11.4.QEYRI-KOMMERSIYA TƏŞKILATLARINDA MALIYYƏ
MÜNASIBƏTLƏRI
Qeyri-kommersiya təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəllə və Büdcə Sistemi haqqında qanunlarla tənzimlənir. Qeyri-kommerisya təşkilatları aşağıdakl formalarda olur:
-büdcə idarələri
-istehlak kooperativləri
-ictimai qeyri-kommersiya təşkilatları
-dini təşkilatlar və birliklər
-xeyriyyə fondları və s.
Bu təşkilatların nizamnaməsində onun yaradılması məqsədi, fəaliyyətin istiqamətləri, maliyyələşdirmə mənbələri müəyyən edilir. Qeyri-kommersiya təşkilatları kommersiya təşkilatları ilə şirkətlər və ittifaqlar formasında birləşmək hüququna malikdir. Qyri-kommersiya təşkilatlarının maliyyə münasibətləri aşağıdakılardan ibarətdir:
müəyyən edilmiş vergilərin, digər məcburi ödənişlərin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödənilməsi zmanı yaranan iqtisadi münasibətlər,
müəssisələr və fiziki şəxslər arasında onlardan üzvlük və pay haqqı, məqsədli könüllü köçürmələr, o cümlədən qrantlar və ianələr alınması zamanı yaranan münasibətlər,
fiziki və hüquqi şəxlərlə sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi zamanı gəlirlərin formalaşması və məqsədəuyğun xərclənməsi üzrə yaranan münasibətlər,
işçi heyyəti ilə əməkhaqqının, mükafat maddi yardım və digər sosial yardımların hesablanması və istifadəsi zamanı yaranan münasibətlər.
Qeyri-kommersiya təşkilatlarının maliyyə resursları onların sərəncamında olan və nizamnamədə göstərilən fəaliyyət növlərinin maliyyələşdirilməsi zamanı pul daxil olmalarını və gəlirlərin məcmusunu ifadə edir.
Azərbaycanda qeyri-kommersiya təşkilatlarının əsas forması büdcə idarələridir. Onların funksiyalarının yerinə yetirilməsinin maliyyə təminatə dövlət tapşırıqlarına uyğun olaraq büdcə simetası əsasında müvafiq büdcələrin vəsaiti əsasında həyata keçirilir. Büdcə simetası büdcə idarəsinin büdcə öhtəliyinin limitini müəyyən edən sənəddir. Büdcə idarələrinin maliyyə resursları əvəzsiz və qaytarılmamaq şərti ilə verilən büdcə xərcləri hesabına formalaşır. Büdcə idarələri bu vəsaitlərin simetaya uyğun olaraq alır və xərcləyir.
Büdcə idarələri aşağıdakı səlahiyyətlərə malikdir: büdcə simetasını tərtib və icra edir, verilmiş büdcə ayırmaları çərçivəsində öhtəliyi qəbul edir və icra edir, büdcə xərclərinin məqsədli xarakterinin təmin edir.
Bücə idarələrinin büdcə sistemi ilə qarşılıqlı əlaqəsi onların xərclərinin maliyyələşdirilməsi ilə məhdudlaşmır. Bu təşkilatlar həm də müəyyən edilmiş vergiləri və digər məcburi tədiyyələri büdcəyə ödəməlidirlər.
Büdcə idarələrindən başqa digər qeyri-kommersiya təşkilatları da mövcuddur. Bu təşkilatların yaradılması məqsədinin nizamnamə fəaliyyətinin həyata keçirərkən yarnan sipesifik xüsusiyyətləri müəyyən edir.
İstehlak kooperativlərinin məqsədi onların iştirakçılarının maddi təlabatını ödəməkdir. Qeyri-kommersiya təşkilatlarının iştirakçıları arasında gəlirlərin və mənfəətin bölüşdürülməsi hüququ yalnız istehlak kooperasiyalarına məxsusdur. Bundan əlavə istehlak kooperativlərinin üzvləri və qeyri-kommersiya tərəfdaşları əmlak hüquqlarına malikdir.
Qeyri-kommersiya təşkilatlarının maliyyə resurslarının formalaşması mənbələri:
təsisçilərdən, üzvlərdən, iştirakçılardan daxil olmalar;
könüllü haqqlar və ianələr
sahibkarlıq fəaliyyətindən daxilolmalar
təşkilatın mülkiyyətindən əldə olunan gəlirlər
büdcə vəsaitləri
qanunvericiliklə qəbul edilməyən digər gəlirlər
Qeyri-kommersiya təşkilatlarının maliyyə resursları aşağdakı istiqamətlərdə istifadə edilir.
Əsas fəaliyyətin həyata keçirilməsi xərcləri
Məqsədli proqramların icarsı üzrə xərclər
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi xərcləri
Xeyriyyə təşkilatları və fondlar büdcı vəsaitini humanitar yardım edilməsinə, elmi axtarıçlar aparılmasına, təhsil və müalicə məqsədlərinə istifadə edirlər.
Siyasi ictimayi təşkilatlara vəsait qanunverici orqanların seçkiqabağı və seçki kompanyasını keçirçək məqsədi ilə ayrılır.
Dini təşkilatlar tarixi və memarlıq abidələrinin bərpası və təmini üçün subsidya ala bilər.
Dostları ilə paylaş: |