Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari



Yüklə 463,33 Kb.
səhifə86/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   125
Maliyyə 2018

Borcalınmış mənbələr

Büdcə vəsaiti

İstiqrazların buraxılışından daxilolmalar

Bankın qısamüddətli krediti

Xarici

Sair mənbələr

Büdcə vəsaiti

Yenidənbölgü nəticəsində daxil olmuş vəsait

Əlavə emissiya və yerləşdirilmiş qiymətli kağızlar

Nizamnamə kapitalının əlavə üzv haqqı

Sair mənbələr

Amortizasiya ayırmaları

Təşkilatın sərəncamında qalan mənfəət

Nizamnamə kapitalı formalaşdıqda təsisçilərdən daxilolmalar

Daxili

Xüsusi mənbələr


Müəssisə və təşkilatların mənfəəti

Göstəricilər:

2005

2010

2015

2016

Sənaye

1183,4

17655,2

14508,9

17707,1

Kənd təsərrüfatı

0,7

32,4

23,0

41,9

Nəqliyyat

401,2

191,1

186,8

583,9

Rabitə

120,1

308,8

364,3

350,6

Tikinti(podrat təşkilatlar)

127,9

229,3

786,7

897,2

Ticarət

140,9

248,5

202,9

779,0

Sair

92,6

446,8

641,2

756,9

Cəmi

2133,1

19112,1

16713,8

21116,6

Xüsusi maliyyə resursları tərkibində ikinci yer amortizasiya ayırmalarına məxsusdur. Amortizasiya ayırmaları əsas istehsal fondlarının və qeyri-material aktivlərinin köhnəlməsinin pul ilə ifadəsidir.

Müəssisələrin cəlb edilmiş vəsaitlərini aşağıdakı kmii təsnifləşdirmək olar:


  • fond bazarında səhmlərin buraxılması;

  • istiqrazların buraxılması;

Maliyə bazarında toplanmış vəsaitlərə xüsusi səhm və istiqrazların, digər qiymətli kağızların satışından əldə edilən vəsaitlər aid edilir.

Yenidənbölgü qaydasında daxil olan vəsaitlərə sığorta ödənişləri, assosasiyalardan, baş şirkətlərdən daxil olan maliyyə resursları, dividentlər və faizlər, büdcə subsidiyaları aiddir.

Büdcə təxsisatı-həm qaytarılmaq və həm də qaytarılmamaq şərti ilə verilə bilər. O, dövlət sifarişlərinin, ayrı-ayrı investisiya proqramlarının maliyyələş­diril­məsinə yönəldilir.

11.3.KOMMERSIYA TƏŞKILATLARININ GƏLIRLƏRI, XƏRCLƏRI VƏ MƏNFƏƏTI
Kommersiya təşkilatlarının gəlirləri məhsul satışından, digər əmlakların satışından daxilolmalardan, satışdankənar gəlirlərdən və icarə haqqından ibarətsir. Məhsul satəşından gəlirlər əsas gəlir mənbəyi hesab edilir. Onun həcmi məhsul satışının həcmi və qiyməti ilə müəyyən edilir. Məhsul satışının həcmi isə bazarda tələb və təklifdən asılıdır.

Lakin bütün pul vəsaitləri gəlir hesab edilmir:



  • ƏDV, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digərməcburi ödənişlər;

  • Beh və girov məbləğləri;

  • Kreditin ödənilməsi və borc alana verilmiş borc məbləği.

Gəlirlər xarakterindən, əldə edilmə şərtlərindən və təşkilatın fəaliyyət istiqa­mə­t­lərindən asılı olaraq 2 yerə ayrılır: adi fəliyyət növündən əldə edilən gəlirlər; sair daxilolmalar. Adi fəaliyyə növündən gəlirlərə aiddir: məhsul və əmtəə satışından, işin yerinə yetirilməsi və xidmət göstərilməsindən gəlirlər; icarə müqaviləsi üzrə öz aktivlərini müvəqqəti istifadəyə verməyə görə daxilolmalar; ixtiralara, intellektual mülkiyyətin digər növlərindən irəli gələn hüquqlqrın verilməsinə görə gəlirlər; başqa təşkilatların nizamnamə kapitalında iştirakı ilə əlaqədar daxilolmalar; birgə fəaliyyət nəticəsində təşkilatın əldə etdiyi mənfəət və s.

Fövqəladə gəlirlər təsərrüfat fəaliyyətinin fövqəladə şəraitinin (təbii fəlakət, yanğın, qəza və s.) nəticəsi kimi əmələ gələn daxilolmalar, sığorta ödəmələri, heab edilir.

Müəssisələrdə məhsul istеhsаlı və sаtışı хərcləri mülkiyyətin müхtəlif fоr­mа­lаrındа və iqtisаdiyyаtın аyrı-аyrı sаhələrində istеhsаlın şərtlərindən və хаrаk­tе­rin­dən аsılı оlаrаq təsnifləşdirilir. Müəssisələrin хərcləri hаzırdа qüvvədə оlаn qаnun­vеriciliyə əsаsən müəyyən еdilir. Xərclərin xarakterindən, həyata keçirilməsi şəraiti, fəaliyyət istiqamətindən asılı olaraq 2 yerə ayrılir:


  • adi fəaliyyət növləri üzrə xərclər;

  • sair xərclər.

Adi xərclər аşаğıdаkı kimi təsnifləşdirilir:

- mаddi məsrəflər;

- əməyin ödənilməsinə məsrəflər;

- sоsiаl еhtiyаtlаrа аyırmаlаr;

- əsаs fоndlаrın аmоrtizаsiyаsı;

- sаir məsrəflər.

Sair xərclərə əməliyyat, satışdan kənar və fövqəladə xərclər daxildir. Əməliyyat xərclərinə aiddir: müəssisənin haqqı ödənilməklə müvəqqəti istifadəyə verilməsi ilə əlaqədar xərclər, sənaye nümunələri və digər intelektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqı ödənilməklə əlaqədar xərclər, başqa müəssisələrin nizamnamə kapitalında iştirak ilə əlaqədar xərclər, əsas fondların və digər aktivlərin satışı, köhnəlməsi ilə əlaqədar xərclər, müəssisələrin onlara verilmiş kreditlərə görə ödədikləri kreditlər və s. əməliyyat xərcləri.

Satışdankənar xərclərə aiddir: müqavilə şərtlərinin pozulması ilə əlaqədar tətbiq edilən cərimlər və penyalar, müəssisəyə dəymiş ziyanın ödənilməsi, iddia müddəti bitmiş borcların məbləği, aktivlərin ucuzlaşması məbləği və s. reallaşdırmamış xərclər.

Fövqəladə xərclər təbii fəlakət, yanğın, qəza və digər fövqəladə hallarda yanan xərclərə aiddir.

İqtisadi cəhətdən mənfəət məhsul satışından gəlirlərin həmən məhsulun istehsalı və satış xərclərindən artıq hissəsini ifadə edir. Yəni müəssisənin gəlir və xərcləri arasındakı fərq onun mənfəətini təşkil edir. Məhsul satışından mənfəət ümumi mənfəətə və xalis mənfəətə bölünür. Kommersiya təşkuilatlarında mənfəət mövcud qiymətlərlə məhsul satışından daxil olan gəlirlərlə onun istehsalı və satışına çəkilən xərclərin məbləği arasındakı fərq kimi hesablanır.

Balans mənfəəti satışdan əldə olunan mənfəət ilə satışdan kənar mənfəət ümumi həcmini göstərir.

Mb=Mms+Məs+Gsk

burada: Mb –balans mənfəəti

Mms – məhsulun satışından mənfəət

Məs - əsas vəsaitlərin və digər əmlakın satışından mənfəət

Gsk – satışdankənar gəlirlər (saldo)

Balans mənfəəti-müəyyən dövürdə istehsalın səmərəliliyinin artımını aşkar etmək üçün istifadə olunur.

Xalis mənfəət-vergi və rüsmlar ödənildikdən sonra müəssisənin sərəncamda qalan mənfəətidir. Bu vəsait istehsalın inkişafına, pul vəsaiti fondlarının yaradılmasına və sosial ehtiyatlara istifadə olunur.

Azərbaycan Respublikasında kommersiya təşkilatlarında balans mənfəətinin bölgüsü aşağıdakı kimi həyata keçirilir.


Balans mənfəəti




Büdcə vergilər

çıxılsın


Yuxarı təşkilatların

mərkəzləşdirilmiş

fondarı və ehtiyatları



çıxılsın


Xalis mənfəət





Müəssiənin fondları və ehtiyatları

Mənfəətin bölüşdürülməsi zаmаnı аşаğıdаkı prinsiplər nəzərə аlınır:

1.büdcə qаrşısındа mаliyyə öhdəliklərinin yеrinə yеtirilməsi;

2.təsərrüfаt subyеktlərinin sərəncаmındа qаlmış mənfəətin iqtisаdi cəhətdən əsаslаndırılmış nisbətlərə uyğun qаydаdа yığımа və istеhlаkа bölünməsi. Bunlаr аrаsındа nisbət müəyyənləşdirillərkən istеhsаl fоndlаrının vəziyyəti və burахılаn məhsulun rəqаbət qаbiliyyətliliyi çıхış еtməlidir.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin