Mühazirə mətnləri Mövzular


Psixoloji-akmeoloji xidmətin xüsusiyyətləri və vəzifələri; - - - - - - - -- - - - - -- - - - - - -ictimai praktikada və idarəetmə praktikasında əhəmiyyəti



Yüklə 128,19 Kb.
səhifə27/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
akm-müh 2020-21

Psixoloji-akmeoloji xidmətin xüsusiyyətləri və vəzifələri; - - - - - - - -- - - - - -- - - - - - -ictimai praktikada və idarəetmə praktikasında əhəmiyyəti.

Bu xidmət psixoloji və akmeoloji xidmət arasında qarşılıqlı əlaqə şəklində daha səmərəli olur. Psixoloji xidmətlərin – istehsalatda, təhsil sistemində, təbabətdə, hüquq praktikasında və s. kadrların psixodiaqnostikası, ekspertizası, məsləhətinin yaradılması dövrünə təsadüf edir.


Psixoloji – akmeoloji xidmətlərin yaradılması zərurəti, insan amilinin rolunun ictimai həyatın müxtəlif sahələrində - istehsalatda, idarəetmədə, təhsildə və s. sferalarda rolunun kəskin şəkildə artması ilə bağlı olmuşdur. Kadr şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi və lazım olan psixoloji dəstək və informasiyalarla təmin olunması; sosial inkişaf planının hazırlanması; əmək fəaliyyətinin motivləşdirilməsi və stimullaşdırılmasının müasir reallıqlara uyğun olaraq daha da təkmilləşdirilməsi təşkilatda psixoloji xidmətin mühüm funksiyalarıdır.
Bunlarla yanaşı, psixoloji-akmeoloji xidmətlər çərçivəsində aşağıdakı digər funksiyalar da həyata keçirilir:

  • kollektivlərdə mənəvi-psixoloji mühitin, insani münasibətlərin optimallaşdırılması istiqamətində işlərin səmərəliliyinin artırılmasına nail olunması.

  • Əmək fəaliyyəti prosesində psixoloji səriştəliliyin təmin olunması və sosial davranışın psixo-korreksiyasının həyata keçirilməsi. və s.

Təşkilatlarda psixoloji xidmətlərin yaradılması, istehsalatda rast gəlinən psixoloji problemlərin - psixoloji gətginlik, psixoloji uyuşmazlıq, motivasiyanın aşağı olması, kadr axını və s. psixoloji zəmində yaranmış arzu olunmayan problemlərin peşəkarlıqla və səmərəli, operativ həll olunmasında mühüm rol oynayır.
Müasir psixoloqo-akmeoloji xidmətlərin xüsusiyyətləri və onların müqayisəli təhlilləri. Bu xidmətlər psixoloji və akmeoloji biliklərdən, metodlardan və onun elmi müddəalarından istifadə edərək, kadrlarla işin keyfiyyətini və səmərəliliyini artırmağa imkan verir. Eyni zamanda bu istiqamətdə görülən işlər, kadrların peşəkarlığının inkişafı və onların potensiallarından daha səmərəli istifadə olunmasına nail olunması, qarşıda duran problemlərin həlli üçün əlverişli zəmin yaradır. Müasir dövrdə istifadə olunan psixoloji-akmeoloji xidmət, müəyyən struktura malik olan sistem olub, psixoloji və akmeoloji vasitələrlə təşkilatın kadr potensialından səmərəli istifadə olunması istiqamətində əlverişli şərait yaradır.

Psixoloji-akmeoloji xidmətin informasiya-analitik istiqamətləri.
Akmeoloji praktikadan danışarkən, ilk növbədə psixoloji-akmeoloji xidmətləri xüsusilə qeyd etmək lazımdır. Bu xidmət psixoloji və akmeoloji xidmətlər arasında qarşılıqlı əlaqənin yaradılmasına imkan verir. ( 132 )
Psixoloqo-akmeoloji xidmətin yaradılması ideyası 1980 – ci illərdə psixoloji və ya sosial psixoloji xidmətlərin – istehsalatda, təhsil sistemində, təbabətdə, hüquq praktikasında və s. psixodiaqnostik məsləhətin və ekspertizasının yaradılması dövrünə təsadüf edir. Psixoloji xidmətlərin yaradılması insan amilinin rolunun istehsalatda, idarəetmədə, hərbi sistemdə və s. sferalarda rolunun kəskin şəkildə artması ilə bağlı olmuşdrur. Yeni elmi-texniki nailiyyətlər, informasiya proseslərinin inkişafı, həyatın bütün sahələrinin informasiyalaşması insanların, mütəxəssislərin emosional-intellektual, psixoloji fəaliyətinə və insanların psixoloji-emosional imkanlarına yeni tələblər qoyur. Təşkilatların sosial inkişafı xidmətinin yaradlması insan haqqında kompleks elmi biliklərə, xüsusilə də psixoloji biliklərə ehtiyacın artmasını şərtləndirmişdir. Bütün bu proseslər mütəxəssislərin peşə inkişafına yeni imkanlar açmış və yeni ciddi tələblər qoymuşdur. Yeni şəraitdə psixoloji xidmətin xarakteri, ona verilən tələblər, xidmətin statusu, həll olunacaq vəzifələrin xarakteri, psixoloji biliklərin praktikada tətbiqi ənənəsinin və mexanizmlərin formalaşmasını şərtləndirmişdir.
Psixoloji xidmətlərin həll etdiyi məsələlərə aşağıdakılar aiddir: Kadr şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi və lazım olan pasixoloji dəstək və informasiyalarla təmin olunması; Sosial inkişaf planının hazırlanması;

  • əmək motivasiyasının yüksəldilməsi və təkmillədirilməsi;

  • psixoloji mühitin optimallaşdırılması üçün işlərin qurulması və təkmilləşdirilməsi;

  • peşə fəaliyyətində işçilərin psixoloji səriştəliliyinin təmin olunması və arzu olunmayan funksiaonal vəziyyətlərin tənzimlənməsi; sosial davranışın psixo-korreksiyasının həyata keçirilməsi. Müasir dövrdə müstəqil Azərbaycanının ictimai həyatının müxtəlif sahələrində işçilərin fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün müasir dövrün tələblərinə cavab verən psixoloji xidmətin yaradılmasına ehtiyac yaranmışdır. Təşkilatlarda psixoloji xidmətlərin yaradılması rast gələn cari psixoloji problemlərin - psixoloji gətginlik, psixoloji uyuşmazlıq, motivasiyanın aşağı olması, kadr axını və s. psixoloji zəmində yaranmış arzu olunmayan problemlərin peşəkarlıqla və operativ həll olunmasında mühüm rol oynayır.

Müasir dövrdə Azərbaycanda psixoloji xidmətin, yeni siyasi, iqtisadi, ideoloji, milli və s. tətbiqi sahələrinin yaradılması tələb olunur. Yeni sosial-iqtisadi reallıqlar, bazar iqtisadiyatinin, informasialaşma prosesinin insanların psixoloji durumuna artan təsirinin nəticələrinin tənzimlənməsi, neqativ təsirlərin neytrallaşdırılması və s. keyfiyyətcə yeni psixoloji xidmətin yaradılması zərurətini yaratmışdır. Bunun üçün bir sıra sualın cavabları müəyyən olunmalıdır:
- Müasir psixoloji-akmeoloji xidmət nə ilə səciyyələnir? - Psixoloji və akmeoloji xidmətin müqayisəli təhlili;
- Onun psixoloji xidmətdən fərqi nədən ibarətdir?

  • Onun məqsədi, vəzifələri, funksiyası, təşkilati strukturu necədir? – suallarına cavab verilməlidir.

