Təqdimat sınaqlarını – lazım gəldikdə məhsulun həyat tsiklinin ixtiyari mərhələsində aparırlar. Məhsulun istehsalı prosesində alınan materiallar, komplektləyici məmulatlar giriş nəzarətində, müəssisədə hazırlanan tərkib hissələr isə əməliyyatlar üzrə nəzarətdə nəzarət nəzarət sınaqlarına uğradıla bilər. Tədqiqat sınaqlarını obyektin bu, yaxud digər xarici faktora təsirindən (XTF) özünü necə aparacağını öyrənmək üçün, yaxud lazımi həcmdə informasiya olmadıqda aparırlar.
Tədqiqat sınaqları bütün verilmiş növ obyektlər toplusu haqqında informasiyanı almaq məqsədilə, əsasən, tipik nümayəndə üzərində aparılır. Beləliklə, bu sınaqlar obyektin xüsusiyyətlərinin xarakteristikalarını öyrənmək, məhsula ilkin tələbləri formalaşdırmaq, texniki həlləri seçmək, məhsulun və onun tərkib hissələrinin xarakteristikalarını təyin etmək, istehsalın, istismarın və məhsula nəzarətin daha effektiv metodlarını seçmək; istismar şəraitini təyin etmək üçün aparılır.
Tədqiqat sınaqlarını çox vaxt təyinedici və qiymətləndirici sınaqlar kimi aparırlar. Təyinedici sınaqların aparılmasında məqsəd bir, yaxud bir neçə kəmiyyətin qiymətlərini verilmiş dəqiqlik və doğruluqla tapmaqdır. Bəzən sınaq zamanı obyektin yararlıq faktını müəyyən etmək, yəni verilmiş nümunənin qoyulmuş tələblərə cavab verib-vermədiyini təyin etmək kifayətdir. Belə sınaqlar qiymətləndirici sınaqlar adlanır.
Obyektin keyfiyyətinə nəzarət etmək üçün aparılan sınaqlar nəzarət sınaqları adlanır. Nəzarət sınaqlarının aparılmasında məqsəd komplektləyici məmulatların, yaxud tərkib hissələrin müəyyən nümunələrinin hazırlanma zamanı texniki şərtlərə uyğunluğunu yoxlamaqdır. Sınaqlar nəticəsində alınmış məmulatlar texniki şərtlərdə nəzərdə tutulmuş qiymətlərlə tutuşdurulur və sınanılan (yoxlanılan) obyektin normativ-texniki sənədlərə, (komplektləyici məmulatların təchizatının sənədlərə) uyğunluğu haqqında rəy verilir.
Çatdırma sınaqlarınıtexniki sənədlərdə edilən dəyişikliklərin məhsulun keyfiyyət göstəricilərinə təsirini qiymətləndirmək üçün aparırlar. Bu sınaqlrın vacibliyi məhsulun layihələndiricisi tərəfindən ya texniki tapşırığı tərtib edərkən, ya da layihələndirmə prosesində müəyyən edilir. O həmçinin sınaqların proqramını və metodikasını tərtib edir.
Sınaqlara məhsulun təcrübi yaxud əsas nümunələrini və onun tərkib hissələrini uğradırlar. Sınaqları bir qayda olaraq, lazım gələrsə hazırlayanları da cəlb etməklə, layihəçi təşkilat aparır ya da təşkil edir.