Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə32/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   58
Pedaqoji ünsiyyətdə etik müdafiə

Etik müdafiə - şəxsiyyətin öz ləyaqətinə təcavüzdən qorunmaq üçün göstərdiyi fəaliyyətdir. Pedaqoji etik müdafiənin xüsusiliyi ondadır ki, şagird vurduğu (və ya ona vurulan) əxlaqi – psixoloji ziyanın mahiyyətini yaxşı dərk etmir. Buna görə də pedaqoq bu müdafiəni görünməz, incə bir üsulla təşkil edir.

Etik müdafiə üç funksiyanın köməyi ilə reallaşdırılır:



  • ünsiyyət zamanı pedaqoqun öz ləyaqətini saxlaması;

  • şagirdin davranışının təshih edilməsi (düzəldilməsi);

  • ünsiyyət zamanı davranış normalarını pozan şagirdin ləyaqətinin qorunması.

Gizli pedaqoji müdafiə yolları təxminən, bunlardır:

  1. “Deyilənin təkrarı üçün sual verilməsi”.

Pedaqoq guya yaxşı eşitmədiyi və ya ona aydın olmayan məsələ barədə ünsiyyətdəki narazılığı aradan qaldırmaq məqsədilə suallar verir, “Bağışla, başa düşmədim, sən nə demək istəyirdin?”

  1. Adresata sual vermək. Pedaqoq özünü elə aparır ki, ünsiyyət zaman uşağın dediyinin ona ünvanlandığına guya inanmır. “Bunu siz mənəmi dediniz?” sualından dərhal sonra anlaşılmazlıq ifadə edən mimikadan istifadə edir.

  2. Ünsiyyəti daha mədəni şəkildə təkrar etdirmək: “Mənə elə gəldi ki, Siz belə demək (etmək) istəyirdiniz, eləmi?”

  3. Şəxsi keyfiyyətlərindən çıxış etmək. Xarakteri və nüfuzu çox güclü olan pedaqoq tərəfindən tətbiq edilir: “Mən bu tonda söhbəti davam etdirə bilərəm”, “Mən belə müraciətə alışmamışam”.

  4. Davranışa bəraət qazandırmaq: “Yəqin ki, sən belə demək (etmək) istəyirdin...”.

  5. “Xeyirxahlıq nümayiş etdirmək”: “Yaxşı ki, yadıma saldın”, “Sən olmasaydın tamam unutmuşdum”.

Bundan başqa, yuxarı sinif şagirdləri ilə ünsiyyətdə tətbiq edilə biləcək daha üç ünsiyyət stili ola bilər:

  1. “Alicənablıqla bağışlama”: hələlik özünü ünsiyyət zamanı lazımınca mədəni apara bilməyən şagirdə müraciətlə: “əgər sən belə istəyirsənsə”, “əgər bu cür başa düşürsən (bacarırsansa), qoy sən deyən olsun”.

  2. “Tərəfdaşının müsbət keyfiyyətlərini” onun davranışı ilə müqayisə etmək: “Sən bu qədər... (müsbət keyfiyyət), amma özünü bu cür ...”, Frazanın axırını müəllim yarımçıq saxlayır, demir. Şagird özü fikrində cümləni tamamlayır və nəticədə müəllimin qaldırdığı yüksək səviyyədən aşağı düşmək istəmir.

  3. “Özü ilə üzbəüz (təkbətək) qoymaq”. Çox sərt üsuludur: “Heyif ki, bu dəqiqə nə baş verdiyini dərk etmirsən”, “Yəqin nə dediyini anlamırsan...”



Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin