Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə104/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   137
Təşkilati mədəniyyət.

İnsan gününün ən böyük və məhsuldar hissəsini işdə keçirir. O, işdə yaranan münasibəti, müsbət və ya mənfi əhval-ruhiyyəsi ilə öz evinə, ailəsinə qayıdır. Hər bir insan işdə üzləşdiyi vəziyyətin təzahürlərini ,gördüyü münasibəti bəzən aşkar, bəzən də özündən xəbərsiz, şüuraltı ailəsinə, ətrafındakı insanlara ötürür. İşdən məmnunluq duyan insan ailəsinə rahat, özünəinamlı qeyri-məmnunluq duyan şəxs isə stress və gərginliklərlə dönür. Bu vəziyyət hər dəfə təkrarlandıqda işçi işlədiyi təşkilatı dəyişməyə səy göstərir. Hətta çox yaxşı maaşı olsa belə, məmnun olmadığı təşkilatda səmərəli fəaliyyət göstərə bilməz. Bax elə buna görə də təşkilati mədəniyyət, təşkilati dəyərlər təşkilatın səmərəli fəaliyyət göstərməsində çox böyük əhəmiyyətə malikdir.

İşçi məmnunluğu olmayan təşkilatda yüksək göstəricilər və imicə nail olmaq qeyri-mümkündür.
Rəhbər öz işçilərinə münasibətdə onların dəyərli olduqlarını hiss etdirməli, işçilərin inkişafı üçün imkan yaratmalı, işçilərin nailiyyətlərinə qiymət verməli, işçilərdə məsuliyyət və maraq oyatmalıdır. Rəhbər işçini tənbeh etdiyi kimi mükafatlandırmağı, mənəvi cəhətdən həvəsləndirməyi də bacarmalıdır.

Elə işçi vardır ki, müdiriyyətin onu tənbeh etməsinə çox böyük reaksiya göstərir. Bu, onun psixikasına, işə olan həvəsinə çox böyük təsir mənfi təsir göstərir. Elə işçi də var ki, tənbehlər onun üçün əhəmiyyətsiz bir şey sayılır. Həmin işçilər bunu soyuqqanlılıqla qarşılayırlar. Ona görə də rəhbər işçi hər bir kollektiv üzvünə fərdi halda yanaşmağı, hansı ilə rəsmi iclasda, hansı ilə ikilikdə tənbeh etməyi bacarmalıdır. Bu da rəhbərin idarəetmə bacarığından, səriştəsindən, eyni zamanda, idarəetmə mədəniyyətini bilməsindən asılıdır.

Təşkilatın müvəffəqiyyətində təşkilati mədəniyyətin rolu böyükdür. Məlumdur ki, müəssisələr maddi nemətlər və xidmətlər istehsal etmək üçün yaradılır. İstehsal müəyyən texnoloji zəncirlə bağlı olur. Bu zəncirləri işə salmaq üçün müəssisədə inzibati aparat fəaliyyət göstərir ki, burada hər kəs müxtəlif funksiyaları yerinə yetirir. Lakin müəssisənin fəaliyyəti yalnız texnologiya və ya idarəetmə iyerarxiyası əsasında fəaliyyət göstərə bilməz. Müəssisələrdə, təşkilatlarda fəaliyyət göstərən insanlar öz fəaliyyətlərində konkret qaydaları rəhbər tuturlar. Təşkilat öz mədəni mühitini bu zaman əks etdirir.

Təşkilati mədəniyyət təşkilatın dəyərlər sisteminə əsaslanır. Bunlara davranış normaları, münasibətlər, dəyərlər aiddir. Misal üçün bir çox müəssisələrdə xüsusi geyim, işçinin adı yazılmış döş nişanları, hər ay ən yaxşı işləyən işçinin şəklinin xüsusi lövhəyə vurulması, iş gününün başlanmasında himnin səsləndirilməsi və s. Ayrı-ayrı müəssisələr üçün dəyərlər, normalardır. Təşkilatın bazis dəyərləri davranış normalarına əsaslanan təşkilati mədəniyyətin üst qatını təşkil edir.

Təşkilati mədəniyyət termini kollektivin maddi və mənəvi həyatında böyük yer tutur. Burada əsas yer tutan maddi dəyərlər və davranış normalar toplusu, təşkilat üçün qəbul edilmiş qaydalar, kök salmış adətlər, işçilərin geydirilməsi üsulu və müəyyən edilmiş standartlar üzrə keyfiyyətli məhsul istehsal olunması və s. dir.

İqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr olan ABŞ və Yaponiyanın idarəçilik təcrübəsi ilə tanışlıqdan üzə çıxır ki, təşkilati mədəniyyətin inkişaf amillərindən biri də kollektivin özünəməxsus işgüzar kredosunun-fəlsəfi və siyasi cəhətdən cəmlənmiş söz, ifadə, ilk növbədə elan edilmiş və reallaşdırılmış idarəetmənin, ali rəhbərliyin mövcudluğudur. İşgüzar kredo istənilən təşkilatda bazis dəyərləri və insan münasibətləri kodeksi kimi ifadə olunur.

“İnsan faktoru”na diqqət müvəffəqiyyətin rəhnidir. İnsan münasibətləri kodeksinə görə təşkilata bələd olan insanlarla təşkilatın işçi heyəti arasındakı münasibətlər xüsusi, incədən-incəyə əsaslı surətdə düşünülməlidir. Kredo müəssisə fəaliyyətinin son nəticəsi üçün işləməlidir.

Əksər təşkilatlar üçün dəyərlər maddi olmayan bir şeydir və əməkdaşlar tərəfindən onların təşkilatla qarşılıqlı əlaqələrinin bütöv bir kompleksi kimi qəbul edilir.

Təşkilati mədəniyyətin təşkilata təsiri daha böyükdür. Təşkilatın mədəni səviyyəsi, kollektivin etika və peşəkarlığı da daxil olmaqla, onun effektivliyinin həlledici faktorudur. Bu və ya digər təşkilatın mədəniyyəti onun xarakteri, psixologiyası, rəhbər və işçilərin davranış motivləri, ideya, əqidə, ənənə, aura və iş metodunda əks olunur. Təşkilati mədəniyyət keyfiyyəti insanların sosial mənşəyi, dəyərlər sistemi, fəlsəfəsi və həyat fəaliyyəti texnologiyalarından daha çox asılıdır. Təşkilati məqsədlərin və ya təşkilati strukturunun dəyərlərə və əməkdaşların davranış normalarına uyğun gəlmədiyi halda daxili münaqişələr yarana bilər ki, bu da artaraq dərin böhrana çevrilə bilər. Təşkilati mədəniyyətin məzmunu nə isə qondarma və təsadüfi olmayan praktiki idarəetmə fəaliyyətinin gedişində əlaqələr, qarşılıqlı fəaliyyət və münasibətlər kimi daxili və xarici mühitin təşkilat qarşısında qoyduğu problemlərə cavab kimi işlənib hazırlanır. Fransız sosioloqları qeyd edirlər ki, müəssisənin mədəniyyəti dedikdə, onun bütün üzvləri tərəfindən qəbul olunan təsadüflər, simvollar, davranış nümunələri sistemi başa düşülür. Bu o deməkdir ki, müəssisədə çalışan hər kəs bir-birinə ümumi fikirlə bağlıdır. Bu fikirlər aşağıdakılar ola bilər:


  • Müəssisə özündə nəyi təcəssüm etdirir;

  • Onun özlüyündə ictimai sosial rolu nədən ibarətdir;

  • Müəssisə öz rəqiblərinə münasibətdə hansı mövqedə durur;

  • Onun müştəriləri qarşısında vəzifələri nədən ibarətdir;

Təşkilati mədəniyyətin əsas funksiyası kollektiv “BİZ” obrazını, təşkilatın bütün üzvlərinin bərabərliyi hissini yaratmaqdan ibarətdir.

Bu ümumi baxışlarla yanaşı, təşkilati mədəniyyət kollektiv və fərdi maraqların ahəngini də təmin edir. Təşkilati mədəniyyət sayəsində müəssisənin hər bir əməkdaşı bu sistemdə öz rolunu, ondan nə gözlədiyini və bu gözləmələrə daha yaxşı necə cavab verməsini dərk edir. Öz növbəsində hər kəs öz müəssisəsində missiyasının yaxşı yerinə yetirildiyi halda müəssisədən nə gözlədiyini yaxşı bilir. Hər kəs yaxşı bilir ki, əgər o, müəssisənin yazılmış və yazılmamış qanunlarına riayət etməsə, qaydaları pozsa, cəzalandırılacaq və bu cəza təkcə təşkilat rəhbərliyi tərəfindən deyil, kollektiv tərəfindən də verilə bilər. Təşkilati mədəniyyət öz üzvlərinin enerjisini cəmləşdirir və onu müəssisə məqsədlərini həyata keçirmək üçün istifadə edir.

Təşkilati mədəniyyətdə təşkilat dəyərləri, mədəni dəyərlər mühüm rol oynayır. Mədəni dəyərlər –insanın həyat və fəaliyyətini tənzimləyən, habelə, dövlət siyasətinin ideoloji əsasını təşkil edən sabit mədəni oriyentirlərdir. Ruhi həyatın müxtəlif fakt, hadisə və proseslərinə münasibət ifadə edən ruhi dəyərlər, həm insanın fərdi həyat yolu, həm də insan qruplarının fəaliyyət istiqamətini müəyyənləşdirir.

Mədəniyyətə aid olan dəyişikliklər , hər şeydən əvvəl, dəyərlər səviyyəsində - ideal, etika, təhsil sistemləri, sosial, istehsal və məişət normativləri, hüquq, incəsənət, eləcə də ruhi mədəniyyətin əşyavi təcəssümündə baş verir.

Eyni mədəni dəyərləri hər bir adam müxtəlif cür qiymətləndirir .İnsanın mədəni potensialının inkişafında intellektual və humanist dəyərlərin mühüm əhəmiyyəti var. İctimai nailiyyətlərin qiymətləndirilmə meyarı, ölkənin intellektual potensialı və insana humanist münasibətlə ölçülən, həyat səviyyəsidir. İbn Sinaya görə, cəmiyyətin rifahı – elmi biliklərə əsaslanan düzgün, səxavət və ləyaqətli siyasətlə əldə edilir.

Mədəni dəyərlərə aşağıdakılar təsir edir:

✓ təfəkkür

✓ psixologiya

✓ dünyagörüşü

✓ zəka


✓ motiv

✓ davranış

✓ xasiyyət

✓ adət


✓ tale
Mədəni dəyərlər sisteminə aşağıdakılar aiddir:

  • İntellektual

  • Ruhi

  • Estetik

  • Siyasi

  • Dini

  • Bədii

  • Hüquqi

  • İdeoloji

  • Maddi


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin