Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar



Yüklə 486,64 Kb.
səhifə9/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
sertifikatlac

Sınaq məsələsi - məhsulun xarakteristikalarının kəmiyyət və keyfiyyət qiymətlərinin alınmasıdır. Yeni verilmiş şəraitdə tələb olunan funksiyaları yerinə yetir­­mək xüsusiyyətinin qiymətləndirilməsidir. Bu məsələ sınaq laboratoriyala­rın­da həll olunur. Onun həlli, məhsulun parametrlərini göstərməklə, tərtib olunmuş sınaq protokoludur.
Nəzarət məsələsi – məhsulun xarakteristikalarının normativ sənədlərdə verilmiş tələblərə, o cümlədən sınaqların nəticələrinə görə, uyğunluğunu müəyyən etməkdir. Bu məsələni sınaq protokolu əsasında sertifikatlaşdırma üzrə orqanın ekspertləri həll edir. Odur ki, nəzarət məsələsini ekspert qiymətləndirmə məsələsi adlandırmaq olar.
Məhsulun sertifikatlaşdırılmasında bu hər iki əməliyyat parametrlərin ölçülməsi ilə bağlıdır. Keyfiyyət sistemlərinin və xidmətlərin sertifikatlaşdırılması sistemləri ölçü texnikası tətbiq etmədən vizual, yaxud orqanoleptik metodların (auditlər, yoxlamalar, sorğular və s.) köməyi ilə uyğunluğun qiymətləndirilməsini nəzərdə tutur. Heyətin sertifikatlaşdırılması zamanı müəyyən olunmuş qaydalara görə sertifikatlaşdırma imtahanı aparılır. Bütün obyektlər xammallara, materiallara, məmulatlara, avadanlığa və alətə qoyulmuş normaların tələblərinə uyğunluğuna nəzarət olunur.
Göstərilən obyektlərdən keyfiyyət sisteminin elementləri və istehsal prosesinin mərhələləri nəzarətə uğradılır. Dəzgahda, presdə, yığımda aparılan hər hansı əməliyyatdan sonrakı nəzarət, nəzarəti əməliyyat adlanır. Detal, düyüm yaxud məmulat hazır olduqdan sonra məhsulun qəbul nəzarəti tətbiq olunur. Burada məhsulun komplektliyinə, qablaşdırmaya, daşınmaya və saxlanmaya əlverişli olmasına nəzarət aparılır. Hansı parametrlərə nəzarət olunmasını və onların hansı alətlərlə və cihazlarla yoxlamaq lazım gəldiyi texnoloji prosesin xəritəsi ilə nizamlanır. Qəbul nəzarəti dövlət standartlarına, ümumi texniki şərtlərə və uyğun texniki şərtlərə görə aparılır.

  • Obyektlərin, yaxud istehsalat proseslərinin mərhələlərinin aşağıdakı nəzarət formaları ola bilər.:


  • Yüklə 486,64 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin