Affektiv funksiya affektin nəzarətə alınmasında, emosional stimullaşdırmada, gərginliyin aradan qaldırılmasında, psixoloji komfort yaradılmasında meydana çıxır.
Ünsiyyətin etik funksiyaları bunlardır:
uşağın ünsiyyətə cəlb edilməsi – ünsiyyətə maraq yaratmaq, psixoloji sıxıntını aradan qaldırmaq, naməlum olandan qorxunu aradan qaldırmaq; uşağı istədiyi kimi ünsiyyətə girməyin mümkünlüyünə inandırmaq (əlbəttə, əxlaqi normalar daxilində), müəllimin ona müsbət münasibətdə olduğuna inandırmaq.
uşağın ünsiyyət prosesinin iştirakçısı olmasına şərait yaratmaq – bu funksiya uşağın ünsiyyətə qoşulma cəhdini bəyənmək, bu işdəki bəzi çətinlikləri öz üzərinə götürmək, onun daxili aləminə maraq göstərmək məqsədlərinə xidmət edir.
uşağı ünsiyyət prosesində “göylərə qaldırmaq, yüksəltmək” – ünsiyyət zamanı etik mədəniyyətin səviyyəsini yüksəltmək üçün daha üstün keyfiyyətlər qazana biləcəyinə həvəsləndirməkdir.
Pedaqoji ünsiyyətin səmərəli olması üçün pedaqoq bunları bilməlidir:
ünsiyyətin qanunauyğunluqlarını;
ünsiyyətin quruluşunu, kommunikativ, interaktiv və perseptiv funksiyaları reallaşdırmağın xüsusiyyətlərini;
ünsiyyəti və şəxsiyyətlərarası münasibətləri öyrənməyin metodikasını;
pedaqoji və şəxsiyyətlərarası ünsiyyyətin təşkilinə verilən əsas psixoloji-pedaqoji və etik tələbləri.
Pedaqoqun etik şüurunun formalarından biri pedaqoji ünsiyyətin əxlaqi prinsipləridir. Bu prinsiplərə aşağıdakıları aid etmək olar: