Dövlət qulluğunda kadrların peşə hazırlığına nail olunması üçün - onların praktiki və səmərəli fəaliyyətə psixoloji hazırlığa nail olunması;
Dövlət qulluqçularının akmeoloji-psixoloji diaqnostikası, onların malik olduqları şəxsi və peşə keyfiyyətlərinin, peşəkarlıqlarının, ixtisasa uyğunluqlarını, onların inkişaf perspektivlərinin müəyyən olunmasına və qarşıda duran vəzifələrin həyata keçirilməsi imkanlarını proqnozlaşdırmağa imkan verir;
peşə çərçivəsində səmərəli praktiki orientasiyanın formalaşmasına dəstək;
dövlət qulluqçularının peşə fəaliyyətlərinin müxtəlif istiqamətlərinin, səviyyələrinin, növlərinin modellərinin optimal sisteminin və təşkilinin alqoritmlərinin hazırlanması;
Dövlət qulluqçularının peşə fəaliyyətlərinin səmərəliliyinə nail olmaq üçün müvafiq psixoloji-akmeoloji dəstəyin həyata keçirilməsi ( treninqlər, məsləhətlər və s. )
Dövlət qulluqçularının peşə fəaliyyətlərinin tipik psixoloji-akmeoloji məsələləri və yaradıcı problemlərinə həsr olunmuş istiqamətlərin müəyyən olunması,
Dövlət qulluqçularının “Mən-konsepsiyası” - nın və şəxsiyyətin-dəyərlər profilinin hazırlanması;
Dövlət qulluqçularının peşə karyeralarının fərdi modelinin tərtib olunması;
Dövlət qulluqçularının şəxsi-peşə inkişafının modelinin ( proqramının ) və akmeoqramının tərtib olunması.
Tətbiqi akmeologiyanın istiqamətlərindən biri olan, idarəetmə akmeologiyasının elmi əsasları kimi, ümumi akmeologiya, idarəetmə psixologiyası, menecment nəzəriyyəsi çıxış edirlər. Baxmayaraq ki, idarəetmə psixologiyası və menecment nəzəriyyəsində praktiki olaraq rəhbər işçilərin peşəkarlığı məsələləri baxılmasa da, idarəetmənin psixoloji problemlərinə həsr olunmuş maraqlı araşdırmalar həyata keçirilmişdir.
Müasir dövrdə idarəetmə akmeologiyası, elmi biliklərin mühüm sahəsi olub, kadrların idarəetmə fəaliyyətində peşəkarlığa nail olunmasında əldə etdiyi yüksək nailiyyətləri və nəticələri öyrənir. Beləliklə idarəetmə akmeologiyasının mərkəzi problemi kimi, idarəetmə fəaliyyətinin subyekti olan rəhbər kadrların şəxisiyyətinin və fəaliyyətinin səmərəliliyində və özünün uğurla realizə olunmasını müəyyən edən amillərin öyrənilməsindən ibarətdir. Mürəkkəb fəaliyyət forması olan idarəetmə fəaliyyəti, rəhbərin çoxcəhətli yüksək səviyyəli idarəetmə qabiliyyətlərinin olmasını tələb edir. İdarəetmə almeologiyasında subyektin peşəkarlığı müxtəlif parametrlərdə özünü göstərir: