Mövzu 5.4 Rabitə sistemlərində kodlaşdırma və siqnallaşma
Amplitud implus modulyasiyası siqnalların rabitə xətləri ilə ötürülməsinin məhdud olması danışıq siqnallarının çevrilməsinin başqa üsullarının axtarılması məcburiyyəti yaratmışdır. Belə üsullardan biri analoq siqnallarının implus kod modulyasıyalı (İKM) üsulu ilə çevrilməsidir. Bu üsulun əsasını V.A.Kotelnikov qoymuşdur. V.A.Kotelnikov teoreminə görə diskretləşmə tezliyi analoq siqnalının maksimum tezliyindən 2 dəfə çox olmalıdır. Analoq siqnallarının İKM siqnallarına çevrilməsi prosesi 3 ardıcıl mərhələdən ibarətdir. Bunlar aşağıdakılardır.
Diskretləşmə -analoq siqnalının zamana görə öz tərkib hissələrinə ayrılması;
Kvantlama-zamana görə diskretləşdirilmiş siqnalın səviyyəyə görə yuvarlaqlaşdırılması;
Kodlama –kvantlanmış siqnalın kodlanması;
İKM-ı mahiyyət etibarı ilə siqnalın formasının kodlanması deməkdir. Lakin bu zaman kanalın tezlik zolağına daha ciddi tələblər irəli sürən mürəkkəb alqoritmlər tələb olunur.
Kodlamanın alqoritmləri aşağıdakılardır.
-Siqnalın xarakterindən asılı olaraq kvantlanma parametrləri dəyişdirilir. Bu parametr kvantlama addımı adlanır və dəyişən kəmiyyətdir. Onu asanlıqla idarə etməklə tələb edilən səviyyədə yaranan nöqsanları aradan qaldırmaq mümkündür;
-Siqnalların formasının kodlanması üsullardan biri də differensial kodlanma və ya xətti kodlanma adlanır. Bu halda giriş siqnalını birbaşa kodlamaq əvəzinə iki giriş siqnalı arasındakı vaxt müddəti kodlanır. Buna differensial İKM metodu deyilir.
Dostları ilə paylaş: |