Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar



Yüklə 200,14 Kb.
səhifə31/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   46
Qanunvericilik mənasında beynəlxalq nəqliyyat hüququ beynəlxalq

nəqliyyat qanunvericiliyi deməkdir. Beynəlxalq nəqliyyat qanunvericiliyi

beynəlxalq nəqliyyat fəaliyyətini tənzimləyən normativ aktların məcmusudur.

Nəhayət, «beynəlxalq nəqliyyat hüququ» termini ilə tədris fənni əhatə

olunur. Tədris fənni mənasında beynəlxalq nəqliyyat hüququ dedikdə iki məsələ

barəsində sistemləşdirilmiş informasiya başa düşülür:

-obyektiv mənada, yəni hüquq normalarının sistemi barədə beynəlxalq

nəqliyyat hüququ;

-beynəlxalq nəqliyyat hüquq elmi (beynəlxalq nəqliyyat hüququ).

Tədris fənni mənasında beynəlxalq nəqliyyat hüququna həm də beynəlxalq

nəqliyyat hüquq kursu deyilir. Beynəlxalq nəqliyyat hüquq kursu beynəlxalq

nəqliyyat hüququna aid anlayışlar, kateqoriyalar və digər məsələlər barədə

sistemləşdirilmiş və ümumiləşdirilmiş məlumatlar verir. O, həm də beynəlxalq

hüquq elmi, onun işləyib hazırladığı konsepsiyalar, nəzəriyyələr və postulatlar

haqqında informasiya mənbəyidir. Beynəlxalq nəqliyyat hüquq kursunun

öyrənilməsi beynəlxalq nəqliyyat-hüquqi tənzimetmənin məna və məzmununu

başa düşməyə, qüvvədə olan qanunvericiliyi təhlil etməyə və onda olan hüquqi

boşluğu müəyyənləşdirməyə imkan verir.

Yuxarıda göstərilən mənalarda beynəlxalq nəqliyyat hüququ anlayışı bir-

biri ilə sıx surətdə bağlıdır. Lakin onlar tam üst-üstə düşmürlər. Belə ki, onların

metod və predmeti, habelə strukturu müxtəlif olmaqla bir-birindən fərqlənir.

Məlum olduğu kimi, beynəlxalq iqtisadi hüquqla (BİH) tənzimlənən ictimai

münasibətlərin dairəsi kifayət qədər genişdir. Belə ki, o, dövlətlərarası

beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı, müxtəlif növlərini tənzimləyir.

Başqa sözlə, BİH-in nizamasalma (hüquqi tənzimetmə) predmetinə müxtəlif

növ dövlətlərarası beynəlxalq iqtisadi münasibətlər daxildir; dövlətlərarası

beynəlxalq nəqliyyat münasibətləri həmin növlərdən biridir. Həm də

beynəlxalq hüquq dərsliyində çox düzgün olaraq göstərildiyi kimi, beynəlxalq

nəqliyyat münasibətləri beynəlxalq iqtisadi münasibətlərin vacib növüdür.1 Bu

münasibətlərin beynəlxalq iqtisadi münasibətlərin vacib növü olması onunla

izah edilir ki, nəqliyyat iqtisadiyyatın çox mühüm sahəsidir. Nəqliyyat

iqtisadiyyatın elə bir sahəsidir ki, onsuz iqtisadiyyat öz funksiyasını normal

surətdə yerinə yetirə bilməz. Təkcə bunu söyləmək kifayətdir ki, malların

istehsalına və ticarətinə yönələn iqtisadi proses məhz nəqliyyat xidməti

vasitəsilə başa çatır. Belə ki, mallar nəqliyyatın köməyi ilə istehlakçılara

(alıcılara) çatdırılır; buna görə də o, iqtisadiyyatın infrastruktur hissəsidir.

İqtisadiyyatın xüsusi xarakterli sahəsi sayılan nəqliyyat istehsalın ümumi şərti

kimi çıxış edərək, normal istehsal prosesinin həyata keçirilməsində əhəmiyyətli

rol oynayır.

Digər tərəfdən də, qeyd etməliyik ki, nəqliyyat xidmət sahəsidir; bu sahənin

vasitəsilə yük və sərnişinlərin daşınması həyata keçirilir. Buna görə də

beynəlxalq nəqliyyat münasibətləri, mahiyyətcə, beynəlxalq iqtisadi

münasibətlərdə nəqliyyat xidmətinin ixrac və idxalı ilə bağlı yaranan

münasibətlərdir; bu münasibətlər BİH-in subyektləri (dövlətlər və

hökumətlərarası beynəlxalq nəqliyyat təşkilatları) arasında yaranır və müvafiq

beynəlxalq hüquq normaları ilə qaydaya salınır, tənzimlənir; bu normaların

sistemi beynəlxalq nəqliyyat hüququ adlanır.

Beynəlxalq nəqliyyat hüququ dedikdə beynəlxalq iqtisadi hüququn subyektləri arasında yaranan dövlətlərarası beynəlxalq nəqliyyat münasibət-lərini tənzimləyən hüquq normalarının sistemi başa düşülür.

Məlum olduğu kimi, iqtisadi münasibətlər nəqliyyat sahəsində də yaranır;

həmin münasibətlərin beynəlxalq-hüquqi tənzimlənməsi kifayət qədər vacib və

zəruri məsələdir. Beynəlxalq nəqliyyat hüququnun əsas təyinatı, başlıca məqsədi

də məhz nəqliyyat sahəsində yaranan iqtisadi münasibətlərin beynəlxalq-hüquqi

tənzimlənməsini təmin etməkdən ibarətdir.



Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin