Mövzu 1.4 Radioverici və qəbuledici qurğular
Radio rabitə xəttinin əsas hissələrindən biri radioverici qurğudur ki, bu qurğu radio ötürücüdən və verici antenadan ibarətdir. Radio verici qurğunun vəzifəsi məlumatın radio dalğaları vasitəsilə ötürülməsini təmin etmək üçün yüksək tezlikli siqnallar yaratmaq və bu siqnalları idarə etmək imkanına malik olmasıdır. Hər bir ötürücü yüksək tezlikli siqnalların yaranmasını, həmin tezliklərin tələb olunan səviyyəyə qədər gücləndirilməsini, bu siqnalların idarə olunmasını və radio dalğalarının fəzaya şüalandırılmasını təmin edən funksional qovşaqlara malik olmalıdır. Radio verici quruluşun sadə funksional sxemini nəzərdən keçirək.
Verici antena yüksək tezlikli cərəyanın şüalandırılması mümkün olan elektromaqnit dalğalarına çevrilməsi və fəzaya şüalandırılması vəzifəsini yerinə yetirir. Verici generator yüksək tezlikli elektrik cərəyanının alınmasına xidmət göstərir. Bu qurğuda qida mənbəyinin enerjisi radiotezlik enerjisinə çevirir. Güc gücləndirici verici antenada yüksək tezlikli lazımi gücə malik siqnalın olmasını təmin edir. Məlumatın ötürülməsi zamanı əsas vəzifələrdən biri də radio tezlikli rəqslərin idarə edilməsidir. Məsələ burasındadır ki, məlumat siqnalları (səs, teleqraf və s.) elektromaqnit dalğaları şəklində uzaq məsafələrə göndərilə bilməz. Çünki belə siqnalların tezliklərinin aşağı sərhəddi 50 – 30 Hs hüdudunda yerləşir (Meqa metrlik diapazon) və radio dalğalarının uzaq məsafələrə effektiv ötürülməsi bu tezlikdən çox – çox yüksək tezliklərdə mümükün olur. Ona görə də şüalandırılmamışdan əvvəl məlumat siqnalları yüksək tezlikli siqnallara ( rəqslərə) çevrilməlidir. Bu proses radio tezlikli rəqslərin modulyasiyası adlanır və modulyator adlanan qurğunun köməyi ilə yerinə yetirilir. İstənilən radio texniki sistemin əsas elementlərindən biri də radio radio qəbuledici quruluşdur. Radio qəbuledici quruluş daxil olan radio dalğalarını yüksək tezlikli elektrik rəqsləri enerjisinə çevirmək və həmin enerjini qəbulediciyə ötürmək, əsas siqnalın optimal işlənməsini ( maneələrin azaldılması, gücləndirmə, detektorlama) və ilkin elektriki siqnalın məlumata çevrilməsini təmin edir. Qeyd edilən funksiyalarına uyğun olaraq radio qəbuledici quruluşun sadə funksional sxemi aşağıdakı kimi olacaqdır.
Sxemdən göründüyü kimi radio qəbuledici quruluş qəbuledici antenadan qəbuledicidən və son quruluşdan (telefon, teleqraf aparatı və s.) ibarətdir. Göründüyü kimi radio qəbuledici quruluşun qeyd olunan I funksiyasını antena, II funksiyasını qəbuledici, III funksiyasını isə son quruluş geniş tətbiq edilmişdir.
Mövzu 1.6 Telefon şəbəkələrinin qurulma prinsipi ŞTŞ.
Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq müasir dövrdə cəmiyyətdə 80 - ə yaxın müxtəlif növ informasiyalar vardır və onlardan istifadə edilir. Məsələn, telefon, teleqraf, verilənlərin ötürülməsi, EHM, televiziya radio vericiləri, şəbəkələrin ayrıca fəaliyyət göstərir. İnformasiya şəbəkələrinin bu qədər çox olması texniki və iqtisadi cəhətcə əlverişli deyildir. Odur ki, informasiya mübadiləsini təmin edən yeni şəbəkə inteqtral xidmətli telekommunikasiya şəbəkələri yaradılır. Azərbaycan telekommunikasiya şəbəkəsində dünyada informasiya paylanması, daşınması sisteminin bir hissəsi olduğu üçün dünya standartlarına uyğun inkişaf etməlidir. Yeni inteqral şəbəkə yaradılmasının kapital qoyuluşunun çox olması, bu zaman yaranan problemlərin mürəkkəbliyindən asılı olaraq Azərbaycanda bu mərhələ ŞTŞ – nin qurulması 3 mərhələdə aparılır. 1 –ci mərhələdə rəqəm üsulu ilə kommutasiya veriliş sisteminə keçilməsi, tələb olunur. Bu halda inteqral rəqəmli telefon şəbəkəsi yaradılır ki, analoq abunəçi xətləri və analoq telefonlar saxlanılır.
II mərhələdə xüsusi rəqəmli inteqral
Sixron rəqəm ierarxiyası
ST1 - 155 Mbit/s ST – 16 – 2.8 Qbit/s
ST4 – 620 Mbit/s ST – 64 – 10 Qbit/s
Xidmətli şəbəkə yaradılır ki, o da telefon şəbəkəsi və verilənlərin ötürülməsi şəbəkələrini rəqəmli telefon kanallarından istifadə etməklə özündə cəmləşdirir. Bu mərhələdə artıq birləşdirici xətlərlə nitqin rəqəm üsulu ilə verilməsi təmin edilir. Bu mərhələdə veriliş sürəti 2048 kbit/san ola bilər.
III mərhələdə geniş zolaqlı rəqəmli inteqral xidmətli telekommunikasiya şəbəkəsinə keçid yaradılır. Onun da inteqral xidmətli şəbəkədən əsas fərqi ondan ibarətdir ki, burada televiziya proqramları fayılların yüksək sürətlə verilməsi fotokonfransların yaradılması üçün geniş zolaqlı rəqəm kanalları təşkil edilmiş olur. Burada veriliş sürəti artıq 144 mqbit/san daha böyük olur.
Respublikada telefon rabitəsi sisteminin daha keyfiyyətli və etibarlı işini təmin etmək məqsədi ilə BTRİB – yi İsrailin ECİ şirkəti ilə birgə müasir avadanlıqlar quraşdıraraq 103 800 kanallı SDh şəbəkəsi yaradılıb. Yeni sistem sinxron rəqəm ierarxiyalı optik kabellə işləyən veriliş sistemidir. Rabitənin inkişaf prosesinə nəzər salsaq görərik ki, əvvəllər telefon şəbəkəsinin son qurğusu təkcə telefon aparatları idisə, indi kompüterlər yalnız EHM funksiyasını yerinə yetirir. Belə ŞTŞ – adətən yüksək keyfiyyətli telefon şəbəkəsi olub, elektron poçtu və faks- poçtu xidmətləri də göstərir. ŞTŞ-ə fərdi kompüterlər qoşulur.
Dostları ilə paylaş: |