Müasir dövrdə psixoloji xidmət zəminində və təcrübəsində formalaşmış akmeoloji xidmətin mahiyyəti, məzmunu, məqsəd və vəzifələrində, funksiyalarında ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir. Yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına və hazırlanmasına təlabatın ciddi şəkildə artdığı bir dövrdə, peşəkar - mütəxəssislərin, şəxsiyyətin formalaşmasına xidmət edən elmi biliklərə və müasir tələblərə cavab verən təhsil sisteminə olan təlabatın artmasına səbəb olmuşdur. Bu baxımdan akmeologiyaya nəzəri-praktiki yönümlü elm kimi təlabat artmışdır. Xüsusilə də - korporotiv münasibətlərin, patter- nalistik rəhbərlik üslubunun, sosial-əməkdaşlıq kimi yeni hadisələrin – problemlərin praktiki və nəzəri problemlərinin həlli üçün, akmeoloji yanaşmanı və təhlilləri zəruri edir.
Müasir dövrdə idarəetmə fəaliyyətində formalaşmış psixoloji-akmeoloji xidmətin xüsusiyyətləri və vəzifələri – strukturlaşmış sistem olub, psixoloji və akmeoloji biliklərdən, metodlardan, elmi müddəalardan və s. vasitələrdən istifadə edərək, təşkilatın kadr problemlərinin həllində, kadrların peşəkarlığının inkişafı və onların potensialından daha səmərəli və dolğun istifadə olunmasına nail olunması, təşkilatın səmərəli fəaliyyətinə nail olmaq və onun rəqabət qabiliyyətinin artması kimi aktual idarəetmə problemlərinin həlli üçün əlverişli imkanlar yaradır.
Müasir dövrdə Rusiyada dövlət qulluğunda psixoloji-akmeoloji xidmətdən geniş istifadə olunur və bu xidmətin nəzəri və praktiki əsasları dövlət qulluqçularının təhsilində tədris olunur. Qısa müddətdə psixoloji-akmeoloji xidmətin nümunəsinin yaradlması, onlarıın statusu, fəaliyyətinin məzmunu, əhəmiyyəti, xarakteri, həll olunacaq vəzifələrin əsas spektrləri, psixoloji-akmeoloji biliklərin və tövsiyyələrin praktiki tətbiqi və onların daha da təkmilləşməsi mexanizmləri hazırlanmışdır. Müasir idarəetmədə psixoloqlar aşağıdakı funksiyaları yerinə yetirirlər: - Kadr bölmələrinə köməklik göstərmək; - Sosial inkişaf planının və proqramının hazırlanması; - əmək motivasiyasının inkişafı və yüksəldirilməsi;

  • əmək fəaliyyəti vaxtı yaranmış qeyri-qənaətbəxş funksional psixoloji vəziyyətə və mənəvi-psixoloji mühitə görə kompensasiyanın təmin olanması;

  • sosial davranışların neqativ formalarının psixo-korreksiyasının həyata keçirilməsi.

Müasir dövrdə belə psixoloji xidmətlərin yaradılması zərurəti aktuallaşmışdır. Bununla belə xidmətlərin reaminasiyası qeyri mümkündür, belə ki, yeni dövrün tələbləri dəyişərək, yeni tipli psixoloji-akmeoloji xidmətin yaranmasını, daha optimal çıxış yolu kimi həyata keçirilməyə başlanmışdır.
Müasir akmeologiya elminin mahiyyətinin düzgün başa düşülməsi, aşağıdakı sualların cavablarında daha dəqiq əks olunur:

  • müasir dövrdə yüksək səviyyəli peşəkarlara ehtiyacın artması, müasir elmlərin nailiyyətlərinin mütərəqqi-peşəkar personalın formalaşması və inkişafını şərtləndirməsi, akmeoloji biliklərin əhəmiyyətinin artırmasına səbəb olmuşdur. Korporotiv münasibətlərin formalaşması, patternalistik qidarəetmə üslubunun, sosial partnyorluq münasibətlərinin inkişafı, akmeoloji biliklərin istifadə olunması ilə bağlı yeni vəzifələr yaranmışdır. Bütün bunlar psixoloji-akmeoloji xidmətin yaranmasını şərtləndirmişdir.

Müasir dövrdə psixoloji-akmeoloji xidmət – müəyyən struktura malik olan sistem olub, psixoloji və akmeoloji vasitələrlə təşkilatın kadr potensialından səmərəli istifadə etməklə, kadrların peşə fəaliyyətinin, proqresiv şəxsi-peşəkar inkişafına, təşkilatın özünün səmərəliliyinin artırılmasına, inkişafına, rəqabətə davamlı fəaliyyətinə nail olmağa imkan verir.
Müasir dövrdə psixoloji - akmeoloji xidmət, müəyyən struktura malik olan sistem olub, psixoloji və akmeoloji vasitələrin köməyi ilə, təşkilatın kadr potensialından səmərəli istifadə edərək, kadrların peşə fəaliyyətində və onların şəxsiyyətinin və peşəkarlıqlarının inkişafına, təşkilatın özünü fəaliyyətinin və özünü inkişafına və rəqabətə davamlılığına nail olmağa imkan verir.
Psixoloqo-akmeoloji xidmətlər müxtəlif səviyyəli ola bilər, yəni xüsusi dövlət təşkilatlarında, birliklərdə yaradıla bilər. Bununla belə aşağı bölmələrin fəaliyyətini koordinasiya etməklə, onların xoldinq və ya təşkilati psixoloqo-akmeoloji xidmətlərinin elmi və metodiki əsaslarının yaradılmasına nail oluna bilər.
Rusiya dövlət qulluğu sistemində psixoloji-akmeoloji xidmətin layihə - konsepsiyası hazırlanmışdır. Bu psixoloji-akmeoloji xidmət – iki səviyyəli təşkilati xidməti nəzərdə tutur:

  • 1. federal səviyyədə - Rusiya Federasiyasının administrasiyasındaki çoxsəviyyəli təşkilatı nəzərdə tutur;

  • 2. regional səviyyədə - regionun federal administrasiyasından ibarətdir. .

Psixoloqo-akmeoloji xidmətlərin həm də bələdiyyələr səviyyəsində yaradılması nəzərdə tutulmuşdur. Bu xidmətlərin əsas məqsədi dövlət qulluğunun psixoloji-akmeoloji təminatının onun kadr potensialının sistemli şəkildə həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Bu sahədə xüsusi məqsədlər aşağıdakılardan ibarətdir:
- kadrlarla işin psixoloji-akmeoloji təminatına nail olmaq;

  • dövlət qulluqçularının peşəkarlıq və peşə münasibətlərinin optimallaşdırılmasının psixoloji-akmeoloji təminatını təmin etmək;

  • dövlət qulluqçularının şəxsi-peşəkarlıq inkişafının psixoloji-akmeoloji təminatına nail olunması;

  • dövlət qulluqçularının işgüzar nüfuzunun və imiçinin formalaşmasında psixoloji köməyin həyata keçirilməsi.

Qeyd olunan məqsədlər universal xarakter daşıyıb, dövlət qulluğu ilə əlaqəsi olmayan başqa psixoloji-akmeoloji xidmətlərə də aid edilə bilər. Psixoloj-ameoloji xidmətin məqsəd və vəzifələrinə uyğun olaraq, onların fəaliyyətinin əsas istiqamətləri və vəzifələri müəyyən olunur:

  • informasiya-analitiik;

  • təşkilati-lahiyələndirmə;

  • akmeoloji-texnoloji;

  • elmi-tədqiqat;

Psixoloji-akmeoloji xidmətin informasiya-analitik istiqamətləri aşağıdakılardır:

  • Təşkilatın fəaliyyəti və təşkilatların qarşılıqlı təsiri, onun kadr potensialı haqqında müxtəlif səviyyəli informasiyaların yığımı və vəhlili;

  • Müxtəlif növ ekspert qiymətləndirmə ( ekspertizası );

  • Monitorinqin keçirilməsi ( kadr, reytinq, psixoloji məkan və s. haqqında );

  • Proqnozların və onun gələcək ssenarlərinin hazırlanması;

  • Fəaliyyətin gedişində onun səmərəliliyini aşağı sala bilən gərginliklərin və onları törədən səbəbərin müəyyən olunması.

Bu əsas istiqamət olub, əldə olunmuş informasiyalar, psixoloji-akmeoloji xidmətlərin digər istiqamətlərinin də fəaliyyətində istifadə olunurlar. Bu istiqamət çərçivəsində aşağıdakı fəaliyyət növlərini göstərmək olar:

  • Kadrlarla işin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: kadrların seçilməsi, yerləşdirilməsi, attestasiyası, qabağa çəkilməsi, mükafatlandırılması və həvəsləndirilməsi, peşə karyerasında kadr ehtiyatının müəyyən olunması;

  • Korporativ münasibətlərin formalaşması;

  • Səmərəli-məəhsuldar yaradıcı fəaliyyət üçün əlverişli mənəvi-psixoloji mühitin optimallaşdırılması;

  • Sosial inkişaf layihələrinin hazırlanması, böhran halların qarşısının alınması və profilaktikası, təşkilatın obyektiv-dolğun imicinin yaradılması;

  • Ictimaiyyət və kutləvi informasiya vasitələri ilə birgə fəaliyyətin planlaşdırılması və təşkil olunması.


Yüklə 128,19 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin