Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar


Mühazirə 5. Mövzu: Həmcins məhsulların sertifikasiya sistemi



Yüklə 486,64 Kb.
səhifə5/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
sertifikatlac

Mühazirə 5.
Mövzu: Həmcins məhsulların sertifikasiya sistemi.


PLAN

  1. Həmcins məhsulların sertifikasiya sisteminə tələblər.

  2. Həmcins məhsulun sertifikasiya sisteminin təşkilati strukturu.

  3. HMS sisteminin təşkilati sənədlərinə tələblər.

  4. Həmcins məhsulun sertifikasiyasının aparılma qaydaları.



Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Həmcins məhsulların sertifikasiya sisteminin (H.M.S) yaradılması və onun fəaliyyət göstərməsində əsas məqsəd insanların həyatının, sağlamlığının və ətraf mühitin təhlükəsizliyi baxımından, respublikada istehsal olunan və xaricdən idxal edilən məhsulların (proseslərin, xidmətlərin) məcburi sertifikatlaşdırılması, hər hansı bir yerli və xarici sifarişçinin arzusu ilə istənilən tələblərə könüllü sertifikasiyanın aparılmasının təmin olunmasıdır. HMS sisteminin məqsədi həmçinin sistem çərçivəsində aparılmış sertifikasiyanın nəticələrinin xaricdə tanınmasına şəraitin yaradılmasıdır.


HMS sistemlərinə ümumi rəhbərlik Milli sertifikasiya orqanı tərəfindən həyata keçirilir. Həmcins məhsulun sertifikasiyası üzrə orqan sistemin yaradılmasına hazırlığı və özünün akkreditasiyasını həyata keçirməklə həm də konkret məhsul növlərinin sertifikasiyasının praktik üsullarının həyata keçirilmə funksiyasını da yerinə yetirir.
Məhsulun sertifikasiyası üzrə işlərin xərcini sifarişçi ödəyir. Xərclərin məbləği «sertifikasiya sahəsində işlərin ödəniş qaydaları» rəhbəredici sənədə uyğun olaraq lisenziya sazişi üzrə təyin edilir.
Tədarükçü öz məhsulunun sertifikatlaşdırılmasının nəticələrindən əldə olunmuş informasiyadan reklam məqsədi ilə istifadə edə bilər.
Həmcins məhsulun sertifikasiya sistemi aşağıdakıları təyin etməlidir:

  • sertifikasiya aparılacaq məhsula müvafiq normativ sənədləri;

  • sertifikasiya sxemini və qaydalarını;

  • təşkilati strukturu mövcud sertifikasiya sisteminin fəaliyyəti üçün texniki-iqtisadi, hüquqi şərtlərin və yerinə yetirilmə ardıcıllığını nəzərə almaqla, bütün üsulların yerinə yetirilməsinin təmin olunmasını;

  • sertifikasiya sınaqları aparan akkreditasiya olunmuş sınaq laboratoriyalarını (mərkəzlərini);

  • fəaliyyət müddətinin uzadılması inspeksiya nəzarətinin nəticələrindən asılıdır. İnspeksiya nəzarətinin nəticələrinə görə akkreditasiyanın aparılması;

  • keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə akkreditasiya olunmuş orqanları;

  • orqanlara və məhsulun sertifikasiya olunmuş xarakteristikalarının stabilliyinə nəzarət qaydalarını;

  • sistemdə qüvvədə olan sənədlərin tərkibini və onlara olan tələbləri;

Həmcins məhsulun sertifikasiya sisteminin (HMS) təşkilati sənədləri məhsulun sertifikasiyanın keçirilməsinin vahid qaydalarını müəyyənləşdirməlidir.
Akkreditasiya olunmuş laboratoriyalar (mərkəzlər), keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə orqanlar, həmin məhsulun sertifikasiyası üzrə orqanın tərkibində ola bilər, yaxud onunla müqavilələr əsasında qarşılıqlı əlaqədə işləyə bilər. Sistemin sənədlərində bu qarşılıqlı əlaqənin qaydaları, üsulları, şərtləri (texniki-iqtisadi, hüquqi) müəyyən edilir.
HMS sisteminin təşkilati strukturu konkret verilmiş sertifikasiya sistemi üçün müəyyən olunmuş sertifikasiya üsullarının və onun bütün idarəetmə funksiyalarının yerinə yetirilməsini təmin etməlidir.
HMS sisteminin təşkilati strukturunu ümumi halda aşağıdakılar təşkil edir:

  • həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiya olunmuş orqan;

  • akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri);

  • keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatın attestasiyası üzrə akkreditasiya olunmuş orqan;

  • məhsulun istehsalçıları, tədarükçüləri və istehlakçıları

HMS aparılması sxemindən asılı olaraq, bu sistemin müxtəlif təşkilati strukturları ola bilər. Bəzi məhsul növləri üçün sertifikasiya üzrə bir neçə orqan akkreditasiya oluna bilər. Lakin buna baxmayaraq, məcburi sertifikasiya zamanı onlar vahid qayda üzrə işləməlidirlər.
HMS üzrə akkreditasiya olunmuş orqan verilmiş məhsulun sertifikasiya sisteminə rəhbərliyi və onun fəaliyyətinin təmin olunmasını həyata keçirir.
HMS üzrə akkreditasiya olunmuş orqanın əsas funksiyaları «AZS» Milli sertifikatlaşdırma sistemi, «Sertifikasiya üzrə orqana tələblər və onun akkreditasiya qaydaları» rəhbəredici sənədlərdə müəyyən edilmişdir.
HMS sistemində iştirak edın sınaq laboratoriyaları (mərkəzləri) Milli sertifikasiya orqanı tərəfindən akkreditasiya olunur. Həmçinin HMS sistemində iştirak edən keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatların attestasiyası üzrə orqanlar Milli sertifikasiya orqanı tərəfindən akkreditasiya olunur. Bütün bu qurumlara qoyulmuş tələblər Rəhbəredici sənədlərdə müəyyən olunmuşdur. Həmçinin həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikasiyası, həmçinin istehsalatların attestasiyası üzrə orqanlar olmadıqda, onların əsas funksiyalarını Milli sertifikasiya orqanı yerinə yetirir.
Məhsulun istehsalçıları, tədarükçüləri və istehsalçıları HMS üzrə orqanla və yaxud Milli sertifikasiya orqanı ilə müqavilə (saziş, lisenziya və s.) əsasında qarşılıqlı fəaliyyət göstərirlər.
Məcburi sertifikasiya üzrə ödəmə sifarişçi tərəfindən Milli sertifikasiya orqanın müəyyən etdiyi sərbəst tariflər və qaydalar üzrə aparılır.
HMS sisteminin təşkilati sənədləri bu məhsulun istehsal və tədarük xüsusiyyətləri, onun sertifikasiyası üzrə beynəlxalq sistemin və sazişlərin olması nəzərə alınmaqla tərtib olunur.
HMS sisteminin təşkilati sənədlərinin tərkibində onun strukturu, qaydaları, fəaliyyəti, həmçinin milli sertifikasiya orqanı ilə qarşılıqlı əlaqəni təyin edən aşağıdakı sənədlərin olması vacibdir:

  • məhsulun sertifikasiyası haqqında əsasnamə məhsulun sertifikasiyası üzrə orqan haqqında Əsasnamə və onun fəaliyyətini təmin edən digər sənədlər;

  • sistemdə keyfiyyət üzrə aparılan işlərə rəhbərlik;

  • milli sertifikasiya orqanı ilə verilmiş məhsulun sertifikasiyası üzrə orqan arasında lisenziya sazişi;

  • sertifikasiya üzrə orqanın icraçı xidmət bölmələrinin heyətini və funksiyalarını təyin edən sənəd.

Məhsulun sertifikasiyası haqqında Əsasnamədə verilmiş sistem çərçivəsində sertifikatlaşdırılmış həmcins məhsulun nomenklaturası, məhsulun uyğunluq sertifikasiyasının aparılması və sertifikasiya zamanı təsdiq olunan göstəriciləri (xarakteristikaları) nizama salan, həmçinin bu göstəricilərin təyin edilməsi (sınaq) metodları üçün normativ sənədlərin siyahısı, məhsulun sertifikasiya sxemi və keçirilmə qaydaları, HMS sisteminin təşkilatı strukturu və fəaliyyət qaydaları öz əksini tapmalıdır.
Qalan sənədlərin tərkibi və onların məzmunu HMS sxemi ilə təyin edilir.
Sistemdə olması vacib olan sənədlərdən başqa müxtəlif işlərin yerinə yetirilməsini müəyyənləşdirən aşağıda göstərilən sənədlərdən də istifadə etmək tövsiyə olunur:

  • sınaq mərkəzlərinin akkreditasiyası haqqında Əsasnamə;

  • sınaqların keyfiyyəti üzrə rəhbərlik;

  • sınaqların proqram və metodikaları;

  • keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə orqan haqqında Əsasnamə;

  • keyfiyyətin yoxlanması üzrə Rəhbərlik;

  • sistemin informasiya təminatı barədə sənədlər;

  • kadrların hazırlanması proqramları və digər sənədlər.

HMS beynəlxalq sistemlər və sazişlər çərçivəsində aparıldıqda sənədlərin məzmunu həmin sistem və sazişlərin qaydaları ilə müəyyən olunur.
HMS sisteminin təşkilati sənədlərini sertifikasiya üzrə orqan tərtib edir.
Vacib sənədlər Milli sertifikasiya orqanı tərəfindən təsdiq edilir. Müxtəlif iş növlərinin aparılma qaydalarını müəyyən edən HMS sisteminin təşkilati sənədlərini konkret məhsulun sertifikasiyası üzrə orqan təsdiq edir.

Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanın, yaxud Milli sertifikasiya orqanının tapşırığı ilə müvəqqəti vəkil edilmiş təşkilat məhsulun sertifikasiyasının hazırladığı və təşkili üzrə aşağıdakıları yerinə yetirir:



  • sifarişin verilməsi və baxılması; sertifikasiya sxeminin seçilməsi;

  • standarta göstərilməyən hallarda sınaqlara məruz qalacaq məmulat nümunələrinin sayının və seçmə qaydalarının təyin edilməsi;

  • sınaqları aparacaq akkreditasiya olunmuş sınaq laboratoriyasının təyin edilməsi; sertifikasiya olunan məhsulun sınaqları;

  • istehsalatın attestasiyası, yaxud keyfiyyət sisteminin sertifikasiyası üzrə işlərin qaydasının təyin olunması və aparılması (əgər bu sifarişçinin təklif etdiyi sertifikasiya sxemində nəzərdə tutulubsa);

  • işlərin yerinə yetirilməsi üçün müqavilə layihəsinin hazırlanması;

  • uyğunluq sertifikatı və onun verilməsinə, yaxud uyğunluq nişanından istifadə olunmasına hüquq verən lisenziyanın verilməsi və qeydiyyatı;

  • xarici və yaxud beynəlxalq orqan tərəfindən verilmiş uyğunluq sertifikatının tanınması;

  • sertifikatlaşdırılmış məhsulun keyfiyyətinin stabilliyinə, onun istehsal vəziyyətinə, keyfiyyət sisteminə inspeksiya nəzarəti yolu ilə ümumi nəzarətin həyata keçirilməsi və lazım olduqda korreksiyaedici tədbirlərin həyata keçirilməsi;

  • sertifikasiyanın nəticələri barədə informasiyanın toplanması;

  • apelyasiyalara baxılması.

Milli sertifikasiya sistemi çərçivəsində məhsulun məcburi, yaxud könüllü sertifikasiyasının aparılması üçün sifarişçi həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiyadan keçmiş müvafiq orqana, bu orqan olmadıqda Milli sertifikasiya üzrə orqana sifariş göndərməlidir.
Belə orqan və məhsulun sertifikasiyası barədə sifarişçini maraqlandıran informasiyanı Azərdövlətstandartın ərazi orqanlarından almaq olar.
Məcburi sertifikasiyanın aparılmasının sxemi məhsulun istehesal, nəzarət və tədarük xüsusiyyətlərini nəzərə almaqla, həmçinin Milli sertifikasiya orqanı ilə razılaşdırmaqla həmcins məhsulun sertifikasiya orqanı tərəfindən seçilir. Bu zaman sertifikasiyanın təsdiq olunmasını təmin edən ISO-nun tövsiyə etdiyi sxemlərdən istifadə edilir. Seçilmiş sertifikasiya sxemi verilmiş məhsulun məcburi sertifikasiya qaydalarını təyin edən sənədlərdə göstərməlidir. Könüllü sertifikasiyanın aparılma sxemi sifarişçi tərəfindən seçilir və sertifikasiyaya aid sifarişdə göstərilir.
Beynəlxalq sistem çərçivəsində sertifikasiya həmin sistemin sxemi üzrə yerinə yetirilir. Xaricdən idxal edilmiş və yaxud Azərbaycanda istehsal edilmiş məhsulların ixracı zamanı AZS Milli sertifikasiya sistemində sertifikasiyanın aparılması nəzərdə tutulan halda məhsulun tədarükünə aid sazişlərə, kontraktlara yaxud digər sənədlərə müvafiq tələblər və göstərişlər daxil edilməlidir.
Uyğunluq sertifikatı olmadan gətirilməsi və çıxarılması icazə verilməyən məhsulların idxal və ixracı barədə sertifikasiya üzrə milli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini xəbərdar etməlidir.
Sertifikatlaşdırma işinin hazırlıq hissəsi sertifikasiya üzrə akkreditasiya olunmuş orqanın təsdiq etdiyi qərarın qəbul edilməsi ilə başa çatır. Qərarın forması əlavədə verilir. Qərarda yuxarıda göstərilən bütün məsələlərə, həmçinin sonrakı işlərin aparılması qaydalarına ətraflı baxılır. Qərar işin yerinə yetirilməsi barədə müqavilə layihəsi ilə birlikdə sifarişçiyə göndərilir.
Sınaqlar sifarişçi ilə sertifikasiya üzrə orqan və təyin olunmuş sınaq laboratoriyası arasında imzalanmış müqavilə və qərarın əsasında aparılır.
Məcburi sertifikasiya zamanı sınaqların həcmi (məhsul tipinin nümunəsi, partiyası, hər bir nümunə) və onların keçirilmə qaydaları, sertifikasiya üzrə milli orqan və istehlakçı ilə razılaşma əsasında, verilmiş məhsulun sertifikasiyası üzrə orqan tərəfindən müəyyən edilir. Verilmiş məhsulun sertifikasiya qaydalarını təyin edən müvafiq tələblər sistemin sənədlərində müəyyən olunmalıdır.
Könüllü sertifikasiya zamanı sınaqların zəruriliyi məhsula aid olan sifarişdə sifarişçi tərəfindən göstərilməlidir. Sertifikasiya sınaqlarının keçirilməsi nəzərdə tutulan beynəlxalq sistem çərçivəsində aparılarsa, bu sınaqlar həmin sistemin müəyyən etdiyi tələblərə uyğun olaraq həyata keçirilir.
Nümunələrin sayı, onların seçilmə qaydaları, eyniləşdirilməsi və saxlanması həmcins məhsulun sertifikasiyası və sınaq metodikaları üzrə normativ-texniki , yaxud təşkilati-metodik sənədlərdə müəyyən edilir. Sınaq laboratoriyası müəyyən olunmuş müddətdə sertifikasiya sınaqlarını keçirir və nümunələrin seçilmə aktı ilə birlikdə nəticələrin sənədini (protokol, yaxud hesabat) sertifikasiya üzrə orqana göndərir.
Sertifikasiya üzrə orqan alınmış materialları ekspertizadan keçirir, uyğunluq sertifikatı vermək barədə qərar qəbul edir və uyğunluq sertifikatını və sazişi tərtib edir. Sertifikatın doldurulması seçilmiş sertifikasiya sxeminə uyğun olaraq müəyyən edilir (şəkil4.1 ).

Şəkildə Milli sertifikasiya sistemində uyğunluq sertifikatının forması verilmişdir. Uyğunluq sertifikatının qrafalarında aşağıdakı məlumatlar verilir:
Mövqe 1 – Dövlət Reyestrinin aparılma qaydalarına uyğun olaraq sertifikata verlmiş qeydiyyat nömrəsi.
Mövqe 2- sertifikatın verilmə tarixi.
Mövqe 3 – İstehlakçı müəssisənin adı
Mövqe 4 – İstehlakçı müəssisənin ünvanı
Mövqe 5 – Məhsulun adı, tipi, görünüşü, markası və . göstəriciləri.
Mövqe 6 – Uyğunluğuna sertifikasiya keçirilmiş normativ sənədlərin adı və işarəsi.
Mövqe 7- Sertifikatın sahibi, adı və ünvanı
Mövqe 8 – Sertifikatın qüvvədə olma müddəti, sertifikasiya üzrə orqanın rəhbərinin adı, soyadı, imzası və möhür.
Sertifikat üzərində düzəlişlərin aparılması yol verilməzdir.
Sertifikatlaşdırılmış məhsul Milli sertifikasiya sisteminin Dövlət Reyestrinə daxil edilir. Sertifikasiya üzrə orqan verdiyi sertifikatların və lisenziyaların uçotunu aparır. Sertifikatın və lisenziyanın qüvvədə olan müddəti realizə olunmuş sertifikasiya sxemini nəzərə almaqla 3 ildən çox olmamalıdır.
Sertifikasiya sxemi üzrə yerinə yetirilən sertifikasiya sınaqlarının yaxud digər işlərin nəticələri mənfi olduqda, sifariş verilmiş məhsulun sertifikasiyası üzrə iş dayandırılır və bu barədə sertifikasiya üzrə orqan sifarişçini xəbərdar edir.
Sifarişçinin arzusu ilə işlər yenidən davam etdirilə bilər. Bu halda sertifikat və lisenziya verilmir. Məhsulun sertifikasiyaya hazırlıq səviyyəsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə tövsiyələrlə birlikdə işlərin nəticələri üzrə sifarişçiyə rəy təqdim olunur. Sertifikasiya üzrə sifarişin baxılması, qərar qəbul edilməsi və sertifikatın sənədləşdirilmə müddəti bir aydan çox olmamalıdır (sınaq müddəti hesaba alınmadan).
Sertifikasiya sınaqlarının aparılması, həmçinin dövri inspeksiya sınaqları və istehsal olunan məhsulun sertifikatlaşdırılmış nümunəyə uyğunluğuna seçmə inspeksiya nəzarəti ilə əlaqədar xərclər müvafiq məhsul istehsalçıları tərəfindən ödənilir.


Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin