bazar iqtisadiyyatına əsas-lanan dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası yarandı. H.Əliyev Şərq və müsəlman ölkələri tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında ölüm cəzasının ləğ-vinə nail oldu. Amnistiya aktlarının 10 minlərlə insana tətbiq edil-məsi, ölüm cəzasına məhkum olunmuş insanları bağışlanması sivil, humanist cəmiyyət quruculuğunda əhəmiyyətli addımlardır.



Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin