Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Əxlaqi professionallığın etalon və aksiomları



Yüklə 95,49 Kb.
səhifə24/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
Əxlaqi professionallığın etalon və aksiomları.

Hər bir pedaqoq peşəkar olmağa çalışır. Müəllimlik fəaliyyətinə yenicə başlayan şəxs bu səviyyəyə çatmaq üçün mövcud peşəkarlıq etalonlarından istifadə etməlidir. Bu etalonlardan bəziləri tarix boyu yaşlı nəslin təcrübəsinin gənc adamlara öyrədilməsi prosesində stabilləşmişdir.

Müasir peşəkar pedaqoq öz işinin ustası, yüksək intellektə malik olmaqla, eyni zamanda psixoloq, sosioloq, texnoloq, təşkilatçı, yenilikçi, dost, əxlaq nümunəsi olmalıdır.

Peşəkarlıq etalonu və aksiomları həyatını gənc nəslin təlim-tərbiyəsi işinə həsr etmiş hər bir şəxsin mütləq qəbul etdiyi pedaqoji ölçülər, prinsiplərdir.

I aksiom. Müəllim uşaqları sevməyi bacarmalıdır. Uşaqları sevmək – hər şeydən əvvəl, onları olduğu kimi qəbul etmək, onları öz ləyaqət və çatızmazlıqları ilə başa düşməkdir. Uşaqları “çətin”, “avara”, “tənbəl”, “perspektivli”, “adi” səviyyəli şagirdlər kimi qəbul edən müəllimlər, onların əsl simasını, şəxsiyyətini tam görməyə bilərlər.

Uşağı sevmək ona ürəyi istəyəni etməyə razılıq vermək deyil. İntizam tərbiyə dəyənəyi deyildir. “Olmaz” deyə hər şeyi qadağan etmək ya uşağın müəllimin sözünə bir müddətdən sonra etinasız yanaşmasına səbəb olur, ya da onu üsyankar edir. Amma ağıllı və mütəmadi tələblər şagirdi müəyyən həyat tərzinə alışdırır. Buna görə də tərbiyə prosesində pedaqoq elə hərəkət etməlidir ki, uşaq özünün hər hansı hərəkətinə, yaxud xarici keyfiyyətinə görə deyil, məhz insan olduğuna görə, şəxsiyyətinə görə sevildiyini başa düşsün.



Uşağa sevginin ifadə yolları bunlardır: vizual, kinestetik (fiziki ifadə), psixoloji və pedaqoji.

  • Vizual ifadə (gözlə kontakt). Pedaqoqun uşaqla ünsiyyət zamanı onun gözlərinin içinə baxmaq bacarığıdır. Pedaqoqun baxışlarında sevgi, əzizləmə, rəğbətləndirmə duyulmaqla tərbiyə prosesi daha tez stimullaşa və nizamlana, korrektə edilə bilər.

  • Kinestetik ifadə (fiziki kontakt). Uşağa incə, zərif, mərhəmətli şəkildə toxunmaqla ifadə olunur. Şəraitdən, vəziyyətdən asılı olaraq uşağın əlinə toxunmaq, başını sığallamaq, çiyninə əllə bəyənircəsinə toxunmaq və bu zaman yaş və fərdi xüsusiyyətləri nəzərə almaq müsbət nəticələr verir.

  • Psixoloji ifadə tərbiyə olunana daimi diqqət göstərməklə meydana çıxır. Şagirdin xahişini axıradək səbrlə dinləmək, onun bütün problemlərinə diqqət yetirmək, onun narahatlığına tez reaksiya vermək bu qəbildəndir.

  • Pedaqoji ifadə şagirdin hərəkətini layiqincə qiymətləndirmək, onun uğurlarına sevinərək, uğursuzluğu da onunla birgə keçirmək deməkdir.


Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin