Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar



Yüklə 413 Kb.
səhifə42/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   56
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində Müstəqil Azərbaycanın ilk demokratik parlamenti yaradıldı-125 deputat seçildi. Beynəlxalq hüquq normalarına uyğun qanunlar


hazırlamaq məqsədilə 1996-cı ilin fevralında Prezident yanında xüsusi hüquqi islahatlar komissiyası yaradıldı. Dövlət idarəetmə sistemində islahatlar üçün proqram hazırlandı . Bununla əlaqədar 1998-ci ilin dekabrında Prezidentin fərmanı verildi, xüsusi ko-missiya yaradılda. Azərbaycan Prezidenti 1998-ci ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının t əmin edilməsi haqqında” fərman imzaladı. Prezidentin 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzura ləğ v edildi. İnsan huquqlarının təmin olunma mexanizmi üçün bir sı ra qanunlar qəbul edildi. 1998-ci il fevralda Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cəzası ləğv olundu. 1993-2000-ci illərdə amnistiya yolu ilə 40 min nəfər məhkumlardan azad edildi. 1998-ci ildə Konstitusiya mə hkəməsi yaradıldı. 2000- ci ildə hakimlərin xüsusi test imtahandan keçməsi təgrübəsi tətbiq olunmağa başlandı . Narkomanlıq və narkobizneslə mübarizə üzrə komissiya yaradıldı . 1998-ci il oktyabrın 11-də xalq alternativ Demokratik dəyərlərə söykənən vətə ndaş cəmiyyəti qurmaq yolu ilə insanların azad siyasi və ictimai fəaliyyəti üçün imkanlar yaradan demokratik təsisatları n, o cümlədən çoxpartiyalı sistemin və ictimai birliklər şəbəkəsinin bərqərar olmasından keçir. Müstəqillik dövründə respublikamızda çoxsaylı siyasi partiyaların, ictimai təşkilatların, birliklərin təşəkkülü və inkişafı prosesi getmiş-dir. Onlar Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi parti-yalar haqqında”, “İ ctimai birliklər haqqında”, “Həmkarlar ittifaqları həqqında” və digər qanunlar əsasında yaradılıb fəaliyyət göstə rirlər. 1990-cı ildə “Azərbaycan Sosial -Demokrat”, “Ana vətən” par-tiyaları, 1991-ci ildə “Azərbaycan İslam Partiyası”, “Vahid Azər-baycan Uğrunda Mübarizə İttifaqı” kimi siyasi təşkilatlar və “Azərbaycanın Qaraba ğa Nicat Cəmiyyəti” yaradıldı, 1992-ci ilin yayında “Azərbaycan Milli İstiqlal Partiyası”, “Türk Dünyası Birliyi Partiyası”, “Çağdaş Turan Partiyası ”, ‘Müsavat Partiyası”, “Yeni Azərbaycan Partiyası”, “Azərbaycan Demokratik Partiyası”, 1993-cü ildə “Azə rbaycan Yeniləşmiş Kommunist Partiyası”, “Azərbaycan Vahid Kommunist Partiyas ı’, “Azərbaycan Liberal Partiyası” və s. 1994-cü ildə “Azərbaycan Əmək Partiyası”, “Milli


Dövlətçilik Partiyası”, 1995-ci ildə AXC siyasi təşkilatı zəminində “Azərbaycan Xalq Cəbhə si Partiyası”, “Sahibkarların Demokratik Partiyası” və s. partiyalar və siyasi birliklər yaradılmışdı. Bundan başqa Azərbaycanda “Və tən Cəmiyyəti”, “Heydər Əliyev Fondu”, “Azərbaycan Mədəniyyət Fondu”, “İnkişaf Assosiasiyası”, H.Z.Ta-ğıyev adına “Xeyriyyə Fondu”, “Bakı İncəsənət Mərkəzi”, respublikada yaşayan azsaylı etnik qrupların mərkəzləri, birlikləri və icmaları yaradılaraq, fə aliyyət göstərməkdədirlər. 1992-ci ildə “Azad Müəllimlər Birliyi”, 1993-cü ildə 30-dan yuxar ı sahə Həm-karlar İttifaqlarını özündə birləşdirən Az ərbaycan Hə mkarlar İttifaqları Konfederasiyası t əşkil olunmuşdu. 1999-cu ilin ortala-rında Azərbaycanda 50-də n çox siyasi partiya və ictimai təşkilat mövcud idi. Artıq 2000-ci ildə Respublikada rəsmi qeydə alınmış


  1. siyasi partiya, 1000-dən çox ictimai birlik və təşkilat, o cüm-lədən 30-a qədər hüquq-müdafiə təşkilatı və 500-dən çox kütləvi-informasiya vasitəsi fəaliyyət göstərirdi. Siyasi partiyaların sıra-larında 410 min nəfərdən çox adam birləşmişdi. Ondan 230 min nə-fəri YAP-ın üzvü idi (12, s. 279). 1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. 2000-ci il noyabrın 5-də tərkibinin əksəriyyətini YAP-çılar təşkil edən 4 siyasi partiyanın nümayəndələrindən ibarət yeni parlament seçildi.

1998-ci ilin yanvarında yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi sonradan “Ailə və Qadınlar Problemləri Dövlət Komitəsi”nə çevrilmiş, 2000-ci ilin martında “Azərbaycan Respub-likasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Prezident fərman vermişdir. Ulu öndərimiz Heydər Əliyevin fər-manı ilə 1994-cü il iyulun 26 Gənclər və İdman Nazirliyi yaradıl-mışdır. Prezident Heydər Əliyevin imzası ilə 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərman verilmişdir.1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, 2001-ci ilin de-kabrnda “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırıl-ması sahəsində əlavə tədbirlər haqqında”, 2002-ci ilin oktyabrnda “Milli Televiziya və Radio Şurası” yaradılması haqqında sə-rəncamlar və s. kütləvi informasiya vasitələrinin inkişafında mühüm


rol oynamışdır (12, s. 280-282). 1992-ci il avqustun 30-da Az ərbay-can Respublikasının Konstitusiyasına rəğmən qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” qanun 1996-cı ildə daha da t əkmilləş-dirilərək milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan insanların dini dəyərlərini qoruyub inkişaf etdirilməsinə imkan ya-ratdı.


Bütün yuxarıda göstərilən əsaslar respublikamızda dünyəvi, hüquqi, demokratik vətəndaş c əmiyyəti qurmağın uğurla getməsinə təminat yaradılmasından xəbər verir.

Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin