Mühazirə13
Qeyri- xətti avtomatik idarəetmə sistemləri.
13. Qeyri- xətti sistemlər haqqında ümumi məlumat.
Qeyri-xətti sistemlər haqqında ümumi məlumat , onların təsvir və tədqiq üsulları.
Real avtomatik sistemlərin böyük bir qrupunu xətti diferensial tənliklərlə ifadə etmək olmur. Bunun əsas səbəbi sistemin tərkibində qeyri-xətti xarakteristikalı ən azı bir elemenyin olmasıdır. Əlbəttə , bu zaman xətti sistemlərin tədqiq üsullarından istifadə etmək əksər hallarda yaramır. Bu , sistemin xəttiləşdirməsinin həmişə mümkün olmamağı ilə əlaqədardır. Qeyri-xəttielementə malik belə sistemlər bir sıra dinamik xassələri ilə tədqiq üsulları ilə xətti sistemlərdən kəskin fərqlənir.
Xətti sistemlərdən fərqli olaraq bu sistemlərdə hərəkətin formaları çox müxtəlif olub , onlarda sönməyən dayanıqlı rəqsi hərəkətlər müşahidə edilir.
Bu rəqslərin həm forması , həm də amplitudu və tezliyi sistemin parametrlərindən və sistemə təsir edən qüvvələrdən asılı olur.
Bəzən çox da böyük olmayan başlanğıc meyllərdən sonra , sistemdə yüksək tezlikli sönməyən rəqslər yaranır. Bu başlanğıc meyllər həmin həddi keçdikdə isə sistemdə alçaq tezlikli sönməyən rəqslər olur.
Qeyri-xətti sistemlə onun xətti modeli arasında alınan bu fərqlərə xəttiləşdirmə zamanı sistemin bəzi xüsusiyyətlərinin nəzərdən atılması səbəb olur. Deməli , sistemlərdə rəqsi hərəkətləri tədqiq etmək üçün qeyri-xəttilikləri nəzərə almaq lazımdır. Qeyri-xətti sistemlərdə yaranan avtorəqslər sistemə xaricdən təsir edə biləcək rəqslərlə əlaqədar olmayıb , sistemin yalnız daxili xüsusiyyətlərindən irəli gəlir və onun parametrərindən asılı olaraq dəyişir.
Bir sıra əməli məsələlərin həllində qeyri-xətti sistemlərin tədqiqi çox böyük əhəmiyyət kəsb edir. Bəzi hallarda məhz qeyri-xətti sistemin yaradılması ehtiyacı qarşıya çıxır. Bu bir tərəfdən qeyri-xətti elementlərin sadəliyi və texniki cəhətdən asan qurulması ilə izah edilə bilər. Digər tərəfdən qeyri-xətti sistemlər müəyyən şəraitdə xətti sistemlərə nəzərdən keyfiyyətcə üstün olması ilə seçilir. Hazırda qeyri-xətti sistemlərə yaranan böyük maraq , həm də optimal avtomatik idarəetmə sistemlərinin mahiyyətcə qeyri-xətti sistemlərə aid olması ilə əlaqədardır.
Qeyri-xətti sistemlər “giriş-çıxış” münasibətinə görə
Dostları ilə paylaş: |