Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Tarixi prosesə formasiya və sivilizasiya mövqeyindən yanaşma



Yüklə 331,42 Kb.
səhifə27/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   49
Tarixi prosesə formasiya və sivilizasiya mövqeyindən yanaşma. Tarixi prosesin mahiyyətinin açılmasında və cəmiyyət tarixinin dövrləşdirilməsində marksizmin yaratdığı ictimai-iqtisadı formasiya təlimi əhəmiyyətli rol oynamışdır. Bu təlimə görə bəşəriyyətin tarixi beş ictimai iqtisadi formasiyanın bir-birini əvəz etməsindən iba­rətdir. İctimai inkişaf xaotik proses deyildir. O, obye­ktiv qanunlar üzrə baş verir. Cəmiyyətin dəyişilməsi və inkişafının əsasında maddi iqtisadi münasibətlərdə baş verən dəyişikliklər durur. Hər bir formasiyada müəyyən istehsal üsulu qərarlaşır. O, iki tərəfi əhatə edir, məhsuldar qüvvələristehsal münasibətləri. İctimai-iqtisadi formasiya dedikdə özünün iqtisadi əsasına, ictimai şüuruna, mənəvi sferasına və sosial institutlarına malik olan konkret cəmiyyət başa düşülür.

Bu təlim tarixi prosesin mexanizmini açmaqda mühüm rol oy­nayır və tarixi prosesin vəhdətini ifadə edir. Qeyd olunan müsbət cəhətləri ilə yanaşı «formasiya nəzəriyyəsinin» müəy­yən məhdudluğu da vardır. Məsələn, bu təlim cəmiyyətdə ge­dən ümuminteqrasiya meyllərinin mahiyyətini aça bilir.

Son dövrlərdə tarix fəlsəfəsində cəmiyyəti sivilizasiyalar üzrə bölmək cəhdləri geniş yayılmaqdadır. Həmin bölgüyə görə tarix vəhşilik, barbarlıq, əkinçilik, industrialinformasiya-kompüter sivilizasiyalarından ibarətdir. Cəmiyyətin inkişafına sivilizasiya mövqeyindən yanaşmaq diqqəti cəlb edir. O, cəmiyyəti dövrləşdirərkən texniki- texnoloji amilləri və mədəniyyətin inkişafı göstəri­cilərini vəhdətdə götürür. Lakin bu metodologiya tarixi prosesin bir mərhələsindən digərinə keçidin konkret səbəblərini və mexanizmini açmaqda aciz qalır.

Deyilənlərdən aydın olur ki, tarixi prosesin real təhlilini vermək üçün formasiya mövqeyindən yanaşmanı və sivilizasiya təlimini dialektik əlaqədə götürmək zəruridir. Onları bır-birinə tamamlamaq tarixi prosesi uğurlu təhlil etməyin mühüm şərtidir.




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin