Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


BÜDCƏLƏAARASI MÜNASİBƏTLƏR VƏ



Yüklə 463,33 Kb.
səhifə40/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   125
Maliyyə 2018

5.5.BÜDCƏLƏAARASI MÜNASİBƏTLƏR VƏ

BÜDCƏLƏRİN TƏNZİMLƏNMƏSİ
Dövlətin əhali və təşkilatlar ilə büdcə vəsaitlərinin formalaşması, bölgüsü və istifadəsi zamanı yaranan iqtisadi münasibətlər büdcə münasibətləri adlanır. Büdcələrarası münasibətlər maliyyə vəsaitlərinin büdcələr arasında yenidən bölgüsü prosesində əmələ gələn iqtisadi münasibətləri ifadə edir. Ayrı-ayrı büdcələrin maliyyə resursları çox hallarda kifayət etmir. Bu da dövlətin öz funksiyalarını yerinə yetirməsini çətinləşdirir. Bu məqsədlə ayrı-ayrı büdcələrin maliyyə resurslarının kifayət etməməsi büdcə sisteminin gəlirlərinin bir hissəsinin büdcələr arasında yenidən bölgüsü hesabına tamamlanmış olur.

Beləliklə, büdcələrarası münasibətlər maliyyə resurslarının büdcələr arasında yenidən bölgüsü prosesində əmələ gələn iqtisadi münasibətləri ifadə edir.

Ölkəmizdə büdcələrarası münasibətlər-müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar AR Dövlət büdcəsinin Naxçıvan MR-nın büdcəsi və yerli (bələdiyyə) büdcələrlə qarşılıqlı əlaqəsini ifadə edir. Büdcələrarası münasibətlərin təşkili prinsipləri aşagıdakılardır:


  • bütün səviyyəli büdcələrin müstəqilliyi;

  • büdcə sisteminin büdcə münasibətlərinin bütün iştirakçılarının maraqlarının balanslaşdırılması;

  • AR, Naxçıvan MR-nın büdcə hüququnun və yerli büdcə hüquqlarının eyniliyi;

  • AR-nın büdcə sistemi səviyyələrində gəlir mənbələrinin qanunvericiliklə bölüşdürülməsi;

  • AR-nın büdcə sistemi səviyyələrində tənzimləyici gəlirlərin bölgüsü;

  • AR-nın büdcə sistemi səviyyələrində xərclərin bölgüsü;

  • AR-nın büdcə sisteminin vahidliyi və s.

“Büdcə sistemi haqqında” Qanuna əsasən büdcələrarası münasibətlər gəlir mənbələrinin bölüşdürülməsi vasitəsilə həyata keçirilir. Gəlir mənbələri çatmadıqda ayrı-ayrı bölgələrin təxirəsalınmaz sosial-iqtisadi problemlərin həll etmək üçün dövlət büdcəsindən digər səviyyəli büdcələrə dotasiya, subvensiya, subsidiya verilməsi nəzərdə tutulur.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsində olduğu kimi, yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli gəlirlər hesabına maliyyələşdirmək mümkün olmadıqda yerli büdcə kəsirini ödəmək üçün dövlət büdcəsindən dotasiya və subvensiya ayrıır.

Bələdiyyə büdcəsinin xərclərinin təmin edilməsi üçün müəyyən vəsait olmalıdır. Büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərdən ibarətdir. Xüsusi gəlirlərə müvafiq büdcələrin vergi gəlirləri və qeyri-vergi gəlirləri aiddir.

Büdcənin xüsusi gəlirlərinə aşagıdakı qeyri-vergi gəlirləri aiddir:



  • Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından daxilolmalar;

  • Büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər,cərimələr, müsadirə, kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər;

  • Büdcə sisteminin digər səviyyəli büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər;

  • Digər qeyri-vergi gəlirləri və əvəzsiz köçürmələr.

Büdcənin tənzimləyici gəlirləri – büdcə sisteminin yuxarı həlqəsindən aşagı büdcələrə növbəti maliyyə ili üçün xərcləri örtmək üçün verilən maliyyə vəsaitidir.

Tənzimləyici gəlirlərə isə məqsədli büdcə fondlarından vəsaitlər, yuxarı büdcələrdən dotasiya, subensiya və s, yuxarı büdcələrdən daxilolmalar, rüsum, yığım, ödənişlər və s.

Dotasiya – dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Subvensiya – məqsədli maliyyələşdirməni həyata keçirmək üçün dövlət büdcəsindən digər səviyyəli büdcələrə verilən, lakin müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.

Subsidiya – dövlət büdcəsindən digər səviyyəli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Büdcə ssudası – dövlət digər səviyyəli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

Qrant - daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımıdır.

Yerli büdcələrin xərcləri – yerli özünü idarəetmə orqanlarının vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün istifadə edilən pul vəsaitləridir. Bu xərclərin əsas istiqamətləri aşagıdakılardır:



  • Yerli özünüidarəetmə orqanlarının saxlanılması;

  • Bələdiyyə mülkiyyətinin formalaşması və onun idarə edilməsi;

  • Təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə, KİV, bələdiyyə mülkiyyətində olan digər idarələrin saxlanılması və inkişafı;

  • Bələdiyyə mənzil-kommunal təsərrüfatının təşkili, saxlanılması və inkişafı;

  • Bələdiyyə yol tikintisi və yerli əhəmiyyətli yolların saxlanılması;

  • Bələdiyyə ərazilərinin abadlaşdırılması;

  • ətraf mühitin mühafizəsi və s.

“Büdcə sistemi haqqında” AR Qanununa görə icmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasə büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini əks etdirən maliyyə sənədidir.

İcmal büdcə hesablanarkən gəlir və xərclərdən aşağıdakı maddələr çıxılır:



  • Dövlət büdcəsindən DSMF-yə köçürülən transfertlər;

  • Büdcə təşkilatlarından DSMF-yə ödənilən məcburi sosial sığorta ayırmaları;

  • Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertlər;

  • Dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə dotasiya.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin