Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


KAPITAL BAZARININ FUNKSIYALARI VƏ TƏRKIBI



Yüklə 463,33 Kb.
səhifə98/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   125
Maliyyə 2018

13.2. KAPITAL BAZARININ FUNKSIYALARI VƏ TƏRKIBI

Kapital bazarı maliyyə bazarının tərkib hissəsidir. Kapital bazarı kapiтala tələb və təklifin formalaşdığı, pul vəsaitlərini toplayan, yenidən bölüşdürən, əsas kapitalın hərəkətini təmin edən, mənfəəti maksimumlaşdırılan, iqtisadi nisbətləri saxlayan sahədir. Kapital bazarı vasitəsi ilə müəssisələrin, dövlətin, vətəndaşların cari tələbatından artıq pul yığımları cəlb edilir və həmin vəsaitlər kredit qismində ölkənin istehsal sahəsinin inkişafına sərf edilir.

Bazar iqtisadiyyatı şəraitində bu bazar maliyyə bazarınn ən geniş yayılmış növlərindən biridir. Kapitallar ona ehtiyacı olanların sərəncamına xüsusi və kommersiya bankları və yaxud digər maliyyə idarələri tərəfindən daxil edilir. Kapitalı borc kimi götürən tərəf ondan ya məhsuldar şəkildə (məsələn, istehsalı genişləndirmək üçün), ya da şəxsi məqsədlə istifadə edə bilər.

Bəzi hallarda kapitala ehtiyacı olan tərəf kimi dövlət özü də çıxış edir.

Kapitalın verilmə müddəti bitdikdən sonra o, müəyyən faizlə geri qaytarılmqalıdır. Göründüyü kimi, kapital bazarının fərqi ondan ibarətdir ki, burada əmtəə şəklində çıxış edən pul vəsaiti öz sahibini tamamilə dəyişmir, yalnız müvəqqəti olaraq onun mülkiyyətindən çıxır, yəni kredit formasında təzahür edir.Lakin, eyni zamanda kapiyalın bir subyektdən digərinə doğru hərəkəti baş verdiyi üçün ( kredit formasında olsa da), bu hərəkəti əks etdirən münasibətlər xüsusi növ bazar münasibətləri xarakteri daşıyır.

Maliyyə bazarının ümumən pul bazarına və kapital bazarına bölgüsünün əsasında müvafiq maliyyə alətlərinin tədavül müddəti durur.İnkişaf etmiş ölkələrin təcrübəsində hesab edilir ki, əgər maliyyə alətlərinin tədavül müddəti bir ildən azdırsa, onda pul bazarının alət hesab edilir.Uzunmüddətli alətlər ( beş ildən artıq) kapital bazarına aiddir.Dəqiq desək, bir ildən beş ilədək “ Sərhəd sahəsi vardır ki, bu da ortamüddətli alət və bazar hesab edilir.Azərbaycanda maliyyə alətlərinin uzunmüddətə və qisamüddətə bölünməsi bir az fərqlidir.Qısamüddətli alətlərə 6 aydan artıq tədavül müddətli alətlər aid edilir.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin