Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə110/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   137
HRM 2021 yaz semestr

İntizamın əsas növləri

Müəssisədə işçilərə qarşı hansı intizam tədbirlərinin həyata keçirməsi ilə bağlı müxtəlif yanaşmalar vardır. İşçinin şüurlu və istəkli şəkildə qaydalara əməl etməsini təmin etmək və qaydaların pozulmasının qarşısını almaq üçün axtarılan metodlar bəzi əsas intizam növlərinin formalaşmasına səbəb olmuşdur. İntizamın əsas növlərinə qabaqlayıcı, düzəldici və qurucu intizam tədbirləri daxildir.



Qabaqlayıcı intizam tədbirləri

İntizam sisteminin üç əsas ünsuru vardır. Bunlar aşağıdakı kimi sıralana bilər:



  • Qaydalar (tələb olunan davranış formaları).

  • Qayda pozuntuları (arzuolunmaz davranış formaları).

  • Cəza tədbirləri.

Müəssisələrdə intizam prosesinin qayda pozuntusundan sonra başladığını düşünmək düz deyil. Başlıca məqsəd qayda pozuntularının qarşısını almaq və ya ən aza endirməkdir. Qabaqlayıcı intizam tədbirləri adından da göründüyü kimi işçilərin qayda-qanunları pozmaması üçün onu qabaqcadan istiqamətləndirməkdir. İstiqamətləndirmək dedikdə, işçinin nizam-intizama tabe olmasını təmin etmək başa düşülür.

Qabaqlayıcı intizam tədbirləri işçilərdə cəza qorxusu ilə yox, öz xeyrinə olduğuna inandığı üçün qaydalara əməl etmə düşüncəsini formalaşdırmağı hədəfləyir. Bu hədəfə əsasən əvvəlcə işçilərin uyğunlaşmış şəkildə işləməsini təmin edəcək qayda və qanunlar formalaşdırılır. Qayda-qanunların formalaşdırılmasında İnsan Resursları Şöbəsi, digər şöbə idarəçiləri və Həmkarlar İttifaqları birlikdə işləyir. İşçilərin də qərarların qəbul edilməsində iştirakı təmin olunur. Qabaqlayıcı intizam tədbirləri çərçivəsində yerinə yetirilməsi lazım olan ikinci iş qəbul olunan qayda-qanunların işçilərə çatdırılmasıdır. Burada çatdırma sadəcə məlumat vermək kimi başa düşülməməlidir. Tək-tək hər qaydanın nə üçün qoyulduğu, hansı mənaya gəldiyi və yerinə yetirilmədiyi halda hansı problemlərə səbəb olacağı dəqiq şəkildə başa salınmalıdır.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin